Gündəm

Qaralov vəzifədə deyil... amma hələ də ADI QARA İŞLƏRDƏ BİRİNCİDİR... - TƏFƏRRÜAT

MUMtv.az: - NewsCenter.az xəbər portalının redaksiyasına şikayət daxıl olub.

Müraciət edən Abşeron Rayon Mərkəzi Xəstəxanasının həkim-ginekoloqu Bədəlova Arzu Ənvər qızıdır.

Həkim haqsızlığa məruz qaldığını bildirir, əlaqədar təşkilatlardan, ictimaiyyətdən, mediadan, dövlət rəhbərliyindən kömək istəyir.

Abşeron səhiyyəsi dedikdə nədənsə göz önünə Mehriban Qaralova gəlir. Çünki bu qadın işlədiyi müddətdə rayonda səhiyyəni elə günə salıb ki, tibbi dildə desək, hələ də fəsadları bilinir.

Elə gümanımız bizi yanıltmadı. Arzu Bədəlovanın şikayətinin əsas "qəhrəmanı" da Abşeron Rayon Səhiyyə şöbəsinin sabiq müdiri Mehriban Qaralovadır.

Arzu xanımın dediklərindən bu qənaətə gəlinir ki, o sözün əsl mənasında şərə salınıb. Bu işin başında da Mehriban Qaralova durur.

Məsələ budur ki, 2022-ci ildə bir doğuş zamanı uşaq ölümü hadisəsi baş verib. Arzu həkim deyir ki,həmin an uşağın valideynlərinə doğuşla bağlı bir problem görmədiyi üçün, ölümün səbəbini tam müəyyənləşdirmək üçün təşrih, yəni meyitin yarılmasını təklif edib.Əvvəl valideynlər razı olmasalar da sonradan razılaşlblar.

Bundan sonra Abşeron Rayon Mərkəzi Xəstəxanası PHŞ direktoru və həmin dövr Abşeron Səhiyyə şöbəsinin müdiri olan Mehriban Qaralovaya məlumat verib.

Mehriban xanım göstəriş verib ki dərhal hadisə haqqında prokurorluğa məlumat verin və təşrihi onların iştirakı ilə aparılmalıdı. Abşeron Rayon Prokurorluğuna hadisə haqqında informasiya çatdırılıb. Lakin oradan bildirilib ki, onlara bu hadisəyə dair şikayət daxil olmayıb.

Bunun ardından, təxminən 10-15 dəqiqə sonra necə oldusa da müstəntiq Faiq Sultanov zəng edərək hazırlaşıb xəstəxanaya gələcəklərini bildiriblər. Xəstəxanaya gəlib, körpənin meyitini Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi”nə aparıblar.

Valideyn icazəsi də alınmaqla meyitə baxış keçirilib, yəni otopsiya (meyityarma) əməliyyatı keçirilib. Prokurorluqda faktla bağlı müstəntiq Faiq Sultanovun icraatında araşdırma başlanıb.

Hadisə günü və sonrakı günlər valideynlər şikayət etməsələr də sonradan nədənsə fikirlərini dəyişərək şikayət ərizəsi yazıblar. Məlum məsələdir ki, bunu da təşkil edən Mehriban Qaralova olub. Çünki Mehriban Qaralova bu cür işlərin içində bir növ bişib, püxtələşib.

Prokurorluqla münasibətlərinin əla olması heç kimə sirr deyil. Xanımın soyadına fikir verin. Bilməyənlər üçün deyək ki, Mehriban xanım keçmiş Baş Prokuror Zakir Qaralovun doğmaca əmisi qızıdır.

Zakir Qaralovun vaxtında Abşeron rayonununda əsas fiqurlardan idi. Baxmayaraq ki, hazırda vəzifəsi xeyli kiçilib, amma indi də bəzi adamlara, sahələrə təsir edə bilir. Bu da sadə insanların, sıravi işçilərin həyatına təsirsiz ötüşmür...Qayıdaq bəhs etdiyimiz məsələyə.

Müstəntiq məhkəmə-tibbi ekspertizası təyin edib, müəmmalı günlər də bu vaxtdan başlayıb. Ekspert rəylərinə baxdıqda görürük ki, ekspertlər hazır mətnin surətini köçürdüb imza atıblar. Nöqtə-vergülünə qədər də bir-birini təkrarlayırlar.

Ekspertlər olmayan bir şeyi-ölümün göbək ciyəsinin uşağının boyun ətrafına dolanmasından baş verdiyini yazırlar, halbuki doğuş prosesində iştirak etmiş bütün tibbi heyət göbək ciyəsi dolanmasının,o cümlədən,uşağın anasının özü belə göbək ciyəsi dolanmasının olmadığı barədə dəfələrlə deyib, ifadə veriblər.

Bundan başqa,göbək ciyəsi dolanmasının qeysəriyyə əməliyyatına göstəriş olmadığı bütün tibbi ədəbiyyatlardan və protokollardan məlumdur.Lakin Arzu xanımı hadisədən iki həftə aparılmış ultrasəs müayinəsinin nəticəsində göstərilmiş göbək ciyəsinin birqat dolanması diaqnozuna əsasən qeysəriyyə əməliyyatı aparmamaqda günahlandırırlar.

Arzu Bədəlova iddia edir ki, Mehriban Xanlarova işi "yoluna qoymaq" üçün ondan rüşvət tələb etdiyi üçün və o buna razı olmadığı üçün Mehriban Qaralova ekspert rəylərini saxtalaşdırıb.

Arzu xanımın söylədiyinə görə ekspertizanın başdansovdu rəyləri əsasında müstəntiq Faiq Sultanov həkimin barəsində cinayət işinin başlanılması haqqında tələm-tələsik qərar verərək işi məhkəməyə göndərib.

Halbuki qanuna əsasən hərtərəfli, tam, obyektiv araşdırma aparılmalı idi. Tək ekspertizanın rəyinə əsaslanmaq nə dərəcə düzgündür?

Halbuki vəfat etmiş körpənin valideyni,yəni anası A.Bədəlovanı bu məsələdə günahkar hesab etmir və məhkəməyə də rəsmi şəkildə müraciət edərək ona bəraət verilməsini xahiş edib.

Bundan başqa, iş materiallarında körpənin valideynlərinin Daxili İşlər Nazirliyinə göndərdiyi, müvafiq olaraq TƏBİB-ə göndərilən müraciətlər var. Bu qurumun təqdim etdiyi məktub var.

Orada da bildirilir ki, doğuş zamanı düzgün taktika seçilib. Körpənin ana bətnində xroniki xəstə olduğu da təsdiq olunub. Arzu Bədəlova qeyd edir ki,bütün bunlara əsaslanaraq bildirirəm ki, bu işdə bir qərəz hiss edirəm və bunun arxasında Mehriban Qaralova durur.

Şikayətçi Arzu Ənvər qızı Bədəlova redaksiyamıza bir səs yazısı təqdim edib. Bu Mehriban Qaralovanın səsidir. Səs M.Qaralova Abşeron Səhiyyə şöbəsinin müdiri işləyərkən qeydə alınıb.

Səs yazısından görünür ki, Mehriban Qaralova hüquq-mühafizə orqanlarının bəzi əməkdaşları ilə, müəyyən qurumlarla necə deyərlər,daim "işbirliyi"ndə olub.

Qeyd edək ki, iş davam edir, artıq Arzu Bədəlovanın kassasiya şikayətinə baxılması üçün Ali Məhkəmədə baxış günü təyin edilib. Şikayətçi həkim xanım Ali orqandan ali ədalət istəyir.



4-02-2025, 14:55

Son xəbərlər

Vəkil Elçin Əhmədov məhkəmədə döyüldü

Rektorun sifarişi ilə qətl işi Ali Məhkəmədə – QƏRAR VERİLDİ

Eldar İbrahimov Mehdiyevə qarşı danışmaq istədi, özünü rüsvay etdi

İranın vitse-prezidenti qəzada hər iki övladını da itirdi

Prezidentin xüsusi nümayəndəsindən sülh sazişi ilə bağlı mühüm açıqlama

Brent ucuzlaşdı

Ziya Məmmədovun səs-küylü tələbə yoldaşının oğlu – Yarım milyon mənimsəyib

Turizm Agentliyi 103 minə notbuk və flaş kart alır

Bərdə Kommunal Təsərrüfatı İdarəsinin direktoru cərimələndi

Ev almaq istəyənlərin nəzərinə: Gələn il qiymətlər necə olacaq?

Prezident sərəncam imzaladı

Bu şəxslər yeni ildən daha çox vergi ödəyəcəklər — AÇIQLAMA

Ötən ay Bakıda torpaq qiymətləri nə qədər artıb? – CƏDVƏL

Bakıda xanım direktor eşq yaşadığı fəhlə tərəfindən DÖYÜLDÜ

Azərbaycanda yeni mükafat TƏSİS EDİLƏCƏK – Məbləği 50 min manat

Hikmət Hacıyev sabah Qriqoryanla görüşəcək

Qiyaslı Qrup MMC-nin rəhbərliyi rəsmən QOÇULUQ EDİR... - NARAZILIQ VAR...

Toy etmək istəyənlərin diqqətinə – Qaydalar kəskin dəyişə bilər

Polietilen torbaların qiyməti niyə artırıldı?

Eldar Mansurovun oğlu çox yüksək vəzifəyə gətirildi

TƏBİB 10 manatlıq şirkətdən milyonluq əlcək alır

Reklam etdiyi pilinq Ləmanın üzünü yandırdı

Əzizov paytaxtın mərkəzini Abutalıbova qədərki dövrə qaytarır - FOTO

DGK işçilərin hüquqlarını pozur

Mehdiyevin oğlunu gözləyən aqibət - banklar, torpaq sahələri...

Abşeron Mərkəzi Xəstəxanasında ölüm hadisəsi baş verdi

Ət yenə BAHALAŞACAQ

Nazir rəisi işdən çıxardı - İki təyinat etdi

Bəzi hərbi qulluqçulara dair boy ölçüsü tələbi endirildi - Qərar

Deputat Azər Əmiraslanovun otağında diqqətçəkən mühüm DETALLAR… Ramiz Mehdiyev kitabı ön planda – Video

"Brent" bahalaşdı

Ağdərə sakini MİNAYA DÜŞDÜ

Bütün xəbərlər