Gündəm

Məhkəmə Şahnaz Bəylərqızı barəsində qərar verdi

Jurnalist Şahnaz Bəylərqızı barəsində seçilmiş həbs qətimkan tədbirindən verilən apellyasiya şikayətinə baxılıb.

"MUMtv.az" Teleqraf-a istinadla xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində hakim Mehriban Qarayevanın sədrliyi ilə keçirilən prosesdə Şahnaz Bəylərqızının vəkili Bəxtiyar Hacıyevin verdiyi vəsatət təmin olunmayıb, qərar qüvvədə qalıb.

Qeyd edək ki, fevralın 6-da Xətai Rayon Məhkəməsinin qərarı ilə jurnalistin barəsində 3 ay 15 gün müddətinə həbs qətimkan tədbiri seçilib. Onun barəsində "Toplum TV işi" üzrə cinayət işi başlanıb.

Şahnaz Bəylərqızı Toplum TV-nin əməkdaşı olub. O, fevralın 5-də həbs edilib.

Qeyd edək ki, 2024-cü il martın 6-da sosial şəbəkələrdə Toplum TV-nin ofisində axtarış aparılması, saxlanılanların olması ilə bağlı xəbərlər yayılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumata görə, paytaxtın Nərimanov rayonu Y.V.Çəmənzəminli ev 98 B ünvanında yerləşən ofisdə və əlavə digər ünvanlarda bir qrup şəxsin fəaliyyəti ilə bağlı daxil olan məlumat üzrə polis əməkdaşları əməliyyat-axtarış tədbirləri keçiriblər.

Akif Qurbanov, Ramil Babayev, Əli Zeynalov, Müşfiq Cabbarov, İlkin Əmrahov, Ruslan İzzətli və Ələsgər Məmmədli həbs ediliblər.

Adları qeyd olunan şəxslərə qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Akif Qurbanov, Ramil Babayev, Əli Zeynalov, Müşfiq Cabbarov, İlkin Əmrahov, Ruslan İzzətli və Ələsgər Məmmədli barəsində həbs müddəti Xətai Rayon Məhkəməsinin qərarı ilə 6 aprel 2025-ci il tarixinədək uzadılıb.

Son xəbərlər

Sarıcalıya ilk mərhələdə 203 ailənin köçürülməsi planlaşdırılır

İnşaatçılar təsadüfən yaşı 1000 ildən çox olan məbədi aşkar ediblər

"Müdirlə kəllə-kəlləyə qoyma" göstərişi verən Qürbətəli Zeynalovun ŞOK ƏMƏLLƏRİ: Lənkərandakı 12 saylı bağçada nələr baş verir?

Şəhid ailələri "HƏMKARLAR"a "OD PÜSKÜRDÜ": "Dilənçi deyilik, bu, bizə təhqirdir" - VİDEO

"Avant Group" rəhbəri Əli Hüseynovun tapşırığı ilə ağaclar kəsildi-Baş Prokurorluq araşıdırma aparacaq

"AZDIZAYN GROUP" MMC-nin külli miqdarda vergi borcu üzə çıxdı - O da "Marsol" MMC ilə tərəfdaş imiş

ƏMİRASLANOVLAR AİLƏSİNƏ MÜRACİƏT! – Deputat Əhliman Əmiraslanov və oğlu Azər Əmiraslanov nədə ittiham olunur?

Azərbaycanda daha 2 min eşşək "yoxa çıxdı" - Rayonlar üzrə rəqəmlər

Təbiət qənimlərinə qanun niyə susur ? // VİDEO + FOTO

Şənbə günü 24° isti olacaq

Bayram namazının vaxtı açıqlandı

ABŞ Konqresinin Azadlıq radiosu ilə bağlı qərarı ləğv edilib

“O ünsürlər buna layiq deyillər” - Prezident

Məşhur tikinti maqnatı saxlanıldı

Aqrar İnnovasiya və Təchizat şirkətində YOXLAMA: İşçinin 100 minlik yeyintisi aşkarlandı

Rusiyaya məxsus qırıcı NATO səmasında XAOS YARATDI

Ölümcül ağciyər xəstəliyinin səbəbi açıqlandı

Fərhad Əhmədovun keçmiş arvadı ona qarşı iddiasını GERİ ÇƏKDİ

Azərbaycanda alimlər nə qədər maaş alırlar? - RƏQƏMLƏR

Biləsuvarda film kimi cinayət - İki qadın, iki quzu...

9 illik həbs edilən şöbə rəisinə cüzi güzəşt edildi

Bakıda dairə ləğv edilir, məşhur restoran sökülür - VİDEO

Zelenski Putinlə danışıqlara hazır olduğunu bildirib

Azərbaycanın milli təhlükəsizlik orqanları 106 yaşını qeyd edir

Zelenskidən XƏBƏRDARLIQ: Rusiya böyük hücuma HAZIRLAŞIR - Yazda...

Portağal və naringinin gizli TƏHLÜKƏLƏRİ

Baş ağrısını kəsən təbii vasitə

Agentliyin sədrinə yeni müavin təyin edildi

Ən uğursuz 3 bürc - Onların şansı gətirmir

1 dollar 2 manata SATILACAQ?

İranlı ekspertdən iddia: Tehran və Vaşinqton Cənubi Qafqazda tezliklə sülhə nail olmağa çalışır

45 yaşına çatmamış şəxslər gənc hesab olunacaq - YENİ QƏRAR

Bütün xəbərlər