Gündəm

Mahayət Nəbiyevin qardaşı ölkədən nə qədər valyuta çıxarıb?

Ölkədə külli miqdarda pul çıxarmaqda günahlandırılan qalmaqallı tikinti şirkətlərindən olan “Diadem” ASC ilə bağlı növbəti dəfə cərimə protokolu imzalanıb.

Mahayət Nəbiyevin qardaşı ölkədən nə qədər valyuta çıxarıb?

"MUMtv.az" XALQ.az-a istinadən xəbər verir ki, “Diadem” ASC-nin İnzibati Xətalar Məcəlləsinin iqtisadi fəaliyyət qaydaları əleyhinə olan 430.4-cü maddəsini pozduğu məlum olub. Tələbi pozulan maddəyə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə, vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir.

“Diadem” tikinti şirkti ilə bağlı işə 25 may tarixində Sumqayıt şəhər Məhkəməsində hakim hakim Ramiz Quliyevin sədrliyi ilə baxılacaq.

Mahayət Nəbiyevin qardaşı ölkədən nə qədər valyuta çıxarıb?

Xatırladaq ki, İXM-nin 430.4-cü maddəsinə əsasən, istənilən şirkət, sahibkar müəyyən mal almaq üçün ölkədən pul çıxarırsa, iki il ərzində həmin mal ölkəyə gəlmədiyi üçün sifarişi verən şirkət cərimələnir. İki il ərzində mal ölkəyə gəlmirsə, bu sahibkarın ölkədən pul çıxarması anlamına gəlir.

Qeyd edək ki, “Diadem” ASC müxtəlif təyinatlı tikililərin inşasını həyata keçirir, eləcə də tikinti materiallarının satışı ilə məşğuldur.

Açıq Səhmdar Cəmiyyəti təşkilati formasına baxmayaraq “Diadem”in cəmi 2 səhmdarı var – Nəbiyev Elbrus Ənvər oğlu səhmlərin 75%-nə, Dostumalıyeva Kəmalə Ocaqkişi qızı isə 25%-nə sahibdir. K.Dostumalıyeva təsisçi olmaqla yanaşı həm də şirkətdə menecer vəzifəsi tutur. Yeri gəlmşikən, şirkətin direktoru Dostumalıyev Fuad Azər oğludur ki, o da böyük ehtimalla təsisçilərdən birinin yaxın qohumudur.

Mahayət Nəbiyevin qardaşı ölkədən nə qədər valyuta çıxarıb?

Qeyd edək ki, Nəbiyev Elbrus Ənvər oğlu A+CO ASC-nin sahibidir. A+CO şirkəti həmçinin “Pancofee” məhsullarının Azərbaycandakı rəsmi distributorudur.

Mahayət Nəbiyevin qardaşı ölkədən nə qədər valyuta çıxarıb?

Həmçinin bildirirk ki, Elbrus Nəbiyev “Kristal Abşeron” MTK-nın Müşahidə Şurasının sədri Mahayət Nəbiyevin qardaşıdır.

Mahayət Nəbiyevin qardaşı ölkədən nə qədər valyuta çıxarıb?

Qeyd edək ki, “Kristal Abşeron” Milli Məclisin deputatı Ağalar Vəliyevə məxsus olduğu bilidirilir. Məlumatlarda şirkətlərə oğlu Pərviz Ağalarov rəhbərlik edir. Bu deputat tərəfində təkzib olunmayıb.


12-05-2025, 14:22

Son xəbərlər

ADSEA növbəti dəyişiklik astanasında: Orxan İmanlı xidmət rəhbəri vəzifəsinə gətirilir

Zərdabda “Qalib liderin yolunda: Gənc müəllimlər arasında ideya müsabiqəsi” keçirilib –FOTO

ABŞ Ermənistana qoşun yerləşdirib: “14 gün vaxt lazımdır”- İDDİA

GİN tədbirə 1 milyon manat xərcləyəcək

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

Agentlik Sabirabadda 69 minə ev tikir

Hesablama Palatasının tenderi ikinci dəfə ləğv edildi: Yenə benzin ala bilmədilər

Abituriyentlər niyə daha çox paytaxt universitetlərinə üstünlük verirlər? - VİDEO

Epşteyn bu ölkədə görüldü — Saqqallı formada – VİDEO

Livanda bina çökdü - Ölənlər var

Hərbçilərimiz qəzaya düşdü - Ölən və yaralananlar var

Tramp dərman saytı yaratdı

57 tender qazanan şirkət "qara siyahı"da - "Dasta Group" niyə "etibarsız" oldu?

Saleh Məmmədov necə yadda qaldı? - Tender qalmaqalları, qeyri-şəffaf maliyyə bölgüsü, qohumbazlıq...

“AYNA”-nın 12 min manata quraşdırdığı dayanacaq uçub?

Bakıda ağacları kəsdilər – Təbiətə 25 min manat ziyan vuruldu

Yeni sədr kimdir? – DOSYE

“İcbari Sığorta” 100 manatlıq şirkətə 232 min ödəyəcək

NK-dan İnzibati Xətalar Məcəlləsi ilə bağlı SƏRƏNCAM

Sürücü hazırlığı üzrə təhsil haqqı 50 manata endirilib

Memar AYNA məmurunun kobud məktubunu paylaşdı…

Agentlik 6 milyon manata 24 ölkədən Azərbaycana jurnalist və bloger gətirəcək - TƏFƏRRÜAT

Saleh Məmmədovu bu şəxs əvəz edə bilər - AAYDA-da yeni təyinat gözlənilir

Səfər Mehdiyevin köməkçisi HƏBS OLUNDU - BUNA GÖRƏ...

 "Həm 200 minimi vermir, həm də məni həbslə qorxudur" - İcarədar iş adamını ittiham edir

“İdrak” liseyinin təsisçisinin oğlu bu özəl stomatoloji klinikanın rəhbəridir

“Qarabağ” “Nyukasl”la oyun üçün bu futbolçuları siyahıya saldı

Liseyin binası Ruslan Eyyubovun imiş

Mətbuat Şurası “İdrak” liseyindəki güllələnmə hadisəsi ilə bağlı jurnalistlərə çağırış edib

Bu klublar cərimələndi

Gənclər və İdman Nazirliyi tədbirlərin təşkilinə bir milyondan çox xərcləyəcək

Neftçala bələdiyyəsinin keçmiş sədri kimdən rüşvət alıb? – İTTİHAM AKTI

Bütün xəbərlər