Gündəm
Gündəm / Cəmiyyət / Təhsil / Foto
Riyaziyyat müəllimi Bəyim Məmmədova: "Təməl gözəl qoyulursa, gələcəyimiz də parlaq olar"
Riyaziyyat müəllimi Bəyim Məmmədova deyir ki, "Təməl gözəl qoyularsa, gələcəyimiz də parlaq olar". Özü də məhz təməlin gözəl qoyulması üçün şagirdləri qarşısında tam məsuliyyəti ilə çalışır.
"MUMtv.az"la Bəyim xanım Məmmədovanı tanıyaq.
- Bəyim xanım, necə oldu ki, bu sahəyə gəldiniz?
- Müəllim olmağı özüm seçmişəm. Dəqiq fənləri, xüsusilə fizika, riyaziyyatı sevirəm. Eyni zamanda, uşaqları və öyrətməyi də səvirəm.
- Neçə ildir ki, bu sahədəsiniz?
- 2004-cü ildən fəaliyyətə başlamışam. Zaman-zaman fasilələr versəm də, artıq ikinci on ildir ki, öyrənilməsi ən çətin olan fənlərdən olan riyaziyyatı tədris edirəm.
- Öz sahəniz üzrə hansı işləri icra edirsiniz?
- Repetitor müəlliməm, amma buna baxmayaraq alışılmış testlərdən başqa, çalışıram ki, uşaqlar birlikdə müzakirələrlə, daha sərbəst şəkildə fikirlərini ifadə etməklə dərsi mənimsəsinlər. 5-11 litsey, abituriyent hazırlığı ilə məşgul oluram. Riyaziyyat məntiq tələb edən və ciddi fənlərdən biridir. Daha disiplinli öyrənmələrinə çalışıram. Amma təbii ki, ilk başda sevgi ilə öyrənmələrini istəyirəm.
- Bir müstəxəssis olaraq nəyə "yox", deyirsiniz?
- "Yox", deyə biləcəyim ən başda həvəssiz bir şagirdi qarşımda görməkdir. Çünki həvəssiz biri heç vaxt nəticə əldə edə bilmir. Deyə bilmərəm ki, heç qarşılaşmamısam. Amma bacardığım qədər şagirdi dərsə, fənnə bağlamağa çalışıram. İstəklə, həvəslə dərsə gələn sagird öyrənir və dərsdən sıxılmır.
- Xarakter olaraq necə birisiniz?
- Düzdür, hec bir insan özünə tam dolğub tərif verə bilməz. Bu, kənardan daha düzgün qiymətləndirilir. Qarşımdakı insanı dinləyib anlamağı bacarıram. Müəllimlikdə bu vacib nüanslardandır. Ürəyinə girə bildiyin hər bir şagird sənindir.
- Oxuculara nə məsləhət görürsünüz?
- Hər qrupda, dəmək olar ki, müəllim olmaq istəyən sagirdim olur. Onlara da eynən bu məsləhəti verirəm. Hər zaman ən şərəfli peşələrdəndir müəllim. Sevərək, vicdanla yerinə yetirməyimiz lazımdır. Axı həkimi də, hakimi də, mühəndisi də biz yetişdiririk. Təməl gözəl qoyulursa, gələcəyimiz də parlaq olar.
- Mən bu sahəyə gələrkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.
- Ağlıma gəlməzdi ki, təhsildən on il uzaqlaşmış birinə sıfırdan başlayıb nəticə əldə edə bilərik. Çətin olmasına baxmayaraq, məsədyönlü və davamlı olduğumuz zaman nəinki riyaziyyat, hər bir sahədə istədiyimizi əldə ede bilirik. Son olaraq qeyd etmək istəyirəm ki, riyaziyyat çətindir, deyib ondan qorxmayın. Ürəyimizin ritmlərindən tutmuş, zamanı hesablayan saatədək, kulinariyadakı ölçülərdən tutmuş kompüter qrafikasına qədər, hər yerdə riyaziyyatdan bir parça vardır. Ona görə də bu maraqlı fənni öyrənməyə çalışın. Unutmayın ki, beynimizi nə qədər işlətsək, bir o qədər gec qocalar.




