Gündəm

Azərbaycan Respublikası Prezidentinin 07.05.2020-ci il tarixli 1016 nömrəli Fərmanı ilə "Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası”nda edilmiş dəyişikliyə əsasən, güzəştli ipoteka kreditini almaq və Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) sərəncamında olan mənzilləri güzəştlə əldə etmək hüququ olan vətəndaşların mövcud kateqoriyalarından biri genişləndirildi və daha bir yeni kateqoriya əlavə olunub.

MİDA-dan "APA-Economics”ə verilən məlumata görə, belə ki, "ən azı 5 il dövlət ümumtəhsil məktəbində müəllim işləyən şəxs” adlı mövcud kateqoriya genişləndirilərək "ən azı 3 il dövlət ümumi təhsil müəssisəsində müəllim işləyən şəxsləri” əhatə edəcək. Müvafiq dəyişikliklə, gənc ailə (Gənc ailə – yaşı 35-dən çox olmayan şəxslərin nikaha daxil olmasından yaranan ailə, habelə himayəsində azı bir uşağı olan və yaşı 35-dən çox olmayan tək valideyndir) üzvü olan müəllimlər üçün əmək stajı tələbi 5 ildən 3 ilə endirilməklə yanaşı, yalnız ümumtəhsil məktəbində işləyən deyil, digər ümumi təhsil müəssisələrində çalışan gənc ailə üzvü olan müəllimlər də güzəştli mənzil əldə edə biləcəklər.

"Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanununun 12.14-cü bəndinə əsasən ümumi təhsil müəssisələrinin aşağıdakı növləri var:

 

• ibtidai ümumtəhsil məktəbi;

• ümumi orta ümumtəhsil məktəbi;

• tam orta ümumtəhsil məktəbi;

• lisey;

• gimnaziya;

• ümumtəhsil internat məktəbi;

• inteqrasiya təlimli internat tipli təhsil müəssisəsi;

• inteqrasiya təlimli ümumi təhsil müəssisəsi;

• xüsusi məktəb;

• xüsusi internat məktəbi;

• inteqrasiya təlimli internat tipli gimnaziya;

• valideyn himayəsindən məhrum uşaqlar üçün ümumtəhsil internat məktəbi;

• digər məktəblər.

Bununla yanaşı, yeni – "ən azı 15 il dövlət ümumi təhsil müəssisəsində müəllim işləyən şəxs” kateqoriyası da əlavə olundu. Həmin kateqoriyaya aid olan vətəndaşlar yaşından və ailə vəziyyətindən asılı olmayaraq güzəştlə mənzil əldə etmək hüququndan yararlana biləcəklər.

Ölkə başçısının bu Fərmanını icra etmək məqsədilə ötən müddət ərzində Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən "Güzəştli mənzil” elektron sistemində zəruri dəyişiklik və təkmilləşdirmə işi aparılmış, həmin kateqoriyalara aid olan vətəndaşlar tərəfindən təqdim edilməli sənədlər müəyyənləşdirilmişdir. Sənədlərin siyahısı ilə www.mida.gov.az və www.mida.gov.az/mmc/ internet saytlarının ana səhifəsində yerləşən "Güzəştli mənzili kim ala bilər” bölməsində tanış olmaq mümkündür.

Hər iki yeni kateqoriyaya aid şəxslər 12.05.2020-ci il tarixindən etibarən Elektron İmza və ya Asan İmzadan istifadə edərək "Elektron hökumət” portalında (www.e-gov.az) yaradılmış "Güzəştli mənzil” sistemi vasitəsilə müraciət edə bilərlər. "Güzəştli mənzil” sistemində qeydiyyatdan keçərək şəxsi elektron kabinetə sahib olan şəxslər mənzillərin seçimi zamanı daha öncə elektron kabinetə sahib olmuş digər kateqoriyalara aid vətəndaşlarla bərabər hüquqlara malik olacaqlar.

Xatırladaq ki, güzəştli mənzil əldə etmək istəyən vətəndaşların rahatlığını təmin etmək, "Güzəştli mənzil” elektron sistemindən istifadə ilə bağlı sualları cavablandırmaq, habelə elektron kabinetin yaradılmasında köməklik göstərmək məqsədilə Bakı şəhərində yerləşən 1, 3 və 5 saylı "ASAN xidmət” mərkəzlərində, habelə Sumqayıt "ASAN xidmət” mərkəzində və Gəncə şəhərində yerləşən "ASAN xidmət” mərkəzində "Güzəştli mənzil" pəncərələri vətəndaşlara xidmət göstərir. Bununla yanaşı, vətəndaşlar "ASAN xidmət” mərkəzlərinə gəlmədən ölkənin istənilən regionundan "108 Çağrı” mərkəzinə zəng edərək suallarına cavab tapa bilərlər./Lent.az/


Son xəbərlər

Bu tibb işçilərinin maaşlarına əlavənin verilmə müddəti uzadıldı

Kreditin verilməsində yenilik

Milli Məclis “Gündəlik” adlı mobil tətbiq istifadəyə verib

Azərbaycanla Rusiya arasında bu saziş təsdiqləndi - Prezidentdən fərman

“AzerGold” QSC-nin hasilat və satış həcmləri artıb

“Socar” -da növbəti yanğın!

Bu şəxslərə birdəfəlik müavinət veriləcək

Prokurorluğa işə qəbulla bağlı yeni qayda müəyyənləşir

Bu şəxslərə 6 min manat müavinət veriləcək

Gömrük orqanlarında xidmətə qəbulla bağlı yeni qayda

Yağış suları necə istifadə olunacaq?

Azərbaycanda yeni rüsumlar müəyyən edilir

Su basan tuneldən cəsəd çıxarıldı - VİDEO

Bakının bu prospekt və küçələrində binaların söküntüsü başlayır

Deyəsən ARXKOM bizi hələ çox utandıracaq - Məhəmməd Məmmədov yazır...

Bəzi avtobusların hərəkət istiqaməti dəyişdirildi

“WhatsApp” və digər mesajlaşma tətbiqlərinə kiberhücumlar olunur

“20 min dollarımızı “yedilər”, nəticəsi isə sıfırdır” - Azərbaycan vətəndaşı Türkiyənin “A life Park” hospitalından şikayətçidir

RAMİZ MEHDİYEV VƏ ELTON MƏMMƏDOV İSTİNTAQA CƏLB OLUNUR? - Prokurorluq AMEA ilə bağlı cinayət işi açdı

Sabah hava necə olacaq?

BMT-nin baş katibi Ukraynanın dəvətini rədd edərək Rusiyaya gedir

Blinken yenə İsrailə getdi

Onlara güzəştli şərtlərlə ipoteka verilməsi təklif olunur

Hesablama Palatası siyasi partiyaları yoxlayacaq

"Biz müqaviləni Paşinyanla yox, Ermənistan dövləti ilə bağlayırıq" - Vitse-spiker

"Hizbullah" İsrailin hərbi bazalarına zərbələr endirib

Prezident Aleksandr Vlaskampı qəbul etdi

Musa Qasımlı bu vəzifəsindən azad edildi

Pişiklər sözləri əşyalarla əlaqələndirə bilirlər?

Hərbçimiz silahdan açılan atəş nəticəsində öldü

Bakı-İrəvan münasibətləri Avropa Parlamentində müzakirəyə çıxarılır

Qızıl və gümüş bahalaşdı

Bütün xəbərlər