Gündəm

Ofisiantlıqdan başlayaraq İcra Hakimiyyətinin başçısı vəzifəsinə qədər yüksələn məmur!!!.









 
 
Bəli əziz oxucular, düz eşitdiniz.!
Qonşu redaksiyaların birində xüsusilə qeyd olunan, Biləsuvar rayon icra hakimiyyətinin başçısı Mahir Hacı oğlu Quliyevin, Azərbaycanda yerləşən tanınmış restoranların birində məmurlara xidmət etməklə, ofisiant kimi fəaliyyətə başlamasından söhbət gedir...!
Belə ki vaxtilə öz gözəlliyi və prestijliyi ilə göz oxşayan Bakı bulvarında yerləşən " Sahil" restoranına məmurların davamlı olaraq gəlməsi, bu məmurların sırasında əksər nazirlərin də olmasıdır ki, bu fürsətdən faydalanmağı bacaran Cənab Mahir Quliyev, ofisiant fəaliyyətində qeyri-adi bacarığını nümayiş etdirərək, bu istedadı ilə yüksək çinli vəzifəli şəxslərin ürəyində taxt-tac qurmaqla, İcra Hakimiyyətinin Başçısı postuna qədər yüksəlməyi bacarmışdır...
Restoran fəaliyyətinə başı qarışan Mahir Quliyev nəhayət 42 yaşında heç kəs tərəfindən tanınmayan, Naxçıvan Universitetinin inzibati idarəetmə ixtisasını bitirmişdir.

Hal hazırda Biləsuvar rayon icra hakimiyyətinin başçısı vəzifəsində çalışan Mahir Quliyev, görünür ki, idarəetməni düzgün öyrənməmişdir.
Belə ki, rayon sakinlərinin qan ağlayan fəryadları bunun bariz nümunəsidir.!
Dogruxeber.az informasiya agentliyinə, Biləsuvar rayon icra hakimiyyətinin yarıtmaz fəaliyyətindən dolayı ardı -arası kəsilmək bilməyən şikayətlərdən bir neçəsini siz oxucuların və aidiyyatı orqanların nəzərinə çatdırırıq...!
Biləsuvar rayon Bədili kəndində yaşayan Rzayevlər ailəsi işsizliklə bağlı rayon icra hakimiyyətinə üz tutaraq, ailənin çox ağır durumda olduğunu, evdə körpələrin belə acından ağlayaraq yemək istəmələrini Cənab Mahir Quliyevə bildirməklə ondan kömək istəmişlər.. Əfsuslar olsun ki, icra orqanı tərəfindən ailəyə heç bir dəstək və köməklik olunmamışdır.. Çarəsiz durumda qalan İlqar Rzayev sosial yardımla bağlı Biləsuvar rayon sosial müdafiə fonduna müraciət etmişdir....Lakin həmin dövlət qurumunun rəhbəri Ədalət müəllimin vaxtilə vətəndaş Razayevin 1 illik ünvanlı sosial yardımını mənimsədiklərinə görə onlardan şikayətçi olduğu üçün, Rzayevlər ailəsinə sosial yardımın alınması ilə bağlı heç cür kömək edə bilməyəcəyini söyləyərək vətəndaşa arxasını çevirmişdir...
Dözülməz ailə dramının faciə ilə bitməsini istəməyən İlqarın yaşlı anası 85 yaşlı nənə, yağışlı havada güclə evdən çıxaraq yenə rayon icra hakimiyyətinin başçısı Mahir Quliyevdən kömək istəməyə getsədə,
"İnzibati idarəetmə" ixtisasını bitirən Cənab Mahir Quliyev nənəni min cür bəhanə ilə icra hakimiyyətinin inzibati binasından uzaqlaşdıraraq, Rzayevlər ailəsini yenə də zülm-zillət içərisində buraxmışdır!!!

Rayon icra hakimiyyəti ilə bağlı çoxsaylı şikayətlərin içərisində, fərdi sahibkarlıqla məşğul olan bəzi sakinlər bildirmişlər ki, istifadə üçün bir qarış torpaq tapa bilmirik...
Rayon icra hakimiyyətinin başçısı Mahir Quliyev torpaqları yüksək vəzifəli şəxslərə satmış və onun nəticəsində örüş və əkin üçün nəzərdə tutulan torpaq sahələrini sakinlər qonşu rayonlardan icarəyə götürürlər..
Danışdıqca bitməyən Cənab Mahir Quliyevin "Məzəli sərgüzəştləri" vətəndaşları boğaza yığıb..!
Daha bir şikayətçi Həsənov Samir Habil oğlu da Biləsuvar rayon icra hakimiyyətinin rüşvətxor fəaliyyətindən giləylənərək, icra başçısının vətəndaşlara qarşı olan laqeydliyindən və biganəliyindən danışdı!
Belə ki,ağır və çarəsiz durumda yaşayan ailə, Biləsuvar rayon icra hakimiyyətinin başçısından kömək istəyiblər.. Lakin "İdarəetməni "düzgün bacarmayan Cənab Mahir Quliyev və onun əlaltıları, vətəndaşdan rüşvət istəyiblər...
Rüşvət qarşılığında isə ailəyə ünvanlı sosial yardım veriləcəyini vəd ediblər...
Bütün bu qeyd etdiklərimizi şikayətçi vətəndaşların öz dilindən aşığıda video şəklində izləyə bilərsiniz!!

Ölkə başçısı Cənab İlham Əliyevin siyası kursundan xəbəri olmayan İcra başçısı Cənab Mahir Quliyev, Prezidentin apardığı siyasətə, islahatlarda adı hallanan bəzi məmurlar kimi qara ləkədir!!!
Bu cür icra başçılarının yarıtmaz fəaliyyəti inanırıq ki, ölkə rəhbərliyi tərəfindən layiqincə qiymətləndiriləcək!
Dövlət xalqdan, Xalq isə vətəndaşlardan ibarətdir!
Hər bir vətəndaşı incidən məmurlar bilməlidir ki, belə özbaşınalıqları ilə dövlətin gələcəyini məhv edirlər..!
Cənab Prezident İlham Əliyevin dəfələrlə etdiyi çıxışlarında, vətəndaşı incitməməyi, onlara yuxarıdan aşığı baxmamağı, vətəndaşın hər bir probleminin həlli istiqamətində onların yanında olması ilə bağlı məmurlara verdiyi tapşırıqlar, görünür ki, Cənab Mahir Quliyevə hələ çatmayıb!
Ölkə Rəhbərinin səsini hələ də eşitməyən məmurlara üzümüzü tutaraq bildirmək istəyirik ki, biz, Dogruxeber.az informasiya agentliyi olaraq həmişəki kimi haqqı tapdanan vətəndaşların səsini Canab Prezidentə çatdırmaqda israrlıyıq!
Bununla yanaşı inanırıq ki , Prezident İlham Əliyevin son zamanlar ciddi şəkildə apardığı islahatların siyahısına, haqlı vətəndaşların narazı qaldıqları və onlara zülm etməkdən çəkinməyən məmurlar, qısa müddət ərzində bir- bir yazılaraq, öz cəzalarını alacaqlar...
Bizi izləməyi unutmayın..
Dogruxeber.az.

Son xəbərlər

Aqrar Sığorta Fondu 677 min manat qanunsuz köçürmə edib

Daha bir "TikTok"er saxlanıldı

Milli Məclisin növbəti iclasının gündəliyi

Ramin Abdullayevlə bağlı yeni İDDİALAR...

3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin bələdiyyə sədri ilə SÖVDƏLƏŞMƏSİ – VİDEOMÜRACİƏT

"2300 manat maaş, 15 min manat paket alırdım" - KEÇMİŞ NAZİR

Elm və Təhsil Nazirliyində “nüfuz savaşı” — Aparat rəhbəri ilə müavini nəyin davasını aparır?

Ramin Abdullayevin “göydələn” biznesi

Yeni dələduzluq növü: “Kəsirləri düzəldirəm, imtahan ballarını artırıram” - VİDEO

Şahin Bağırov və Qoşqar Təhməzli MİLLƏTİN QƏSDİNƏ DURUB? - İTTİHAM VAR...

Bu tarixdən maaş, pensiya və müavinətlər artırıla bilər

“Bələdiyyələrin statusu haqqında” qanuna dəyişikliklər təsdiqləndi

Dövlət Reklam Agentliyinin yeni sədri kimdir? - DOSYE

Azərbaycanda 10-dan çox su anbarı inşa ediləcək

Həcc ziyarəti üçün kvota bəlli oldu

Bu tibb işçilərinin maaşlarına əlavənin verilmə müddəti uzadıldı

Yaponiya və İran XİN başçıları Yaxın Şərqdəki son hadisələri müzakirə ediblər

“Xəzər Hövzəsi Araşdırmaları” proqramının açılışı olub

Bakıda adsız, ünvansız olan küçə və evlərin problemi - VİDEO

Gecə ac qarına yatmağın FAYDALARI

Prezident Şirvan suvarma kanalının təməlini qoyub

İİTKM informasiya sistemlərini “Hökumət buludu”na köçürüb

Sel və ildırım 43 nəfərin həyatına son qoydu

Vardanyanın “zənginlik yolu” – Odioz milyarderin “biznes karuseli” necə fırlanıb? - ARAŞDIRMA

Türkiyə HƏMAS ilə danışıqlar aparacaq

Bu amillər görmə qabiliyyətini azaldır

İş yerini dəyişdirmək istəyən müəllimlərin NƏZƏRİNƏ!

Məişət zorakılığına görə cəzalar sərtləşdirildi

Naxçıvan Ali Məclisində yeni təyinatlar

Ekoloqdan xəbərdarlıq: "Azərbaycanı böyük su problemi gözləyir"

Azərbaycanlı Polşada deputat seçildi

Bu şəxslərə əsas olmadan sığorta ödənişi edildi

Bütün xəbərlər