Gündəm

Türkanda qanunsuz fəaliyyət göstərən daş karxanısını kim himayə edir?

İcra nümayəndəsinin himayə etdiyi deyilən karxana dövlət büdcəsindən pul yayındırır

İcra hakimiyyəti və icra nümayəndəsinin karxananı himayə edir?

Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) ölkədə qanunsuz fəaliyyət göstərən daş karxanalarının dayandırılması istiqamətində mübarizə aparır. Ölkədə hazırda torpaq qanunvericiliyinin tələblərini pozan, eyni zamanda qanunsuz işçi çalışdıran, vergidən yayınan xeyli sayda daş karxanaları var.

"MUMtv.az"ın AzFakt.com-dan əldə etdiyi məlumata görə belə qanunsuz daş karxanalarının biri də Türkan qəsəbəsinin ərazisində fəaliyyət göstərir.

Məlumata görə Türkan-Zirə yolundakı karxananın fəaliyyət göstərməsi üçün Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyindən icazəsi yoxdur.

Bundan başqa Əmək Məcəlləsinin bir sıra maddələrinə zidd olaraq karxanada çalışan işçilərin əksəriyyətinin əmək müqaviləsinin olmadığı bildirilir.

Karxanada təhlükəsizlik qaydalarına da əməl edilmədiyi də məlumatlar arasında yer alır. Belə ki, bu karxanada elektrik kabelləri normativlərə uyğun deyil. Karxanada olan naqillərə, texnikalara baxış keçirilmir.Bu isə işçilərin həyatını təhlükəyə atır. Bir tikə çörək üçün bu karxanalarda həyatlarını risqə atan fəhlə və ustalar sanki quldarlıq dövründə olduğu kimi qul həytı yaşayırlar. Bu insanların nə normal yatacaqları, nə mətbəxləri, nə də hamamları var. Üstəlik əmək müqavilələrinin də olmaması usta və fəhlələrinin gələcək həyatlarının təminatını ciddi sual altına alır.

Sözügedən Karxananın Vüsal Əsgərov adlı sahibkara məxsus olduğu bildirilir.

Karxananın vergidən külli-miqdarda vəsait yayındırdığı da səslənən iddialar arasında yer alır.

İlginc məqamlardan bir isə sahibkara məxsus karxananın Xəzər rayon icra hakimiyyətində himayədarlarının olduğu deyilir. Eyni zamanda Xəzər rayon icra hakimiyyəti başçısının Türkan qəsəbə üzrə icra nümayəndəsi Əli Quliyevin də adı himayədarlar arasında adları çəkilir.

Qeyd edək ki, Azərbaycan ötən ilin noyabr ayında ekologiya probleminə həsr olunmuş beynəlxalq COP-29 tədbirinə ev sahibliyi etdi. Ekologiya naziri Muxtar Babayev COP 29-da keçirilən tədbirdə Azərbaycanda fəaliyyət göstərən daş karxanalarının sayının həddən çox olduğunu, buna görə də ekologiyaya ciddi zərər dəydiyi, Bakı və ətraf ərazilərin havasının çirkləndiyi bildirdi. AzFakt.com

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Son xəbərlər

"Avant Group" rəhbəri Əli Hüseynovun tapşırığı ilə ağaclar kəsildi-Baş Prokurorluq araşıdırma aparacaq

"AZDIZAYN GROUP" MMC-nin külli miqdarda vergi borcu üzə çıxdı - O da "Marsol" MMC ilə tərəfdaş imiş

ƏMİRASLANOVLAR AİLƏSİNƏ MÜRACİƏT! – Deputat Əhliman Əmiraslanov və oğlu Azər Əmiraslanov nədə ittiham olunur?

Azərbaycanda daha 2 min eşşək "yoxa çıxdı" - Rayonlar üzrə rəqəmlər

Təbiət qənimlərinə qanun niyə susur ? // VİDEO + FOTO

Şənbə günü 24° isti olacaq

Bayram namazının vaxtı açıqlandı

ABŞ Konqresinin Azadlıq radiosu ilə bağlı qərarı ləğv edilib

“O ünsürlər buna layiq deyillər” - Prezident

Məşhur tikinti maqnatı saxlanıldı

Aqrar İnnovasiya və Təchizat şirkətində YOXLAMA: İşçinin 100 minlik yeyintisi aşkarlandı

Rusiyaya məxsus qırıcı NATO səmasında XAOS YARATDI

Ölümcül ağciyər xəstəliyinin səbəbi açıqlandı

Fərhad Əhmədovun keçmiş arvadı ona qarşı iddiasını GERİ ÇƏKDİ

Azərbaycanda alimlər nə qədər maaş alırlar? - RƏQƏMLƏR

Biləsuvarda film kimi cinayət - İki qadın, iki quzu...

9 illik həbs edilən şöbə rəisinə cüzi güzəşt edildi

Bakıda dairə ləğv edilir, məşhur restoran sökülür - VİDEO

Zelenski Putinlə danışıqlara hazır olduğunu bildirib

Azərbaycanın milli təhlükəsizlik orqanları 106 yaşını qeyd edir

Zelenskidən XƏBƏRDARLIQ: Rusiya böyük hücuma HAZIRLAŞIR - Yazda...

Portağal və naringinin gizli TƏHLÜKƏLƏRİ

Baş ağrısını kəsən təbii vasitə

Agentliyin sədrinə yeni müavin təyin edildi

Ən uğursuz 3 bürc - Onların şansı gətirmir

1 dollar 2 manata SATILACAQ?

İranlı ekspertdən iddia: Tehran və Vaşinqton Cənubi Qafqazda tezliklə sülhə nail olmağa çalışır

45 yaşına çatmamış şəxslər gənc hesab olunacaq - YENİ QƏRAR

Hamı evini satıb bu əraziyə köçür – Mənzillər su qiymətinə satılır

Xəzər dənizində suyun çəkilməsi daha da aktivləşib - VİDEO

Tikinti şirkəti yaşayış olan evləri dağıtdı

"Kəngərli, Xıdırlı kəndlərinə bu il qayıdış nəzərdə tutulub" - Prezident

Bütün xəbərlər