Gündəm

Şəki Dövlət Regional Kollecinin direktoru Sərdar Şərifovun əməllərindən -TƏFƏRRÜAT

Prezidnt İlham Əliyev jurnalistlərlə görüşündə deyib: “...cəmiyyətdə elə ab-hava yaratmalıyıq ki, ictimai nəzarət güclənsin. Siz yaxşı bilirsiniz ki, mən dəfələrlə bu məsələ ilə bağlı öz fikirlərimi bildirmişəm, daim bunu deyirəm, vətəndaşlara müraciət edirəm, biganə qalmayın və nəzarət eləyin... İctimai nəzarət bir çox məmurları cinayət xarakterli işlərdən çəkindirəcək...

MUMtv.az: - Media nümayəndələrinin bu sahədə çox rolu var. Və deyə bilərəm ki, mən bəzi hallarda xoşagəlməz hallar haqqında sizdən öyrənirəm, sizdən bu xəbəri tuturam və dərhal reaksiya verilir. Deyə bilərəm ki, bir çox hallarda mediada olan məlumatlar təsdiqlənir... Məlumaların mütləq əksəriyyəti təsdiqllənir və dərhal ölçü götürülür. Ona görə, dövlət məmurları da bilməlidirlər ki, onların işinə təkcə Prezident Administrasiyası yox, həm ictimaiyyət, həm də media nümayəndələri nəzarət edir...”.

Ölkə başçısının məlum çıxışı fonunda sizə Şəki Dövlət Regional Kollecinin direktoru Sərdar Şərifova etdiyim sorğular zamanı səsləndirdiyi cavabları - təhsilə, qanunlara və müəllimə qarşı olan münasibətləri təqdim edirəm. Direktorun bu cür hərəkətləri hansı qanunda yazılıb? Kim ona bu qədər səlahiyyət verib? Nəyin müqabilində bu cür sərbəst hərəkət edə bilir?

Bütün bu məlumatlarla onun Prezidentin göstərişlərinə məhəl qoymamasının, müəllimin - vətəndaşın hüquqlarını tapdalamasının, qanunların ona heç də vacib, gərəkli olmadığının, təhsili necə, hansı üsullarla idarə etməsinin şahidi olacaqsınınz.

Bu şəxs unudub ki, direktor öz fəaliyyətini aşkarlıq (qanunları gizlətməklə deyil...), demokratiklik, ədalətlilik, qərəzsizlik, vicdanlılıq, peşəkarlıq və sadiqlik prinsipləri əsasında qurur və qəbul etdiyi qərarların müvafiq normativ hüquqi aktlara uyğun olmasına məsuliyyət daşıyır...

Xatırladım ki, dəfələrlə şəxsən qanunlara əməl etməsinə çağırış etsəm də, qanunları pozmasını nəzərinə çatdırsam da, müraciətimə məhəl qoymamış, əməllərini davam etdirmişdir...

Mənə olan münasibətin əsl səbəbi kollecin tədris işləri üzrə direktor müavini Sevinc Abdurrahmanovanın səsini dinlədikdən və direktor Sərdar Şərifovun cavablarından sonra məlum olacaq.

Tədris İşləri üzrə direktor müavini Sevinc Abdurrahmanovanın müəllimdən (məndən) istədiyi məbləği ala bilmədiyi üçün narazı qalması da diqqət çəkməyə bilməz... (SƏS. 1.Yoxlama... kömək elə) Gileyini, narazılığını arxayın, sərbəst ifadə etməsi səlahiyyətlərini necə aşmasından xəbər verir. Məgər onlara məlum deyil ki, təhsil müəssisəsində bu cür özbaşınalıqlara yol verilə bilməz?! Ona bu göstərişi verən, icra etdirən və icra edən - hər iki şəxs hansı məssuliyyət daşıdıqlarını bilmir?! Biabırçı haldır ki, müəllim adını daşıyan, işlədiyi təhsil müəssisəsində vəzifə tutan şəxs səlahiyyətinə aid işlərlə məşğul olmaq əvəzinə, görün hansı əməllərə əl atırlar, təhsilə necə zərbə vururlar. Sanki qanunların bunlara heç bir aidiyyatı yoxdur.

Şəki Dövlət Regional Kollecinin direktoru Sərdar Şərifov necə cəsarətlə, qorxmadan, arxayıncasına (HÜNƏRİNİ) günahını dili ilə təsdiqləyir... Fərasətini, cəsarətini nümayiş etdirir... Vəzifə kürsüsünə güvənərək kimlərə şərait yaratdığından qürurla danışır. (2-ci səs) Bu cinayət deyil?..

... Söz yox, bu əməllərə qarşı qanunların öz cavabı var...

Bu vəziyyətin daha dəqiq araşdırılması üçün tələbələr arasında anonim sorğular keçirməklə, müəyyən məlumatlar əldə etmək olar...

Burada da iddia deyil, canlı fakt danışır. Direktorun bu vəzifəyə təyin olunduğu vaxtdan indiki dövrə qədər olan fəaliyyəti araşdırılmalıdır... Təhsil müəssisəsində olan bu cür özbaşınalıqların məlum səbəbkarlarının digər əməlləri, təhsilin idarə olunmasında etdikləri nöqsanlar üzə çıxarılmalı, fəsadlar müəyyən olunmalıdır.

Direktordan mənə yazılan əlavənin digərlərindən niyə az yazıldığını soruşanda səsləndirdiyi cavablar: (“Kim ayrı-seçkilik salır?”, “Bərabər yazılanda nə olur” sualına verdiyi cavab: “pul az idi” (SƏS. 3. Gələn dəfə o biriləri az alacaq). Daha sonra “məktəbdə olan xərclərdən xəbərin var” sualını verir. Sualına, sualla cavab verirəm: “nə barədə xərc”? Cavab: “işıq pulu, cibimdən verirəm”... “Dövlət heç nə ayırmır” sualına verdiyi cavab: “çoxdan işlədib...”

Bu nə cavabdı? Bu cür “rəngarəng” cavablarla direktorun özünü təmizə çıxarmaq cəhdi... Çıxış yolunu mənim pulumu az yazmaqda tapmısan? Bu cür özbaşınalığı etməyə kim səlahiyyət verib?

Dövlət tərəfindən maliyyələşən təhsil müəssisəsində oturub, işlətdiyi ifadə: “İşıq pulunu cibimdən verirəm...”. Görəsən, Sərdar Şərifovun cibi haradan MALİYYƏLƏŞİR? Bu sehrli cibə necə sahib olub? Sərdar Şərifov belə deyir, bəs qanunlar?

Şəki Dövlət Regional Kollecinin direktoru Sərdar Şərifovun əməllərindən -TƏFƏRRÜAT

Goründüyü kimi, dövlət qanunlarının Sərdar Şərifova heç bir aidiyyəti yoxdur, onun öz iş üsulu var...

Digər bir sual və cavab. Pulun nə qədər yazıldığını soruşur, “53 manat” cavabını alır… Və “naşükür olmamağa” çağırır.

Vəzifəsindən faydalanan, özünə hər cür şərait yaradan, direktor müəllimin maaşına göz dikməkdən utanmaq, xəcalət çəkmək əvəzinə, “naşükürlük etməməyə” çağırır... Yəni “mən nə istəsəm edə bilərəm, sən sus, naşükür olma”... “Mən vəzifədə ola bilərəm, özümə güzaran qura biləram, mən rahat firavan yaşaya bilərəm, sən ehtiyac içində sürünsən də olar”,- demək istəyir yəqin... Vəzifənin gücünə arxalanıb, göstəriş verir.

Bu, özbaşınalığın bariz nümunəsi deyilmi?. Müəllimin zəhmət haqqına sahib çıxıb, verdiyi hökmə baxın!..

Məlumat üçün deyim ki, qanuna əsasən, kolleclərdə çalışan pedaqoji işçilərin dərs saatları 1,5 stavka əsas, 0,5 saat isə saathesabı nəzərdə tutulub. Lakin Sərdar Şərifov qüvvədə olan qanunlara məhəl qoymadan, 0,5 saatımı heç bir əsas göstərə bilmədiyi halda kəsdi. Nəticədə o zamandan artırılan maaşların mənə heç bir faydası olmadı. Yəni 0,5 stavka dərs saatım kəsildiyi üçün, cənab Prezidentin sərəncamına əsasən həyata keçirilən maaş artımlarının təsiri olmadı. Çünki bir yandan maaş artdı, digər tərəfdən dərs saatlarım kəsildi. Rəhbərlik tərəfindən mənə vurulan zərbə nəticəsində həmin saatlardan təqaüd fonduna köçürüləcək məbləğlər itirildi.

Sevinc Abdurrahmanovanın “yoxlama” adına məndən almaq istədiyi məbləği verməkdən imtina etməyim nəticəsində əllərinə düşən fürsət onlara təkan verdi, pillə-pillə mənə qarşı təsir göstərməyə başladılar, əvvəl əlavə pulu az yazdılar, sonra dərs saatlarımı kəsdilər. Nəhayət, yaş bəhanəsi ilə işdən azad etdilər. Yenə də mənə dövlətin verdiyi hüquqlarımdan istifadə etməyə imkan vermədilər... Bu məqamdan da “faydalana” bildilər... Təqaüd yaşının çatmasının səhəri günü işimə xitam verməsi fərasəti nədən xəbər verir? Qanunların verdiyi bütün imkanlardan maksimum yararlanmaq lazımdır. Ən azı bu gün mediada müzakirə mövzusu olan “yaş məsələsi” ilə əlaqədar səsləndirilən fikirlərə diqqət yetirmək, bəhrələnmək daha qiymətli olardı...

Təəssüflər olsun ki, neçə illərdir qüvvədə olan qanunlara məhəl qoymayan, dərs saatlarımı kəsən, hüquqlarımı pozmaqla dövlətin qanunlarına göz yuman direktorun bu yerdə “gözü açıldı”, qanunu əlində bayraq etdi, iş fəaliyyətimə (17.01.2025) xitam verdi... Hətta 22.01.2025-ci il tarixində mənim tələbələrimin imtahanında iştirakıma maneə yaratmağa çalışdılar. Diqqət edin, hətta semestri başa vurmağa belə imkan vermədilər...

Bu addımları o şəxsə qarşı atdılar ki, (direktor Sərdar Şərifovdan fərqli olaraq...) tədris etdiyi ixtisasın proqramını tərtib edib, bu ixtisas üzrə neçə-neçə gənc kadrların yetişdirilməsində xidmətləri olub, uzun illərin təcrübəsi əsasında iki cildlik dərs vəsaitini hazırlayıb çapa təqdim edib...

Xatırladım ki, hazırladığım dərs vəsaiti çap üçün yığılma mərhələsindədir. Digər iki dərs vəsaitim də tədris üçün vacib və əhəmiyyətlidir. Hər iki vasait tədris olunan fənnin daha mükəmməl tədrisi üçün əhəmiyyətli olacaq, vasait çatışmazlığından olan boşluğu aradan qaldıracaq, ehtiyacı ödəyəcək, tədrisimizə layiqli töhfə olacaq.

Bütün bu dediklərimin davamı olaraq bildirirəm ki, direktorun “səyi” nəticəsində mənə dəyən ziyan, vurulmuş maddi və mənəvi zərərin, diqqətdən yayınmaması üçün lazımi məlumatları bir daha xatırladıram. Ümid edirəm ki, təqdim etdiyim faktlar lazımi qurumlara catacaq, əməli işlər görüləcək. Nəticədə dəymiş ziyanın, vurulmuş zərərin əvəzi olaraq qanuni yolla təzminatı mümkün olacaq.

Digər tərəfdən, uzunmüddətli səmərəli pedaqoji fəaliyyətim nəzərə alınaraq, ölkəmizdə qüvvədə olan qanunvericiliyə əsasən təcrübəli və yüksək iş qabiliyyəti olan kadr kimi, uzunmüddətli səmərəli pedaqoji fəaliyyətim nəzərə alınaraq, (diferensial yanaşma) əmək fəaliyyətimin daha 5 il davam etdirilməsi mümkün olacaq...

Nəhayət, aidiyyatı qurumlar vəziyyətin ciddi olduğunu nəzərə alaraq araşdırmalara başlayacaq, eyni zamanda mənim pozulmuş hüquqlarımın bərpası təmin olunacaq...

Ən başlıcası isə təhsildə olan bu cür neqativ halların qarşısı alınacaq, kollecdə şəffav mühit yaradılacaq. Kollec təhsilə, təhsil millətin gələcəyinə xidmət edəcək.// yenixeber.org

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.



Son xəbərlər

Nizami Təhməzov XALİDƏ HİCRAN (roman) - Otuz birinci hissə

Nizami Təhməzov XALİDƏ HİCRAN (roman) - Otuzuncu hissə

Rəsmi Bakıdan İranın Ermənistandakı səfirinə cavab

9 iyul xəbərdarlığı - Bu gün həyatınızın ən qısa günü ola bilər

Dünyanın ən gülməli ölkələri açıqlandı: Zirvədə gözlənilməz ölkə yer aldı

Bu su anbarının tikintisi 61 milyon manat xərclənəcək

İyulun 10-da 38 dərəcə isti olacaq

Paşinyan İlham Əliyevlə görüşmək üçün BƏƏ-yə getdi

Pezeşkian Azərbaycanla bağlı bu məlumatı şayiə adlandırdı

Azərbaycanda yeni cərimələr müəyyən edilir

Hindistan qondarma "erməni soyqırımı"nı tanıya blər: Bu, rəsmi İrəvana lazımdırmı?

Evimiz və ofislərimiz xaricdən izlənirmiş - DTX əməliyyat keçirdi

Azərbaycanda “Hava məkanından istifadə və uçuş Qaydaları” təsdiqləndi

İran XİN Trampın bu sözlərini təkzib etdi

Çimərliyə getmək istəyənlərin NƏZƏRİNƏ!

Mədəniyyət Nazirliyinin tenderi dayandırıldı

Sabah yağış yağacaq

Naxçıvanda min bir dərdə dərman olan suyun sirri nədir?

“MedEra Hospital”da falçı otağı: Elnur Əli həkimdirmi?

Xalxal meşələri məhv edilir, nazirlik susur-VİDEO

 Keçmiş deputat DƏLƏDUZLUQDA İTTİHAM OLUNUR - ÖZÜ İSƏ DEYİR Kİ...

Yeni şəxsiyyət vəsiqəsi bu hallarda alınacaq

Spiker Milli Məclisin növbəti iclasının vaxtını açıqladı

Naxçıvanda icra başçılarını Prezident təyin edəcək

Nizami Təhməzov XALİDƏ HİCRAN (roman) - iyirmi doqquzuncu hissə

Amansızlıqla öldürülən Günel iki il əvvəl ailə qurubmuş – Qətlin PƏRDƏARXASI

Abunəçilərin DİQQƏTİNƏ! “Azercell” digər mobil operatorlara problem yaradır

“Azəriqaz” İB-də ixtisar dalğası böyüyür… Fəhlələr niyə işdən çıxarılır?

Hamilə qadınlar bu xidmətlərdən pulsuz yararlana bilərlər

Klinik Psixoloq Zeynəb Rzayeva: “Travma bitmir – beyin onu yadda saxlayır, bədən isə hər gün yaşayır”

Saç tökülməsinə son - Çarəsi tapıldı

Klinik Psixoloq Zeynəb Rzayeva: “Uşaq vurmur, sinir sistemi siqnal verir – davranış deyil, beyin yüklənir”

Bütün xəbərlər