Gündəm

"Nimesil" Azərbaycanda qadağan ediləcək?  - RƏSMİ

MUMtv.az: - Bəzi xarici kütləvi informasiya vasitələrinin məlumatına görə, ABŞ-də və Avropada "Nimesil" dərman vasitəsi qadağan olunub. Səbəbini isə onunla əsaslandırırlar ki, "Nimesil"in çoxsaylı fəsadları var. Məsələn, sözügedən ağrıkəsicinin selikli qişanı, mədənin divarlarını əritdiyi, toksiklik dərəcəsi yuxarı olduğu üçün qaraciyəri dağıtdığı, mədədə yanma hissi yaratdığı, bəzən qanaxmaya səbəb olduğu vurğulanır.

Maraqlıdır ki, Azərbaycanda bu preparat qadağan oluna bilərmi? Bu sualla Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinə üz tutduq.

AEM-dən Oxu.Az-ın sorğusuna cavab olaraq qeyd olunub ki, nimesulid tərkibli dərman vasitələrinin qadağan edilməsi və ya məhdudlaşdırılması ilə bağlı qərarlar milli tənzimləmə yanaşmalarından asılıdır:

"Belə ki, bir qrup ölkələrdə riskləri olan preparatların preventiv şəkildə bazardan çıxarılmasına üstünlük verilir (ABŞ, Avstraliya və sair). Digər bir qrup ölkələrdə əgər risklər idarə edilə bilirsə, yanaşma olaraq daha çox məhdudiyyət strategiyası tətbiq olunur. Bu qrup ölkələrə Türkiyə, Rusiya, Ukrayna, Belarus və sair aid etmək olar.

Bəzi ölkələrdə nimesulidin istifadəsi məhdudlaşdırılmış olsa və ya qadağan edilsə də, bir çox ölkələrdə (İtaliya, Türkiyə, Polşa, Xorvatiya, Bolqarıstan, Macarıstan, Finlandiya, Yunanıstan, Meksika, Braziliya, Latviya, Litva, Malta, Kipr, Rusiya, Türkmənistan, Ukrayna, Özbəkistan, Belarus, Gürcüstan, Qazaxıstan, Qırğızıstan və s.) istifadəsinə icazə verilib.

Bu tərkibli dərman vasitələri ölkəmizdə, dərman vasitəsi ilə əlaqəli müvafiq tövsiyələrə (qısa müddətli istifadəsi, resept əsasında buraxılması, ciddi həkim nəzarəti altında təyin edilməsi) riayət edilərək, nimesulidin faydasının potensial risklərindən üstün olduğu qərarı verildikdən sonra istifadəsini nəzərə alaraq və bir sıra farmakonəzarət tədbirlərinin icrası şərti ilə (dərman vasitəsinin təhlükəsizlik profilinin davamlı izlənilməsi) qeydiyyata alınıb".

Məlumatda vurğulanıb ki, mövcud hepatotoksiklik riskini idarə edə bilmək üçün nimesulid tərkibli dərman vasitələrinin (nümunə üçün "Nimesil") içlik vərəqəsinin (xəstələr üçün) müvafiq bölmələri vasitəsilə (İstifadəsinə göstərişlər, Əks-göstərişlər, Xüsusi göstərişlər və ehtiyat tədbirləri, Əlavə təsirləri, Digər dərman vasitələri ilə qarşılıqlı təsiri və s.) tanış olmaq mümkündür:

"İçlik vərəqəsinə əlavə edilən bu məlumatlar onun qaraciyər toksikliyi riski və digər əlavə təsirlərinin nəzarətə alınmasına və minimallaşdırılmasına imkan verir.

Bildiririk ki, bu qrup dərman vasitələri həkim resepti əsasında buraxılır və bir müalicə kursu çərçivəsində mümkün qədər qısa müddət ərzində və 15 gündən çox olmamaqla istifadə edilməlidir. Ümumiyyətlə, bu kimi riskləri olan dərman vasitələrini təyin etməzdən əvvəl müalicə həkiminiz tərəfindən bu dərman vasitəsinin faydaları və mümkün əlavə təsirləri arasındakı nisbət qiymətləndirilməlidir. Eyni zamanda onu da qeyd etmək istərdik ki, nimesulid tərkibli dərman vasitələri xroniki xəstəliklərin müalicəsində istifadə edilən dərman vasitələrindən deyil. Bu dərman vasitəsi birdəfəlik ağrını aradan qaldırmaq üçün istifadə olunur və məhdud istifadə göstərişləri ilə və qaraciyər toksikliyi riski nəzərə alınaraq qeydiyyatdan keçib. Həmçinin müvafiq risklər tərəfimizdən nəzarətdədir və izlənilməyə davam edilir".

Bildirilib ki, nimesulid tərkibli dərman vasitələrinin istifadəsi yalnız həkimin fayda-risk qiymətləndirməsinə əsasən mümkündür və resept əsasında buraxılır:

"Yuxarıda qeyd olunan məsələ bir daha "Elektron resept" və "Dərman vasitələrinin təqib və izləmə" sistemlərinin əhəmiyyətini vurğulayır. Belə ki, bu sistemlərin birgə istifadəsi ilə ölkəmizdə fəaliyyət göstərən pərakəndə satış əczaçılıq müəssisələrində (apteklərdə) həkim resepti əsasında buraxılan dərman vasitələrinin resept olmadan satılması mümkün olmayacaq. Dərman vasitələrinin təqib və izləmə sistemi vasitəsilə həmin dərman vasitələrinin satışı həyata keçirilərkən onların təyin edildiyi elektron reseptin qeydiyyat nömrəsi tələb olunacaq və həmin reseptin doğruluğu sistem vasitəsilə yoxlanılacaq. Hər iki sistemdə məlumatlar uyğun olduğu təqdirdə, həkim resepti əsasında buraxılan dərman vasitələrinin satışının həyata keçirilməsi mümkün olacaq. Əks təqdirdə həmin dərman vasitələrinin satışı mümkün olmayacaq.

Sözügedən sistemlər yüksək risk qrupundan olan dərman vasitələrinin əhali arasında sui-istifadə hallarının qarşısının alınmasına, dərman vasitələrinin rasional istifadəsinin təşkil olunmasına və onların apteklərdə buraxılışı prosesinə dair daha ciddi tənzimləmə mexanizminin yaradılmasına xidmət edir".

Sonda vətəndaşlara xatırladılıb ki, özəl tibb müəssisələrində və aptek təşkilatlarında üzləşdikləri hər hansı problemlə bağlı insnalar AEM-in "bir pəncərə" sistemi, "qaynar xətt"i (012 596 07 12), aem@pharma.az elektron ünvanı və ya pharma.az saytının "Müraciət" bölməsi vasitəsi ilə müraciət edə bilərlər:

"Bu halda araşdırılma aparılır və lazım gələrsə, plandankənar yoxlamanın keçirilməsi barədə qərar qəbul edilir".


Son xəbərlər

2100-cü ilə qədər supervulkan püskürməsi ehtimalı var? - Dünya böyük bir fəlakətlə üzləşə bilər

“Körpü Bina Tikinti” Bakıda yaşıllıq belə məhv edir- Fotofakt

“Şirin Su”dan imtina edənlər artır: “Bu sudan pis qoxu gəlir

Bu tələbələrin təhsil haqqını dövlət ödəyəcək

"Qarabağ" Azərbaycan çempionatları tarixində əsrin rekorduna imza atdı

İcra Hakimiyyətində təkbaşına "iclas" keçirən vəzifəli şəxs cəzalandırıldı

Ukraynanın müdafiə naziri danışıqlara hazır olduğunu açıqladı

DYP-nin texniki müayinə mərkəzlərinin iş qrafiki dəyişib

Bu məhsullar bahalaşıb - SİYAHI

Xaçmaz ELi NURuna "çətir tutan" Elnur Rzayevdən narazıdır - VİDEO

Saxta içki istehsal edən Emin Hüseynovun vergi borcu yaranıb

5000-ə yaxın müəllimin işinə xitam verildi

Azərbaycan ilə Somali arasında imzalanmış sənədlərin mübadiləsi mərasimi olub

Rusiya bu ölkənin hava məkanını pozdu: Dərhal müdaxilə olundu

Baxışımız dəyişməyib: Niderland sağçılarından Rusiya ilə bağlı çağırış

Günün ULDUZ FALI - Romantik münasibətlərdə diqqətli olun

Bu ölkədə dünyanın ən böyük yeraltı termal gölü tapıldı

Milli ideyalar Azərbaycanı layiq olduğumuz yerə gətirib çıxarıb

DYP piyadalara müraciət etdi

Niderland parlamentinin deputatı Benilüks Azərbaycanlıları Konqresinin fəaliyyəti barədə məlumatlandırılıb

Alimlər kvant kompüteri vasitəsilə ilə öyrəndilər: Dünyanı dəhşətli aqibət gözləyir

İlham Əliyev Davosda Çinin CGTN telekanalına müsahibə verdi

Bosfor boğazında gəmilərin keçidi müvəqqəti dayandırıldı

Azərbaycan nefti bahalaşdı

Zelenski ilə görüşəcəyi tarix bəlli oldu

ABŞ Ukraynaya qoşun göndərməyəcək - SƏBƏBİ

“Best Beef”in istehsal etdiyi kolbasa və sosisləri yararsız çıxdı-Alıcılar belə aldadılır….

Bu energetik içkilər xərcəng yaradır……

Azərbaycan bu yolu dəhliz adlandıracaq - Simonyandan yeni iddialar

“Tamstore”də vaxtı keçmiş məhsullar satılır-Fotofakt

İlham Əliyev bu əsasnaməni təsdiqlədi

Prezident sərəncam imzaladı

Bütün xəbərlər