Gündəm

Ali Məhkəmə: İşçi işdən çıxarılarkən xəbərdarlıq müddəti gözlənilməlidir

Ali Məhkəmə işəgötürən tərəfindən işçinin ərizəsində göstərilmiş xəbərdarlıq müddətini gözləmədən əmək müqaviləsinə xitam verilməsinin hüquqi nəticələrinə dair vahid məhkəmə təcrübəsini müəyyən edən qərar qəbul edib.

İşçi 06.02.2024-cü il tarixli ərizə ilə işəgötürənə müraciət edərək, onunla bağlanmış əmək müqaviləsinə 1 ay sonra yəni, 06.03.2024-cü il tarixdən xitam verilməsini xahiş edib.

İşəgötürən isə həmin müddəti gözləmədən 3 gün sonra 09.02.2024-cü il tarixdə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə (tərəflərdən birinin təşəbbüsü ilə) əsasən əmək müqaviləsinə xitam verib. İddiaçı xəbərdarlıq müddətinin gözlənilmədiyinə istinad edərək, işdən azad olunması barədə əmrin ləğv olunması və işinə bərpa olunması barədə iddia qaldırıb. İşə baxan birinci və apelyasiya instansiya məhkəmələri əmri qanunsuz hesab etməklə, işçinin işə bərpa olunması qənaətinə gəliblər. Bundan sonra cavabdeh kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib.

Ali Məhkəmənin Mülki kollegiyası işə baxaraq qeyd edib ki, əmək müqaviləsinin işçi tərəfindən ləğv edilməsi qaydasını tənzimləyən 69-cu maddəsinə görə, işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. Həmçinin bir qayda olaraq işçi əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti bitənədək bu maddə ilə müəyyən edilmiş əsasla əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir.

Baxılan işdə iddiaçı işəgötürənə yazdığı ərizəsində onunla bağlanmış əmək müqaviləsinə bir ay sonra xitam verilməsini xahiş edib. Bu halda işəgötürən iddiaçı ilə əmək müqaviləsinə xitam verilməsi üçün bir aylıq xəbərdarlıq müddətini gözləməli, bu müddət bitdikdən sonra əmək müqaviləsinə xitam verməli idi. Lakin işəgötürən xəbərdarlıq müddətini gözləməyib, iddiaçının barəsində intizam tənbehi verilməsi barədə əmrin olmasını əsas tutaraq, xəbərdarlıq müddəti bitənədək əmək müqaviləsinə xitam verib. Bu hal (xəbərdarlıq müddətinin bitməməsi) əmrin ləğvinə əsasdır və məhkəmə əmri ləğv etməkdə haqlı olub. Bu baxımdan işə mahiyyəti üzrə baxmış məhkəmələr əmri ləğv etməkdə haqlı olsalar da, iddiaçının daimi olaraq işə bərpa olunması hissəsində düzgün olmayan qənaətə gəliblər.

Belə ki, iddiaçı öz iradəsinə uyğun olaraq 06.03.2024-cü il tarixdən əmək müqaviləsinə xitam verilməsini tələb etmiş və məhkəmələr tərəfindən Əmək Məcəlləsinin 69-cu maddəsinin 4-cü hissəsinə müvafiq olaraq bu müddət bitənədək ərizəsini geri götürməsi və ya onun etibarsız hesab edilməsi barədə işəgötürənə yeni ərizə verməsi halı müəyyən olunmayıb.

Belə olan halda bu tarixdən sonra iddiaçı ilə əmək münasibətlərinin davam etdirilməsi üçün əsas qalmırdı və işəgötürən ona xəbərdarlıq müddəti bitənədək olan dövr üçün əmək haqqı ödəmək vəzifəsi daşıyır. Ona görə də iddiaçı işdən azad olunma barədə əmrin verildiyi tarixdən xəbərdarlıq müddətinin bitdiyi tarixədək işə bərpa edilmiş hesab edilməli və həmin müddət üçün ona məcburi işburaxma günlərinə görə əmək haqqı ödənilməlidir.



9-04-2025, 13:09

Son xəbərlər

Gəncə şəhərinin Baş planı təsdiqləndi

Azərbaycanda kartof BAHALAŞDI

ÜST İsrailin fosfor mərmilərindən istifadəsini araşdırır

Leysan Məmmədovu “AZ TECHNOCON GROUP” MMC ilə nə kimi tellər bağlayır - İLGİNC FAKTLAR...

Cərimənin məcburi tutulması qaydası dəyişdi

AAYDA – da ARAŞDIRMALAR APARILIR

İsrail yeni müharibəyə hazırlaşır

Bu ölkə distant iş rejiminə keçir - Səbəbi isə...

İsrail və ABŞ İran hava limanına zərbə endirdi

Hüquqi əsaslandırma və faktlar – Hər kəs həqiqəti bilməlidir

Təhsilimizdə “firon sindromu”: Müəllim niyə ALÇALDILIR?

Müşfiq Abbasov azadlığa çıxdı

Seymur Orucovun “qazi sindromu”: İcra başçısı nə etmək istəyir?

Benzin 30%-dək bahalaşdı

Rusiya Ukraynanın Su-27 qırıcı təyyarəsini vurdu

Avropa İttifaqı Şurasının Prezidenti Bakıya gəlir

Göyçayda yol BİABIRÇILIĞI: Nə icra hakimiyyəti maraqlanır, nə də AAYDA – Foto

GDU-da əməkhaqqı oyunbazlığı... - BU NƏDİ BELƏ?

Ağdaş rayon İcra Hakimiyyətinin 800 min manatlıq tenderi cari təmir işlərinə xərclənib?

Neftin qiyməti yüksəlir, sosial xərclər artacaq?

Sabah hava yağıntılı olacaq

FHN-ə gül "satan" Cəvahir Məmmədova bu dəfə Mədəniyyət Nazirliynin tədbirini kecirir - TƏFƏRRÜAT

Tikinti materialları bazarında durğunluq yaşanır - VİDEO

TVM və "İnnova" şirkətlər qrupu batır?

Baş nazir bu tarixdə parlamentdə hesabat verəcək

Müharibənin keşiyində olan dünyada ən güclü orduya kim sahibdir?

Onlarla milyonluq tenderlərin qalibi olan 'TVM İnşaat' və 'İnnova İnşaat' şirkətləri haqqında ŞOK İDDİA - TƏFƏRRÜAT

“Bura icra başçısınındır, heç kim dayandıra bilməz” - ÖZBAŞINA QALIBLAR...

Meksikanın İrandakı səfirliyi fəaliyyətini Bakıda davam etdirəcək

Dubayda raket təhlükəsi barədə xəbərdarlıq edildi

Sol zolaqla hərəkət edən sürücülərin nəzərinə! - VİDEO

Prezident tapşırıq verdi - İrana yardım göndərildi

Bütün xəbərlər