Gündəm
Klinik Psixoloq Zeynəb Rzayeva: "Qadın öz enerjisini kəşf edəndə, bütün nəsillər dəyişməyə başlayır"
Klinik Psixoloq Zeynəb Rzayeva ilə maraqlı müsahibə.
– Zeynəb xanım, son zamanlar qadınlarla bağlı daha çox mövzuya toxunursunuz. Bu istiqamətə yönəlməyinizin səbəbi nədir?
Əslində bu, mənim həm peşəkar yolumun, həm də şəxsi şəfa yolçuluğumun bir nəticəsidir. Qadınlar çox şeyi içində saxlayır: yorğunluğu, sevgisizliyi, fədakarlığı, incinməni. Amma bəzən o qədər susuruq ki, sonda öz səsimizi unuduruq. Mən illərlə başqalarına kömək etdiyim qədər özümə də toxundum və anladım: qadın enerjisi oyandıqda, bir ailə deyil, bir toplum dəyişir.
– “Qadın enerjini kəşf et” seminarınızın məqsədi nədir?
Məqsəd sadədir: qadının öz enerjisini hiss etməsi, tanıması və qoruması. Seminar zamanı biz qadınların bədən yaddaşı, duyğu tıxacları, fədakarlıq və günahkarlıq hissləri, sərhəd qoyma bacarığı, sevgi ilə özünü yaşama mövzularına toxunuruq. Hər bir qadın, bir məbəddir. Biz o məbədi yenidən oyatmağa gəlirik. Bu seminar elmi biliklərlə yanaşı, dərin ruhani toxunuşlar daşıyır.
– Siz həm də qadınlar üçün jurnal hazırlamısınız. Orada nələr var?
Jurnalın adı “Qadın enerjini kəşf et”dir. Hər səhifəsi bir şəfa niyyətidir. İçərisində yazılı tapşırıqlar, bədənə qulaq asma texnikaları, meditativ çalışmalar, gündəlik suallar və qadının öz “iç səsinə” qayıdış yol xəritəsi var. Bu jurnal bir terapiya kimidir – sadəcə oxumaq yox, tətbiq etmək üçün hazırlanıb.
– Cəmiyyətimizdə qadın enerjisi sizcə niyə bu qədər önəmlidir?
Çünki qadın dəyişərsə, nəsillər dəyişir. Qadın özünü sevərsə, uşaq sevgi ilə böyüyər. Qadın sərhəd qoymağı öyrənərsə, ailə sağlamlaşar. Biz qadını şəfalı edəndə, bütün ailə sistemində nizam yaranır. Amma bunun üçün qadının iç səsinə, duyğularına və dəyərinə toxunmaq vacibdir. Mən də bu toxunuşu etmək üçün buradayam.
– Bu yolu seçən qadınlara nə demək istərdiniz?
- İşığını gizlətmə. Fədakarlıqla yox, varlığınla sev. Özünü tanı, özünü dinlə və içindəki qadını uyandır. Unutma, sən sadəcə ana, həyat yoldaşı, qız övladı deyilsən — sən Özünsən. İşığın parlasın.
– Gələcək planlarınız nələrdir?
- Gələcəkdə bu seminar və jurnalımı daha geniş auditoriyaya çatdırmaq üçün müxtəlif şəhərlərdə filiallar açmağı, qadınlar üçün dəstək qrupları yaratmağı planlaşdırıram. Eyni zamanda "Uçmağa Başla" adlı kitabım üzərində də çalışıram. Hədəfim — qadına öz qanadlarını xatırlatmaqdır.
– Təşəkkür edirik, Zeynəb xanım.
- Mən təşəkkür edirəm. Düşünürəm ki, bu müsahibə də bir işıq toxunuşudur. Kim oxuyursa, bilsin: sən dəyərlisən. Və sən özünü kəşf etməyə layiqsən.
Əlaqə nömrəsi: (+99455) 626 93 55