Gündəm

"İcra Hakimiyyətinin əməkdaşları hər ay məndən 500 manat rüşvət istəyirlər" - ŞƏMKİR SAKİNİNDƏN RƏSMİ QURUMLARA MÜRACİƏT

MUMtv.az: - Şəmkir rayon sakini Möyləqulusoy Fizuli Tahir oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şəhid ailəsinin üzvü olduğunu bildirən şikayətçi iddia edir ki, Şəmkir Rayon İcra Hakimiyyətinin nümayəndələri hər ay ondan 500 manat rüşvət tələb edirlər:

“Mən, Möyləqulusoy Fizuli Tahir oğlu, çarəsiz qalıb mətbuat vasitəsilə saləhiyyətli qurumlardan kömək istəyirəm.

Bildirim ki, biz Şəmkir-Gədəbəy yolunun kənarında - "Yasamal perevalı" deyilən ərazidə çörək pulumuzu qazanmağa çalışan kasıb ailəyik. Yüngül ticarətlə məşğul olub, ailəmi dolandırıram. Burada heç bir tikintidən söhbət gedə bilməz. Çəkdiyim video vasitəsilə də aydınlıq gətirmişəm. Yoldan xeyli aralı əraziyə qoyduğum stolların yerini hər zaman dəyişmək mümkündür. Bir daha qeyd edim ki, maşın yolundan xeyli aralıda xırda ticarətlə məşğul oluruq.

Əmim oğlu şəhiddir. Onun adından istifadə etmək niyyətində deyiləm. Amma məndən hər ay 500 manat pul istəyən şəxslərə də demişəm ki, şəhid ailəsiyəm, icazə verin çörəyimi qazanım.

Şəmkir Rayon İcra Hakimiyyətində işləyən bir neçə nəfər hər ay məndən 500 manat pul istəyir. Sizin sayt vasitəsilə səlahiyyətli qurumlardan kömək istəyirəm".

Məsələ ilə bağlı Şəmkir Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlamağa çalışsaq da, telefon zənglərimiz cavabsız qaldı.

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.



Son xəbərlər

“Müəmmalı” “Fuga Group”: gizli qalan rəhbər, işıqfor satan tikinti şirkəti

Bakının mərkəzində təhlükəli vəziyyət

Anar Rzayev qardaşının idarə etdiyi öz şirkətinə limitsiz lisenziyalar verir?

İran mediası ADY-dəki məsələdən yazdı

“Erməni zabitlər döyüş mövqelərini qoyub, qaçıblar”

Putin Ukraynaya ultimatum verdi – ŞƏRTLƏRİ

Çox isti içkilər içmək xərçəng riskini artırır

Vətəndaşlarımız bu ölkələrdə insan alverinin qurbanı olublar

1 600 manatadək artırılan müavinət kimlərə ödənilir? - AÇIQLAMA

Paraqvayda qəribə dəyişiklik: Bir icma öz ənənələrini unuda bilərmi?

Türkiyənin Milli Təhlükəsizlik Şurasının baş katibi Azərbaycanda səfərdədir

Trampın İstanbula getmək istəməsinə Zelenskidən reaksiya

Səs yazısı yayılan direktor işdən çıxarıldı

Qoşunları sərhədlərdən çıxarmaqla bağlı razılığa gəldilər

Fəzilət şairi XALİDƏ HİCRAN - III HİSSƏ

Sahib Məmmədovun “agent ovu”: Həmkarlar İttifaqı Konfederasiyasında nə baş verir?

Kreditlərlə bağlı vacib xəbər: Faizlər bərabər bölünə bilər – AÇIQLAMA

Nərimanovda "Gold Residence" sakinlərin yolunu kəsib-Təcili yardım və yanğınsöndürmə avtomobilləri girişi mümkün deyil

Mahayət Nəbiyevin qardaşı ölkədən nə qədər valyuta çıxarıb?

28 May münasibətilə əfv fərmanı gözlənilir - 700-dən çox müraciət

Yasamalda növbəti qanunsuz tikinti – Video

AZCON-da yeni təyinatın sirri: Aysel Salamova nazirin müşavirinin həyat yoldaşı imiş

Rusiya Ukraynada daha bir ərazini ələ keçirdi

İlham Əliyevin məktubu Bəhreyn vəliəhdinə təqdim edildi

Sabah 28° isti olacaq

Avstraliyada yeni hökumət quruldu

Bu şəxslərə 20 milyon manata yaxın güzəştli kredit verilib

Azərbaycanda sosial xidmətlərin sayı artırıldı

Vətəndaşdan 15 min rüşvət tələb olundu - İDDİA //VİDEO

PKK ləğv edildi

Diqqətli olun! “Bolt” kartınızdn pul silə bilər – Foto

Turizm Agentliyi bu sahəni batırır – İqtisadçı rəqəmlər açıqladı

Bütün xəbərlər