Gündəm

Azərbaycanda alimlər nə qədər maaş alırlar? - RƏQƏMLƏR

Bu gün Azərbaycanda Elm günüdür. Elm gününün qeyd olunması bütün ölkə üzrə elm sahəsində fəaliyyət göstərən alim və mütəxəssisləri bir araya gətirməklə yanaşı, həm də əldə olunan elmi nailiyyətləri ictimaiyyətə təqdim etməyə, çatışmazlıqları geniş şəkildə müzakirə etməyə və problemlərin həlli ətrafında birləşməyə imkan verir.

"MUMtv.az" Modern.az-a istinadən xəbər verir ki, 2025-ci il dövlət büdcəsində elm sahəsinə ayrılan xərclər 244,4 milyon manat olaraq nəzərdə tutulub. Bu rəqəm əvvəlki illə müqayisədə 3,5 faiz artım deməkdir.

Bu ilin yanvar ayında AMEA Rəyasət Heyətinin və Aparatının, AMEA-nın Gəncə bölməsinin aparatının işçilərinin aylıq vəzifə maaşları artırılıb.

Artımdan sonra AMEA Prezidentinin maaşı 4079 manata çatıb. AMEA-nın 1-ci vitse-prezidenti 2824, vitse-prezidenti, akademik katibi 2611 manat maaş alır. Digər işçilərin maaşları aşağıdakı kimidir:

Sıra №-si

Vəzifələrin adı

Aylıq vəzifə maaşı (manatla)

1. AMEA-nın prezidenti
4079
2. AMEA-nın 1-ci vitse-prezidenti
2824
3. AMEA-nın vitse-prezidenti, akademik katibi
2611
4. AMEA-nın Rəyasət Heyətinin üzvləri, elmi bölmələrin akademik katibləri, müşavirləri, AMEA-nın prezidentinin müşaviri, katibliyin rəisi, AMEA-nın Gəncə bölməsinin akademik-katibi
1952
5. İdarə rəisi
1888
6. AMEA-nın Rəyasət Heyətinin elmi katibi, AMEA-nın və AMEA-nın Gəncə bölməsinin aparatında: əsas şöbənin rəisi, işlər müdiri, idarə rəisinin müavini
1825
7. İdarənin tərkibində şöbənin rəisi, baş mühasib, əsas şöbə rəisinin müavini, AMEA-nın elmi bölməsinin katibi, AMEA-nın Gəncə bölməsinin elmi katibi, AMEA-nın prezidentinin köməkçisi, AMEA-nın akademik-katibinin köməkçisi
1555
8. Qeyri-əsas şöbənin rəisi, sektor müdiri
1135
9. Qeyri-əsas şöbə rəisinin müavini, AMEA-nın vitse-prezidentinin köməkçisi
1072
10. Baş mütəxəssis, mülki müdafiə qərargahının rəisi, qaraj müdiri
999
11. Aparıcı mütəxəssis
905
12. Mütəxəssis
826

Qeyd edək ki, bir müddət əvvəl Nazirlər Kabinetinin qərarı ilə AMEA-nın Naxçıvan bölməsinin Aparatının işçilərinin aylıq vəzifə maaşları artırılıb. Qərara əsasən bölmənin sədrinin maaşı 2611 manat olub.

Elmlər Akademiyasında çalışan alimlərin maaşları isə tam açıqlanmayıb. Ötən ilin sonlarında Milli Məclisdə bildirilib ki, Elmlər Akademiyasında çalışan alimlərimizin tarif cədvəli üzrə maaşlarından vergilər çıxıldıqdan sonra kiçik elmi işçi 420 manat, elmi işçi 453 manat, böyük elmi işçi 489 manat, aparıcı elmi işçi 527 manat, baş elmi işçi və şöbə müdiri 576 manat məvacib alır.

Həmçinin fəlsəfə doktoruna elmi rəhbərlik edən alimə verilən məvacib aylıq 23-24 manat civarındadır.

Bundan başqa, son illərdə bir neçə dəfə ölkədə təxminən maaşlar 10-20 faiz artırılıb. Bu artımlar Elmlər Akademiyasının Rəyasət Heyətinə şamil edilsə də, institutlara şamil edilməyib. Nəticədə, Rəyasət Heyətində çalışan adi mütəxəssis institutlardakı elmlər doktoru, professor, şöbə müdirindən yuxarı maaş alır.

2025-ci il büdcə layihəsinə görə ortaaylıq əməkhaqqının cari illə müqayisədə 90,1 manat artırılaraq 1080,1 manata çatdırılması proqnozlaşdırılır. Bu da Elmlər Akademiyasında çalışan alimlərimizin aldığı məvacib orta aylıq əməkhaqqından təxminən 2 dəfə aşağı olduğunu göstərir.

Müşahidələr onu da deməyə əsas verir ki, fəlsəfə doktoru və elmlər doktoru elmi dərəcələrinə görə verilən müvafiq olaraq 60 və 100 manat məbləğ 2017-ci ildən sonra son 8 ildə artırılmayıb.



28-03-2025, 10:08

Son xəbərlər

ADSEA növbəti dəyişiklik astanasında: Orxan İmanlı xidmət rəhbəri vəzifəsinə gətirilir

Zərdabda “Qalib liderin yolunda: Gənc müəllimlər arasında ideya müsabiqəsi” keçirilib –FOTO

ABŞ Ermənistana qoşun yerləşdirib: “14 gün vaxt lazımdır”- İDDİA

GİN tədbirə 1 milyon manat xərcləyəcək

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

Agentlik Sabirabadda 69 minə ev tikir

Hesablama Palatasının tenderi ikinci dəfə ləğv edildi: Yenə benzin ala bilmədilər

Abituriyentlər niyə daha çox paytaxt universitetlərinə üstünlük verirlər? - VİDEO

Epşteyn bu ölkədə görüldü — Saqqallı formada – VİDEO

Livanda bina çökdü - Ölənlər var

Hərbçilərimiz qəzaya düşdü - Ölən və yaralananlar var

Tramp dərman saytı yaratdı

57 tender qazanan şirkət "qara siyahı"da - "Dasta Group" niyə "etibarsız" oldu?

Saleh Məmmədov necə yadda qaldı? - Tender qalmaqalları, qeyri-şəffaf maliyyə bölgüsü, qohumbazlıq...

“AYNA”-nın 12 min manata quraşdırdığı dayanacaq uçub?

Bakıda ağacları kəsdilər – Təbiətə 25 min manat ziyan vuruldu

Yeni sədr kimdir? – DOSYE

“İcbari Sığorta” 100 manatlıq şirkətə 232 min ödəyəcək

NK-dan İnzibati Xətalar Məcəlləsi ilə bağlı SƏRƏNCAM

Sürücü hazırlığı üzrə təhsil haqqı 50 manata endirilib

Memar AYNA məmurunun kobud məktubunu paylaşdı…

Agentlik 6 milyon manata 24 ölkədən Azərbaycana jurnalist və bloger gətirəcək - TƏFƏRRÜAT

Saleh Məmmədovu bu şəxs əvəz edə bilər - AAYDA-da yeni təyinat gözlənilir

Səfər Mehdiyevin köməkçisi HƏBS OLUNDU - BUNA GÖRƏ...

 "Həm 200 minimi vermir, həm də məni həbslə qorxudur" - İcarədar iş adamını ittiham edir

“İdrak” liseyinin təsisçisinin oğlu bu özəl stomatoloji klinikanın rəhbəridir

“Qarabağ” “Nyukasl”la oyun üçün bu futbolçuları siyahıya saldı

Liseyin binası Ruslan Eyyubovun imiş

Mətbuat Şurası “İdrak” liseyindəki güllələnmə hadisəsi ilə bağlı jurnalistlərə çağırış edib

Bu klublar cərimələndi

Gənclər və İdman Nazirliyi tədbirlərin təşkilinə bir milyondan çox xərcləyəcək

Neftçala bələdiyyəsinin keçmiş sədri kimdən rüşvət alıb? – İTTİHAM AKTI

Bütün xəbərlər