Gündəm

Kreditlərlə bağlı vacib xəbər: Faizlər bərabər bölünə bilər – AÇIQLAMA

Bankların kredit faizlərinin yüksək olması vətəndaşların hər zaman şikayətlənməsinə səbəb olur. Onları narahat edən digər məqam isə bəzi bankların kredit ödənişi zamanı məbləğin böyük hissəsinin faizdən çıxılmasıdır. Təklif edilir ki, banklar ödəniş cəvdəlinə yenidən baxsınlar və vətəndaş borcunu bağlayanda faizdən az çıxılsın.

Bəs banklar bu məsələyə necə yanaşırlar?

"MUMtv.az" xəbər verir ki, məsələ ilə bağlı millət vəkili Vüqar Bayramov deyib ki, istehlak kreditləri verilən zaman banklar daha qısa zamanda faiz gəlirlərini əldə etməyə çalışırlar. Bu isə ödəniş cədvəlində ilkin olaraq faizlərin ödənilməsinə və əsas məbləğdə ciddi dəyişikliklərin olmamasına gətirib çıxarır:

“Biz bütövlükdə həm ödəmə cədvəlində faiz və əsas məbləğlər üzrə proporsional yanaşmanın həyata keçirilməsini təklif edirik. Yəni banklar tərəfindən ilk aylarda və ya ilk ildə daha çox faiz ödənişlərinə üstünlük verilməsi məqbul deyil. Daha məqsədə uyğun olardı ki, optimal olaraq faiz və əsas məbləğlər üzrə ödənişlər məhz kredit ödənişi başladıqdan etibarən nəzərə alınsın, bölüşdürülsün.

Bu dəyişikliklər edilsə, əsas məbləğ üzrə borcun daha tez azalmasına, krediti tez bağlamaq istəyən vətəndaşların iqtisadi hüquqlarının qorunmasına gətirib çıxaracaq”.

Məsələ ilə bağlı Azərbaycan Banklar Assosiasiyasının eksperti Mənsur Məmmədov bildirib ki, bu bankların kredit ödənişlərində istifadə etdiyi daha çox audit üsulu ilə bağlıdır. Bu modeldə vətəndaş sabit məbləğ ödəyir:

“Yəni aylıq ödəniş məbləği növbəti ödəniş periodlardakı məbləğlərlə eyni olur. Ödənişlərdə hər ay eyni məbləğğ ödənilsə də, bu onun tərkibini dəyişir. Kredit ödənişlərinin ilk dövrlərində əsasən faiz ödənişləri çox olur. Çünki qalıq borcu yüksəkdir. Bu da hesablanan faizi artırır. Zaman keçdikcə əsas borcun qalıq məbləği azalır. Nəticədə aylıq faiz məbləği də azalır. Bu da eyni zamanda əsas borc üzrə ödənişin ümumi ödənişdə payını artırır”.

Ekspert qeyd edir ki, bank sistemində digər ödəniş üsulları da var. Lakin aylıq ödəniş məbləğinin sabit olması həm bank, həm də müştəri büdcəsinin proqnozlaşdırılmasını və planlaşdırılmasını asanlaşdırır.

Bəs vətəndaşların ödəniş cədvəlini istədikləri kimi tərtib etmək hüququ var?

Ekspert bildirib ki, bu sistem vətəndaşın əlavə pul ödəməsi demək deyil. Müştəri istənilən qrafikli ödəniş hallarında kreditin qalıq məbləğinə əsasən hesablanmış faiz məbləğini borc kimi ödəyir. Bankların ödəniş cədvəlini istədikləri kimi tərtbi etmək hüququ yoxdur. Ödəniş cədvəli qanunvericiliyə və müştəri ilə qarşılıqlı razılaşmaya əsasən hazırlanır. Müştəri sənədləri imzalamaqla öz razılığını bildirir. Əgər bu razılıq yoxdursa, bank bu şərtlərlə krediti müştəriyə verə bilməz.


12-05-2025, 15:03

Son xəbərlər

Gəncə şəhərinin Baş planı təsdiqləndi

Azərbaycanda kartof BAHALAŞDI

ÜST İsrailin fosfor mərmilərindən istifadəsini araşdırır

Leysan Məmmədovu “AZ TECHNOCON GROUP” MMC ilə nə kimi tellər bağlayır - İLGİNC FAKTLAR...

Cərimənin məcburi tutulması qaydası dəyişdi

AAYDA – da ARAŞDIRMALAR APARILIR

İsrail yeni müharibəyə hazırlaşır

Bu ölkə distant iş rejiminə keçir - Səbəbi isə...

İsrail və ABŞ İran hava limanına zərbə endirdi

Hüquqi əsaslandırma və faktlar – Hər kəs həqiqəti bilməlidir

Təhsilimizdə “firon sindromu”: Müəllim niyə ALÇALDILIR?

Müşfiq Abbasov azadlığa çıxdı

Seymur Orucovun “qazi sindromu”: İcra başçısı nə etmək istəyir?

Benzin 30%-dək bahalaşdı

Rusiya Ukraynanın Su-27 qırıcı təyyarəsini vurdu

Avropa İttifaqı Şurasının Prezidenti Bakıya gəlir

Göyçayda yol BİABIRÇILIĞI: Nə icra hakimiyyəti maraqlanır, nə də AAYDA – Foto

GDU-da əməkhaqqı oyunbazlığı... - BU NƏDİ BELƏ?

Ağdaş rayon İcra Hakimiyyətinin 800 min manatlıq tenderi cari təmir işlərinə xərclənib?

Neftin qiyməti yüksəlir, sosial xərclər artacaq?

Sabah hava yağıntılı olacaq

FHN-ə gül "satan" Cəvahir Məmmədova bu dəfə Mədəniyyət Nazirliynin tədbirini kecirir - TƏFƏRRÜAT

Tikinti materialları bazarında durğunluq yaşanır - VİDEO

TVM və "İnnova" şirkətlər qrupu batır?

Baş nazir bu tarixdə parlamentdə hesabat verəcək

Müharibənin keşiyində olan dünyada ən güclü orduya kim sahibdir?

Onlarla milyonluq tenderlərin qalibi olan 'TVM İnşaat' və 'İnnova İnşaat' şirkətləri haqqında ŞOK İDDİA - TƏFƏRRÜAT

“Bura icra başçısınındır, heç kim dayandıra bilməz” - ÖZBAŞINA QALIBLAR...

Meksikanın İrandakı səfirliyi fəaliyyətini Bakıda davam etdirəcək

Dubayda raket təhlükəsi barədə xəbərdarlıq edildi

Sol zolaqla hərəkət edən sürücülərin nəzərinə! - VİDEO

Prezident tapşırıq verdi - İrana yardım göndərildi

Bütün xəbərlər