Gündəm
Gündəm / İqtisadiyyat / Cəmiyyət
Bu nazirlik "Azpetrol"dan 40 min AZN-lik benzin alıb - FOTO
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi "Azpetrol LTD" MMC-dən 40 min manatlıq Aİ-95 (premium) markalı benzin satın alıb.
"MUMtv.az" 32gun.az-a isstinadən xəbər verir ki, nazirlik "Xidməti minik avtomobilləri üçün Aİ-95 (premium) markalı benzinin satın alınması" ilə bağlı elan etdiyi tenderin qalibi - sözügedən MMC ilə müqavilə bağlayıb.
Tenderin məbləği 40.480 AZN təşkil edir.
Qeyd edək ki, "Azpetrol LTD" MMC-nin baş direktoru Ceyhun Məmmədovdur.