Gündəm

"Rusiya nə etmək istəyir” sualı bu gün ən vacib suallardan biridir. Ətrafda baş verənlərə kimin necə baxdığını, kimin hansı gözləntidə olduğunu başa düşməliyik.

Rusiya tarix səhnəsində yenidən tərəf olmaq istəyir. Daxilindəki ziddiyyətlərə baxdıqda onun necə çətin günlər keçirdiyini görə bilərik.

Qarşımızda yekrəng Rusiyanın olmadığını dəfələrlə yazmışam. Ermənistan və İsrail lobbisinin təsir və maraqlarına da baxmalıyıq.

Bundan başqa, Rusiya müsəlmanlarının ortaq bir nöqtəsinin olub-olmadığını da nəzərə almaq lazımdır.

Çeçenlərin Rusiya daxilindəki təsirini də diqqətdən qaçırmaq olmaz. Tatar icması Rusiyanın əsas müsəlman Türk toplumudur. Həm də nəzərə almaq lazımdır ki, Rusiyada etnik baxımdan qarışıq ailələr amili, türklər və slavyanların ortaq ailə quruluşu qarşımıza fərqli rus modelləri çıxarır.

Rusiyanın ən önəmli nailiyyəti budur – müxtəlif etnik kimliklərin önəmli təmsilçilərini Rusiya Dövlətinin koduna uyğunlaşdıra bilib. Ədəbiyyatına, tarixinə, təhsil və elm sahələrinə nəzər yetirdikdə, yüzlərlə türk, yəhudi, erməni, gürcü, çeçen mənşəli insanın rus dalğalı dünyagörüşünə sahib olduğunu və bu yanaşma ilə Rusiyaya aidiyyət duyğusunu görürük.

Rus kimi bilinən isimlərin əksəriyyətinin tatarlarla qarışıq olduğunu bilmək lazımdır. Toxunmaq istədiyim məqam budur ki, Rusiyanın bu quruluşu yenidən çöküş arzularının qarşısını alan ciddi bir amildir. Üstəlik belə bir quruluş Rusiyanı daha da güclü edir.

Dövlət quruluşunda dövlətin yekrəng anlayışının olmadığı aydındır. Xatırlatmaq istərdim! Rus gəmisinin amerikalılar tərəfindən batırılması barədə xəbəri ordu içərisində yayıldığında Hərbi Dəniz Qüvvələrinin komandiri Putinə qarşı çıxdı. O, sərt tənqidlərlə istefa verəndə belə, ordu mənsubları arasında söhbət təxminən belə idi: "Putin pul müqabilində amerikalılarla anlaşdı…”.

Buş dövründəki Rusiya-ABŞ münasibətlərinə nəzər saldıqda, həmin dönəmdə Putinin amerikalılarla anlaşma istəyinin üst nöqtəyə çatdığını görürük!

Rusiya daxilindəki yəhudi qrupun necə bir Rusiya xəyal etdiyini Çar dönəmindəki üsyanların məzmununa baxdığımızda da görə bilərik.

Putin hakimiyyətə gələndə ilk işi yəhudi oliqarxların pullarını əllərindən almaq oldu. Lakin sonradan yəhudi mənşəli digər varlı insanlar meydana çıxdı. İndikilərlə əvvəlkilər arasında fərq var. Əvvəlkilər hakimiyyətdə olmaq və Putini idarə etmək istəyirdi. İndikilərlə isə Putinə əsaslanan siyasi zəmin yaradılıb.

Dolayısıyla, Putinə heç bir təhlükə yaratmayan və onu hakimiyyətdə uğurlu edə bilən hər bir zəminin Putinlə davam edə biləcəyi anlayışı üstünlük təşkil edir.

Rusiyada dövlət quruluşu çoxqatlıdır və "Putin tək kəlməsi ilə hər şeyi idarə edirmi” sualına rahatlıqla "xeyr” cavabı vermək mümkündür. Texnokrat-bürokrat quruluş ciddi təsir göstərir. Zəngin oliqarx quruluş da Rusiyanın formasına təsir edir.

Moskva otellərinin hər birində müxtəlif ölkələrin və maraqların lobbi mərkəzləri var. Yəhudi mənşəli zəngin və nüfuzlu şəxslərin Rusiya siyasətində yeri və rolunu azaltmamalıyıq.

Rusiyada etnik rus və millətçi komandanın hansı yerə və sözə sahib olduğunu da nəzərə almalıyıq. Türkiyə baxımından, bu quruluşla işləməyi bacarsaq, faydalı nəticələrə qapı açmaq olar.

Rusiya dövləti çoxqatlı olsa da, öz maraqları ilə bağlı qərarını vermiş bir quruluşdur! Qərbin bir hissəsi olmaq istəyir. Hədəfi oradır. Lakin Asiyanın da qəlbində yer tutmağın onu gücləndirəcəyini bilir. Bundan başqa, tərkibindəki müsəlman əhaliyə görə İslam coğrafiyasında İsrailin köməyi ilə yeni bir siyasi şəbəkə yaradır. İrana çox etibar etmir, amma bu ölkə ilə əməkdaşlığı davam etdirəcək. Çünki açılan böhran bölgələrini genişlənmək üçün fürsət bilir.

"Zaman-zaman İdlibdə etdiklərinə bənzər addımlarını görəcəyik”, – deyə yazmışdım. Hətta ABŞ-Türkiyə arasındakı əlaqələrin rənginə və seyrinə görə də, siyasət yürütdüyü aydındır.

Lakin ipləri qıran tərəf olmayacaq! Əksinə, son həddə gələn münasibətləri həmin sərhəddən geri çəkməyə və düzəltməyə çalışacaq. Türkiyənin əlindəki "kartı” zəiflətmək istəyir. Suriyada formalaşdırılacaq ortamda masaya "əli zəif olan” Türkiyə ilə oturmaq istəyir. Eynilə Amerika kimi!

Rusiya nə qədər güclü görünürsə görünsün, meydanda Türkiyənin hərəkət ağırlığı kimsədə olmayacaq qədərdir. Əsgərin istənilən anda bir neçə saat ərzində sərhədə gələ bilməsi bir üstünlükdür. Belə bir şey nə Amerika, nə Rusiya üçün keçərlidir!

Üstəlik Türkiyə bu gücə bədəl ödəyə-ödəyə sahib olub. Rusiyanın belə bir imkanı yoxdur. Elə bu səbəbdən də Türkiyənin yalnız özünə bağlı olmasına çalışır.

Türkiyənin siyasət anlayışı çox əhəmiyyətlidir. Türkiyə ölçünü düzgün nizamlamağı bacardı. İdlibdə iplərin qırılmasını gözləməyə dəyməz. Nə Rusiya, nə Türkiyə ipləri qoparacaq! Hər iki tərəfin yenidən masaya gəlməsi və anlaşması vacibdir.

Prezident Ərdoğanın qrup iclasında çıxış edərkən Rusiyanı hədəf alan fikirlər səsləndirməsi, 10 dəqiqə ərzində Kremldən cavab gəlməsi və bu cavabdakı təması davam etdirmək niyyəti onu göstərir ki, kimsə Türkiyə ilə ipləri qoparacaq riski özü üçün məqbul bilmir.

Lakin təzyiq davam edəcək. Bu çətinliklər səbirlə aradan qaldırılsa, daha bir mərhələni uğurla başa vuracağıq. Bizim işimiz çox və çətindir. Lakin bu, böyük bir dövlət olmağın tələbidir. Masanın qaydalarını bədəl ödəyənlər müəyyənləşdirir və bu haqqı heç kim dəyişdirə bilməz! (Strateq.az)

Son xəbərlər

Ukrayna parlamentinin nümayəndə heyəti Azərbaycana gəlir

İçərişəhərdə restorandan oğurluq edən şəxs həbs edildi

Azərbaycanda bu şəxslər gəlir vergisindən azad edilir

Cavanşir Məmmədov dünyasını dəyişdi

Əməkdar artist 49 yaşında dünyasını dəyişdi

Məktəb direktoru icra başçısına müavin təyin olundu

Bu universitet publik hüquqi şəxsə çevrildi - Baş nazirdən qərar

"Qarabağ" "Qəbələ"yə, "Zirə" "Neftçi"yə qarşı

"Qazaxlı Alik"in oğlunun məhkəməsi başlayır

BMT-nin Baş katibi Azərbaycan və Ermənistana çağırış edib

Baxımsız Mədəniyyət Mərkəzi – Direktor istirahət parkını sakinlərin üzünə niyə QAPADIB?

Uşaqlara peyvənd vurulacaq — Nazir əmr imzaladı

İpotekaya xitam verilən hallar genişləndi

Kişilərin 5 il erkən pensiya hüququ tanınacaq

Bu şəxslər 1500 manat cərimələnəcək

Yalnız bu qadınlar pensiyaya tez çıxa biləcək

Azərbaycanda bu işçilərin maaşları artırılacaq

Hesablama Palatasının audit yoxlamalarının sayının artırılması təklif olunur

Kəmaləddin Heydərovdan yüksək vəzifəyə təyinat - FOTO

Azərbaycanda tikinti sahəsində agentliyin və ya komitənin yaradılması təklif olunur

Milli Məclisdə Hesablama Palatasının hesabatı müzakirə edilir

Dövlət Su Ehtiyatları Agentliyi, yoxsa ŞƏBƏKƏ BİZNESİ ? - Dövlət qurumunda "Dostluq birliyi" // VİDEO

“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

Lüks avtomobillərə sahib oğlun atasının rəhbər olduğu Gəncənin Şəhidlər Xiyabanı zibillik içindədir: milyonlar talanır – VİDEO/FOTO

“Yaponski” səfirin BDU-da dekan müavini olan bacısının “kitayski” əməlləri – Bir İsmayılzadə DOSYESİ

"İşi ürək ağrısı ilə oxumuşuq, hamımız sarsılmışıq" - Hakim

İran İsrailə hücumda köhnəlmiş raketlərdən istifadə edib

Kəmaləddin Heydərovun şirkəti ölkədən valyuta çıxarmaqda ittiham olunur

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Qubad İbadoğluya yekun ittiham elan edildi

Prezident yeni nazir müavini təyin etdi - FOTO

Bütün xəbərlər