Gündəm

Azərbaycanda şənbə və bazar günləri çölə çıxma
 

Azərbaycanda son iki gündə koronavirusa yoluxanların sayı artıb. Əgər ölkə ərazisində koronavirusa yoluxanların sayında bu temp yenə də müşahidə edilsə, şənbə və bazar günləri insanların çölə çıxmasına qadağa qoyula bilərmi?

Mumtv.az Metbuat.az-a istinadən xəbər verir ki, bununla bağlı Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirib ki, bu barədə qərarları Operativ Qərargah verir:

"Biz sadəcə tövsiyyə edirik ki, insanlarımız sosial izolyasiya qaydalarına riyaət edərək, maska və əlcəklərdən istifadə etsinlər.

Ehtiyac olmadığı təqdirdə evdən çölə çıxmasınlar. Operativ Qərargah birgə müzakirə edərək, iqtisadi, psixoloji sosial və dünyada gedən proselər üzrə bütün parametrləri nəzərdən keçirdikdən sonra qərarlar qəbul edirlər. Bizim hər birimizin bir fikir səsləndirməyimiz insanları çaşdıra bilər.

Çünki karantin rejimi müharibə şəraiti ilə bir tutulan vəziyyətdir. Belə halda da hər şey bir mərkəzdən idarə olunmalıdır. Onlar nə qərar verərsə bizim borcumuz o qərarları icra etməkdir. Amma dünyada bu proses dalğavari gedir. Bu proses azalma və çoxalma ilə davam edəcək.

Bu bizi qorxutmamalıdır. Çünki hər şey dövlətin nəzarəti altındadır. Dövlətimiz bu bəla ilə uğurlu mübarizə aparır. Əlbəttə, bu vətəndaşlarımızı məsuliyyət hissindən daşındırmamalıdır. Koronavirusla dövlətlə birlikdə vətəndaşda mübarizə aparmalıdır. Əgər vətəndaşlarımız məsuliyyətsiz olarsa vəziyyət çətinləşə bilər. Vətəndaşlarımız Operativ Qərargahın qərarlarına əməl etməlidir. Ehtityac olmadıqda şənbə bazar çölə çıxmamalıdır. Əgər vətəndaşlarımız Operativ Qərargahın tövsiyyələrinə riayət etməzlərsə karantin rejim yenidən sərtləşə bilər. Koronavirusla yoluxma hələ Azərbaycanda pik həddə çatmayıb.

Ola bilsin ki, heç çatmasın. Əsas odur ki, bu gün yoluxanların sayı ilə klinikaların imkanları düz mütanasibdir. Əlavə olaraq yeni tipli modul klinikalarımız da açılır. Tibbi potensialımız imkan verəcək ki, yoluxanlar artarsa lazımı tədbirlər görüləcək. Əlbəttə bu məsələdə vətəndaşlarımızın karantin rejiminin şərtlərini əməl etməsindən çox şey asılıdır".



Son xəbərlər

“Toplum TV” işi üzrə daha bir nəfər istintaqa dəvət edilib

Prezidentdən Mikayıl Cabbarov və Samir Şərifovla bağlı sərəncam

46 nömrəli marşrut avtobusunda qorxulu anlar yaşanıb - FOTO

Azərbaycanda çörəyin qiyməti ucuzlaşacaq? - AÇIQLMA

Sus kəndinə köçürüləcək ailələr arasında püşkatma keçirildi

Sizdən xəbərsiz adınıza şirkət açıblarsa ..? - Diqqət!

Yevlaxın YARITMAZ BAŞÇISI... - BU NƏDİ BELƏ?!

İctimai TV-yə yeni Baş direktor müavini təyin edildi

Dünyada baş verənlər FOTOLARDA

Günay Kazımzadə yeni vəzifəyə təyin edildi

"Hizbullah"ın vacib simalarından biri məhv edildi

Azərbaycan Ordusunda keçirilən komanda-qərargah təlimləri başa çatıb

Sağlamlıq haqqında arayış elektron şəkildə veriləcək — TƏBİB

Blinken Çin lideri ilə görüşəcək

Bu şəxslərin təhsil haqlarından azad edilməsi ilə bağlı yaş həddi dəyişdirilə bilər

"Azərbaycan Prezidentinin aparatı ilə əlaqə davam edir" - Paşinyanın ofisi

Əlilliyi olan şəxslərlə bağlı ayrıca hesabat hazırlansın - TƏKLİF

Bu gün Ağdamdakı Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırır

Nazirlərin və komitə sədrlərinin qəbul günləri - CƏDVƏL

Daşqınlar insan təlafatına səbəb olub

İsrail ordusu Livandakı "Hizbullah" hədəflərinə hücum edib

Bu şəhərə bir günlük gələnlər pul ödəyəcəklər

Füzuliyə növbəti köç karvanı yola düşdü

Bakıda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar

Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır - Siqaret və dərman oliqarxı...

Göyçay Rayon İcra Hakimiyyətinin yaratdığı rəzalət - VİDEO // FOTO

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib – MƏHKƏMƏ İŞİ

İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi

ABŞ qoşunlarını Nigeriyadan çıxarır - Müzakirə başlayır

Rusiya XİN Putinin Qarabağın statusu haqqında mövqeyini AÇIQLADI

Sizi təəccübləndirəcək vəziyyətlər yarana bilər - BÜRCLƏR

Xocalıda 6 nəfərin qalıqları aşkar edildi + FOTO

Bütün xəbərlər