Gündəm

Tikinti materialları yenidən bahalaşdı

Əvvəlki aylarla müqayisədə tikinti materialları bazarında qiymət artımı müşahidə olunur. Bahalaşma xüsusilə xaricdən gətirilən məhsullarda daha qabarıq hiss edilir.

"MUMtv.az" ATV-yə istinadən xəbər verir ki, son iki həftədə bazarda qiymətlərin artdığı daha çox taxta, sement və mişar daşı kimi əsas tikinti materiallarında nəzərə çarpır. Məsələn, bir neçə ay öncə kubu 320 manata satılan taxta hazırda 340 manata təklif olunur. Sementin bir kisəsində 50 qəpik, mişar daşında isə 10 qəpik artım qeydə alınıb. Qiymət artımı digər tikinti materiallarında da özünü göstərir.

Alıcılar bahalaşmadan narazıdırlar. Satıcılar isə bunu həm istehsal xərclərinin, həm də idxal qiymətlərinin artması ilə əlaqələndirirlər. Onların sözlərinə görə, dam örtükləri, sement, xırdavat məhsulları və digər materialların satış qiymətlərində də yüksəliş var.

“Əvvəllər taxtanın kubunu 320 manata alırdıq, indi 330-340 manata qədər qalxıb. Artım var və bu davam edir”, – deyə satıcılardan biri bildirib.

Dam örtüklərinin qiymətləri qalınlıq və keyfiyyətə görə dəyişir – 3 manat 50 qəpikdən başlayaraq, 30 manata qədər yüksəlir. Satıcılar bildirirlər ki, məhsullar yerində bahalaşır, bu isə onların satış qiymətlərinə təsir göstərir.

Xatırladaq ki, Azərbaycanda tikinti materialları sonuncu dəfə mart ayının əvvəlində bahalaşmışdı.



Son xəbərlər

Fəzilət şairi XALİDƏ HİCRAN - IV HİSSƏ

“Müəmmalı” “Fuga Group”: gizli qalan rəhbər, işıqfor satan tikinti şirkəti

Bakının mərkəzində təhlükəli vəziyyət

Anar Rzayev qardaşının idarə etdiyi öz şirkətinə limitsiz lisenziyalar verir?

İran mediası ADY-dəki məsələdən yazdı

“Erməni zabitlər döyüş mövqelərini qoyub, qaçıblar”

Putin Ukraynaya ultimatum verdi – ŞƏRTLƏRİ

Çox isti içkilər içmək xərçəng riskini artırır

Vətəndaşlarımız bu ölkələrdə insan alverinin qurbanı olublar

1 600 manatadək artırılan müavinət kimlərə ödənilir? - AÇIQLAMA

Paraqvayda qəribə dəyişiklik: Bir icma öz ənənələrini unuda bilərmi?

Türkiyənin Milli Təhlükəsizlik Şurasının baş katibi Azərbaycanda səfərdədir

Trampın İstanbula getmək istəməsinə Zelenskidən reaksiya

Səs yazısı yayılan direktor işdən çıxarıldı

Qoşunları sərhədlərdən çıxarmaqla bağlı razılığa gəldilər

Fəzilət şairi XALİDƏ HİCRAN - III HİSSƏ

Sahib Məmmədovun “agent ovu”: Həmkarlar İttifaqı Konfederasiyasında nə baş verir?

Kreditlərlə bağlı vacib xəbər: Faizlər bərabər bölünə bilər – AÇIQLAMA

Nərimanovda "Gold Residence" sakinlərin yolunu kəsib-Təcili yardım və yanğınsöndürmə avtomobilləri girişi mümkün deyil

Mahayət Nəbiyevin qardaşı ölkədən nə qədər valyuta çıxarıb?

28 May münasibətilə əfv fərmanı gözlənilir - 700-dən çox müraciət

Yasamalda növbəti qanunsuz tikinti – Video

AZCON-da yeni təyinatın sirri: Aysel Salamova nazirin müşavirinin həyat yoldaşı imiş

Rusiya Ukraynada daha bir ərazini ələ keçirdi

İlham Əliyevin məktubu Bəhreyn vəliəhdinə təqdim edildi

Sabah 28° isti olacaq

Avstraliyada yeni hökumət quruldu

Bu şəxslərə 20 milyon manata yaxın güzəştli kredit verilib

Azərbaycanda sosial xidmətlərin sayı artırıldı

Vətəndaşdan 15 min rüşvət tələb olundu - İDDİA //VİDEO

PKK ləğv edildi

Diqqətli olun! “Bolt” kartınızdn pul silə bilər – Foto

Bütün xəbərlər