Gündəm
Gündəm
Türkiyədə axtarışda olan təhlükəli terrorçu məhv edildi
Türkiyənin təhlükəsizlik qüvvələri Tunceli vilayətinin Ovacık bölgəsində uğurlu antiterror əməliyyatı keçiriblər.
Virtualaz.org-a əsasən bildiririk ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilir ki, əməliyyat nəticəsində zərərsizləşdirilən üç terrorçudan biri "Mahsum” ləqəbli Mehmet Fatih Demirdir. O, 2016-cı il avqustun 22-də Nizamiyyə rayonunda törədilən qanlı terror aktının təşkilatçısı olub. Təhlükəli terrorçular siyahısında olan M.Demirin tutulması üçün 500 min Türkiyə lirəsi (təxminən 70 min ABŞ dolları) məbləğində mükafat nəzərdə tutulmuşdu.