Gündəm

Aysberqin görünməyən tərəfləri - Təhsildə nöqsanlar belə ört-basdır edilir...

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin Goranboy-Naftalan rayonları üzrə sektor müdiri vəzifəsindən azad edilib.

"DogruXeber.az"ın məlumatına görə, bununla bağlı elm və təhsil naziri Emin Əmrullayev əmr imzalayıb. Belə ki, sözügedən rayonlar üzrə təhsil sektorunun müdiri Xəyal Məmmədov işdən çıxması ilə bağlı istefa ərizəsi yazıb. Onun ərizəsi qəbul edilib.

Xəyal Məmmədov əslində kimdir !?

Xatırladaq ki, ötən ilin dekabr ayında Goranboy rayon Turab Məmmədov adına Hazırəhmədli kənd orta məktəbinin keçmiş müəllimi Aybəniz Əliyevanın "Kanal14"ün canlı yayımında səsləndirdiyi iddialarla bağlı yazı dərc etmişdik.

Təhsil hara, icra hakimiyyəti hara ? - Goranboy təhsilində nələr baş verir ? // VİDEO

Xanımın iddiası bundan ibarət idi ki, sözügedən məktəbin təsərrüfat işləri üzrə müdür müavini Neyman Eminov oğlunu təhsil sahəsində işə düzəltmək üçün ondan 9.000 (doqquz min) manat rüşvət alıb, lakin sonra verdiyi vədi yerinə yetirməyib. Belə olan halda əvvəllər dələduzluq maddəsilə cinayətə cəlb olunduğu deyilən Neyman Eminovun barəsində Aybəniz Əliyeva da daxil olmaqla növbəti dələduzluğun qurbanları olan bir qrup şəxs hüquq-mühafizə orqanlarına müraciət etmişdilər.

Aybəniz Əliyevanın sözlərinə görə Neyman Eminov öz ifadəsində qeyd edib ki, o, insanlardan aldığı pulları Təranə Cəbrayılovaya verib.

Qeyd edək ki, Təranə Cəbrayılova Hazırəhmədli kənd orta məktəbinin direktorudur. Onun himayədarının isə Goranboy rayon icra hakimiyyətində yüksək vəzifədə olduğu deyilir.

Əvvəllər məhkum olunmuş Neyman Eminovun yenidən, özü də təhsil sahəsində işə götürülməsində isə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin sabiq müdiri - Bakı şəhəri üzrə Təhsil İdarəsinin hazırkı müdir müavini Anar Qədiməliyev və Xəyal Məmmədovun "təşəbbüsü və xüsusi əməyinin" olduğu bildirilirdi.

Aybəniz Əliyeva dəfələrlə "Kanal14" ün canlı yayımında Hazırəhmədli kənd orta məktəbinin direktoru Təranə Cəbrayılova və Xəyal Məmmədovun korrupsioner əməlləri barəsində faktları səsləndirərək, Anar Qədiməliyevin də onları himayə etdiyini vurğuladı, aylardır Elm və Təhsil Nazirliyinə müraciət etməsinə baxmayaraq, bütün müraciətlərinin cavabsız qaldığını və Təranə - Xəyal - Anar "üçbucağı"ının öyrəşdikləri "qaranlıq fəaliyyət"lərini maneəsiz şəkildə davam etdirdiklərini bildirdi.

Xanımın iddiaları əsasında "DogruXeber.az" olaraq biz də tərəfimizdən Elm və Təhsil Nazirliyinə rəsmi sorğular ünvanladıq. Elm və Təhsil Nazirliyi adəti üzrə sorğunu cavabsız qoyaraq, sən demə səssizcə vəziyyətdən çıxış yollarını planlaşdırırmış.

Belə ki, məlumatları yayımladığımızdan qısa müddət sonra keçmiş tələbə yoldaşını işindən azad etməyə, yaxud hər hansı formada cəzalandırmağa qıymayan nazir Emin Əmrullayev barəsindəki şikayətlərdən ilhamlanaraq, Anar Qədiməliyevi gözünün önünə - Bakı şəhəri üzrə Təhsil İdarəsinə müdir müavini vəzifəsinə gətirdi.

Xəyal Məmmədov və Təranə Cəbrayılova ilə bağlı isə heç bir tədbir görülmədi. Görünür, nazir mərhələli şəkildə onları mükafatlandırmağı planlaşdırıb. Bu qədər iddialardan, şikayətlərdən sonra Xəyal Məmmədov bu gün özünün güya istefa ərizəsi ilə işindən azad edilib. Gördüyünüz kimi, yenə də ona "gözün üstə qaşın var" deyən olmayıb. Özü də nə hikmətsə, rayon təhsil sektorunun müdirinin istefa ərizəsini regional təhsil İdarəsinin müdiri deyil, məhz nazirin özü imzalayıb. Heç şübhəsiz ki, qısa müddət sonra Xəyal Məmmədov daha böyük bir vəzifə ilə mükafatlandırılacaq. Hər halda bütün gedişatlar onu göstərir.

Qeyd: Məsələnin daha maraqlı və gülüş doğuran tərəfi budur ki, Xəyal Məmmədovun istefa ərizəsini Emin Əmrullayevin imzaladığını bildirilən rəsmi xəbər yayımlandıqdan bir neçə dəqiqə sonra, həmin xəbər yenilənərək, Xəyal Məmmədovun işində yol verdiyi nöqsanlara görə vəzifəsindən uzaqlaşdırıldığı qeyd olunur.

Aysberqin görünməyən tərəfləri - Təhsildə nöqsanlar belə ört-basdır edilir...

"Qazanccıl" üçlüyün xanım üzvü - direktor Təranə Cəbrayılovanı hansı mükafat gözləyir onu da gedişatları izləyib görəcəyik.

Yuxarıda sadaladığımız hadisələr və bütün bunlara Emin Əmrullayevin reaksiyası adamda belə bir fikir formalaşdırır ki, adı çəkilən üçlüyün qanunazidd əməllərində onun da öz maraqları var. Maraqları naminə bu cür qanunazidd hərəkətləri ilə dövlətin qanunlarını və dövlətçilik prinsiplərini heçə saymaq isə onu göstərir ki, Emin Əmrullayev və onun komandası öz şəxsi mənafelərini ölkə başçısının bu istiqamətdəki. (korrupsiya və rüşvətxorluğa qarşı mübarizə) siyasətindən üstün hesab edir.

Bunun başqa adı yoxdur...

Korrupsiya demişkən, ən qısa zamanda Abşeron-Xızı Regional Təhsil İdarəsində və idarənin tabeçiliyində olan təhsil müəssisələrində baş verənlər barədə faktları yayımlayacağıq.

Bizi izləməkdə davam edin.

Redaksiamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az

Son xəbərlər

2100-cü ilə qədər supervulkan püskürməsi ehtimalı var? - Dünya böyük bir fəlakətlə üzləşə bilər

“Körpü Bina Tikinti” Bakıda yaşıllıq belə məhv edir- Fotofakt

“Şirin Su”dan imtina edənlər artır: “Bu sudan pis qoxu gəlir

Bu tələbələrin təhsil haqqını dövlət ödəyəcək

"Qarabağ" Azərbaycan çempionatları tarixində əsrin rekorduna imza atdı

İcra Hakimiyyətində təkbaşına "iclas" keçirən vəzifəli şəxs cəzalandırıldı

Ukraynanın müdafiə naziri danışıqlara hazır olduğunu açıqladı

DYP-nin texniki müayinə mərkəzlərinin iş qrafiki dəyişib

Bu məhsullar bahalaşıb - SİYAHI

Xaçmaz ELi NURuna "çətir tutan" Elnur Rzayevdən narazıdır - VİDEO

Saxta içki istehsal edən Emin Hüseynovun vergi borcu yaranıb

5000-ə yaxın müəllimin işinə xitam verildi

Azərbaycan ilə Somali arasında imzalanmış sənədlərin mübadiləsi mərasimi olub

Rusiya bu ölkənin hava məkanını pozdu: Dərhal müdaxilə olundu

Baxışımız dəyişməyib: Niderland sağçılarından Rusiya ilə bağlı çağırış

Günün ULDUZ FALI - Romantik münasibətlərdə diqqətli olun

Bu ölkədə dünyanın ən böyük yeraltı termal gölü tapıldı

Milli ideyalar Azərbaycanı layiq olduğumuz yerə gətirib çıxarıb

DYP piyadalara müraciət etdi

Niderland parlamentinin deputatı Benilüks Azərbaycanlıları Konqresinin fəaliyyəti barədə məlumatlandırılıb

Alimlər kvant kompüteri vasitəsilə ilə öyrəndilər: Dünyanı dəhşətli aqibət gözləyir

İlham Əliyev Davosda Çinin CGTN telekanalına müsahibə verdi

Bosfor boğazında gəmilərin keçidi müvəqqəti dayandırıldı

Azərbaycan nefti bahalaşdı

Zelenski ilə görüşəcəyi tarix bəlli oldu

ABŞ Ukraynaya qoşun göndərməyəcək - SƏBƏBİ

“Best Beef”in istehsal etdiyi kolbasa və sosisləri yararsız çıxdı-Alıcılar belə aldadılır….

Bu energetik içkilər xərcəng yaradır……

Azərbaycan bu yolu dəhliz adlandıracaq - Simonyandan yeni iddialar

“Tamstore”də vaxtı keçmiş məhsullar satılır-Fotofakt

İlham Əliyev bu əsasnaməni təsdiqlədi

Prezident sərəncam imzaladı

Bütün xəbərlər