Gündəm

Milyonlarla insanın ölümünə səbəb olacaq təhlükə

Yeni bir araşdırma qlobal istiləşmənin əsrin sonuna qədər təkcə Avropada milyonlarla insanın həyatına son qoya biləcəyini göstərir.

"MUMtv.az" xəbər verir ki, Londondakı Gigiyena və Tropik Təbabət Məktəbinin alimləri 2015-2099-cu illər arasında Avropada hədsiz istilərin 5,8 milyon insanın ölümünə səbəb olacağını proqnozlaşdırır.

Lakin mütəxəssislər araşdırmalarında iqlim dəyişikliyinin səbəb olduğu meşə yanğınları və tropik fırtınalar kimi dağıdıcı hava hadisələrinin təsirlərinin nəzərə alınmadığını vurğulayır. Bu isə o deməkdir ki, əsl ölüm sayı daha yüksək ola bilər.

Tədqiqatçılar temperatur artımının soyuq hava ilə əlaqəli ölümləri azaltmasına baxmayaraq, ümumilikdə istiliyə bağlı ölüm hallarının artımının bu azalmadan daha çox olacağını bildirir. Əsrin sonuna doğru istilik səbəbiylə ən çox ölüm halının Barselonada qeydə alınacağı, onu Roma, Neapol və Madriddəki ölümlərin izləyəcəyi gözlənilir.

Tədqiqatın əsas müəllifi doktor Pyer Masselot "Nəticələrimiz həm iqlim dəyişikliyinin azaldılması, həm də artan temperaturlara uyğunlaşmaq üçün təcili və ciddi tədbirlərin görülməsinin vacibliyini göstərir" deyərək, xüsusilə Aralıq dənizi regionunda vəziyyətin kritik olduğunu vurğulayıb: "Əgər heç bir tədbir görülməzsə, nəticələr çox ağır ola bilər".

"Nature Medicine" jurnalında yayımlanan araşdırmaya əsasən, temperaturla əlaqəli ölümlərin artımı, nəzərdən keçirilən bütün ssenarilərdə soyuğa bağlı ölümlərin azalmasını üstələyir.

Doktor Masselot və komandası, 2015-2099-cu illər arasında 854 Avropa şəhərində temperaturla əlaqəli ölüm hallarını araşdırmaq üçün istilik və ölüm göstəricilərini təhlil edib.

Tədqiqatçılar istidən ölənlərin sayından soyuqdan xilas edilən ölümlərin sayını çıxararaq hər bir şəhər üçün xalis rəqəm hesablayıblar. Onlar müəyyən ediblər ki, yüksək istixana qazı emissiyaları (CO2 emissiyaları 2100-cü ilə qədər iki dəfə artıb) və istiliyə uyğunlaşma olmayan bir ssenaridə Avropada istiliklə bağlı cəmi 5,825,746 ölüm baş verəcək. Bununla belə, soyuqdan yaranan ölümlərin 3.480.336-nın qarşısı alınacaq və 2099-cu ilə qədər Avropada ölümlərin ümumi "xalis” artımı 2.345.410 nəfər olacaq.

Tədqiqatçılar bildirirlər ki, Avropada istiliklə bağlı ən çox ölüm hallarının baş verəcəyi bölgələr daha cənubda, yəni Aralıq dənizi regionunda və Balkanlarda olacaq. Əsrin sonuna qədər istidən ölənlərin ən çox olduğu Avropa şəhəri 246 082 nəfərlə Barselona olacaq. Barselonanı 147 738 nəfərlə Roma, 147 248 nəfərlə Neapol, 129 716 nəfərlə Madrid, 110 131 nəfərlə Milan və 87 523 nəfərlə Afina izləyir.

Britaniya adalarının və London, Kopenhagen və Stokholm kimi Skandinaviya ölkələrinin əksər şəhərlərində ölüm hallarında "xalis azalma” müşahidə olunacaq, yəni istidən ölməkdən daha çox insan soyuqdan "qaçacaq”. Məsələn, Londonda 75 864 nəfər istidən öləcək, lakin 103 320 nəfər soyuqdan sağ çıxacaq ki, bu da ümumilikdə 27 455 nəfər azalma deməkdir.

Daşqınlar və meşə yanğınları kimi iqlimlə bağlı hadisələr nəzərə alındıqda, Avropada iqlim dəyişikliyindən ölənlərin ümumi sayının daha çox olacağı ehtimal edilir.

Əlbəttə, qeyd etmək lazımdır ki, bu araşdırma qlobal vəziyyətə deyil, yalnız Avropaya baxır. "854 Avropa şəhərini əhatə edən hərtərəfli qiymətləndirməyə əsaslanaraq, tədqiqatımız ən yumşaq iqlim dəyişikliyi ssenarisində belə xalis ölümün artacağına dair aydın sübutlar təqdim edir", komanda öz məqaləsində yekunlaşdırır.


Son xəbərlər

“Şirin Su”dan imtina edənlər artır: “Bu sudan pis qoxu gəlir

Bu tələbələrin təhsil haqqını dövlət ödəyəcək

"Qarabağ" Azərbaycan çempionatları tarixində əsrin rekorduna imza atdı

İcra Hakimiyyətində təkbaşına "iclas" keçirən vəzifəli şəxs cəzalandırıldı

Ukraynanın müdafiə naziri danışıqlara hazır olduğunu açıqladı

DYP-nin texniki müayinə mərkəzlərinin iş qrafiki dəyişib

Bu məhsullar bahalaşıb - SİYAHI

Xaçmaz ELi NURuna "çətir tutan" Elnur Rzayevdən narazıdır - VİDEO

Saxta içki istehsal edən Emin Hüseynovun vergi borcu yaranıb

5000-ə yaxın müəllimin işinə xitam verildi

Azərbaycan ilə Somali arasında imzalanmış sənədlərin mübadiləsi mərasimi olub

Rusiya bu ölkənin hava məkanını pozdu: Dərhal müdaxilə olundu

Baxışımız dəyişməyib: Niderland sağçılarından Rusiya ilə bağlı çağırış

Günün ULDUZ FALI - Romantik münasibətlərdə diqqətli olun

Bu ölkədə dünyanın ən böyük yeraltı termal gölü tapıldı

Milli ideyalar Azərbaycanı layiq olduğumuz yerə gətirib çıxarıb

DYP piyadalara müraciət etdi

Niderland parlamentinin deputatı Benilüks Azərbaycanlıları Konqresinin fəaliyyəti barədə məlumatlandırılıb

Alimlər kvant kompüteri vasitəsilə ilə öyrəndilər: Dünyanı dəhşətli aqibət gözləyir

İlham Əliyev Davosda Çinin CGTN telekanalına müsahibə verdi

Bosfor boğazında gəmilərin keçidi müvəqqəti dayandırıldı

Azərbaycan nefti bahalaşdı

Zelenski ilə görüşəcəyi tarix bəlli oldu

ABŞ Ukraynaya qoşun göndərməyəcək - SƏBƏBİ

“Best Beef”in istehsal etdiyi kolbasa və sosisləri yararsız çıxdı-Alıcılar belə aldadılır….

Bu energetik içkilər xərcəng yaradır……

Azərbaycan bu yolu dəhliz adlandıracaq - Simonyandan yeni iddialar

“Tamstore”də vaxtı keçmiş məhsullar satılır-Fotofakt

İlham Əliyev bu əsasnaməni təsdiqlədi

Prezident sərəncam imzaladı

Yol polisi sürücülərə müraciət etdi

Naftalandan tender oyunu- Vüqar Novruzov “Texnolog” MMC ilə necə anlaşdı?

Bütün xəbərlər