Gündəm

Ağabəy Əsgərov dövlətin seçki kampaniyasını 200 manata satdı — YAZI
 
 
 
 
 
 
 
 
 

 
 
 
 
Azərbaycan mətbuatının qaranlıq dəhlizləri. Bəli, söhbət milli mətbuatın gerçək mənada qaranlıq dəhlizlərə məhkum olmasından gedir. Üfunət iyi verən dəhlizlər, işləməyən liftlər, mətbuat adına aidiyyəti olmayan müxtəlif sahələrin mətbuatın evini zəbt etməsi və saydıqca bitməyən problemlər. Azərbaycan Nəşriyyatındakı mənzərə bundan ibarətdir, bəlkə də daha dəhşətli...


SSRİ vaxtından mətbuatın əsas məkanı sayılan bu bina bu gün Ağabəy Əsgərovun şəxsi mülkinə çevrilib və direktor dövlət balansında olan binanın otaqlarını "kim daha çox pul verir” prinsipi ilə istənilən şəxsə, istənilən məqsədlə icarəyə verir. Diş həkimi, lambirin sexi, çayxana, reklam firması..., bir sözlə mətbuata aid olmayan nə varsa nəşriyyatın binasına doluşub. Hətta kirayə verilən bəzi otaqların "əxlaqsızlıq yuvası” olması haqqında informasiyalar da var. Bütün bunlara "reket jurnalistikanı” da əlavə edəndən milli mətbuatın Azərbaycan Nəşriyyatının qaranlıq dəhlizlərində hər gün qorxunc kabusla üz-üzə gəldiyini deyə bilərik.
Ağabəy Əsgərov dövlətin seçki kampaniyasını 200 manata satdı — YAZI












 
 



Bunu bütün mətbuat cameəsi bilir, görür, durmadan da deyir, amma Ağabəy Əsgərov mətbuatın üstünü hər gün bir az da torpaqlamaqdan əl çəkmir. Nəşriyyatın binasını şəxsi mülki kimi istifadə edən Ağabəy Əsgərovun yeni "biznesi” isə xüsusi diqqət çəkir.


Fevralın 13-də 87 saylı Ağsu-İsmayıllı seçki dairəsindən deputatlığa keçmiş namizəd Ayaz İlyas oğlu Qocamanov mətbuat konfransı keçirərək, "parlament seçkilərində saxtakarlıqlara yol verildiyi” iddiasını irəli sürdü. Seçkilər başa çatıb, hansısa namizəd nəticələrdən razı qalmaya, mətbuat konfransı keçirə və istədiyi iddianı irəli sürə bilər. Nəticədə, hüquqi dövlətdə yaşayırıq və hər şey qanunla tənzimlənir. Məsələ hansısa namizədin hansısa iddia irəli sürməsi də deyil, həmin namizədin ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu da daxil olmaqla bütün beynəlxalq müşahidəçilərin müsbət rəy verdiyi seçkilərin "saxtalaşdırıldığı” iddiasını harada səsləndirməsi, kimin belə iddiaya tribuna verməsidir.


Azərbaycan Nəşriyyatı, daha da konkretləşdirsək, nəşriyyatın direktoru Ağabəy Əsgərov. Keçmiş namizəd Ayaz Qocamanov "saxtakarlıq” iddialarını səsləndirdiyi mətbuat konfransını nəşriyyatın binasında keçirib.
Ağabəy Əsgərov dövlətin seçki kampaniyasını 200 manata satdı — YAZI












 
 






Son 15-20 ildə ilk dəfədir ki, Azərbaycan Nəşriyyatında mətbuat konfransı keçirilir və illər sonra baş verən bu ilk hadisə birbaşa dövlətin ədalətli və şəffaf keçirilməsi üçün bütün iradəsini ortaya qoyduğu seçkiləri hədəf alır. Sirr deyil ki, nəşriyyatın binasında Ağabəy Əsgərovun icazəsi olmadan quş belə uça bilməz, o cümlədən, keçmiş namizədin seçkiləri hədəf alan iddiaları da məhz direktorun icazəsi ilə havada uçuşurdu.


Sual yaranır: Ağabəy Əsgərov seçkiləri sabotaj etməklə məşğuldur?


Əldə etdiyimiz məlumata görə, keçmiş namizəd mətbuat konfransını ödənişli əsaslarla keçirib. Yəni nəşriyyatın direktoru konfransın keçirilməsi üçün ayrılan otağı icarəyə verib. Nəşriyyatdakı otaqlardan bir çoxunun "reket jurnalistlərə” və istənilən peşənin mənsublarına aylıq 200-300 AZN civarında icarəyə verildiyini nəzərə alsaq, bir günlük icarə haqqı 20, ya da 30 AZN edir.
Ağabəy Əsgərov dövlətin seçki kampaniyasını 200 manata satdı — YAZI








 




Məlumata görə, keçmiş namizəd bir günlük icarə haqqı olaraq, 100-200 AZN arası məbləğ ödəyib. Ağabəy Əsgərov da yüzlüklərin ucunu görən kimi qapıları taybatay açıb və seçki sabotajına imkan verib. Bu o deməkdir ki, Ağabəy Əsgərov dövlətin şəffaf keçirilməsi üçün əlindən gələni etdiyi seçkiləri cəmi 200 manata satıb. Milli mətbuatın prinsiplərini 50 manata "reketlərə” satan adamdan bundan artığını gözləmək də mümkün deyil.

Göründüyü kimi, pul naminə nəşriyyatın binasını reket yuvasına çevirən Ağabəy Əsgərov indi də bu yolla qazancını artırır...

Son xəbərlər

Ermənistanın baş naziri: Kəndlərimizin Azərbaycan ərazisinə yaxınlığı təşviş yaratmamalı, sakinlərimizi sevindirməlidir

Yenidən qurulan Qarabağdan son görüntülər - VİDEO

ABŞ-dən sülhməramlıların Qarabağdan çıxarılması ilə bağlı AÇIQLAMA

"30 ildir regionda “bespredel” şəraitində yaşayırıq" - Paşinyan

Rusiya sülhməramlıların Qarabağdan çıxarılmasında Paşinyanı günahlandırdı

Qapıçılara görə futbol qaydaları dəyişə bilər

"Azərbaycanla sərhədlərin delimitasiyasına qədər seçki olmayacaq" - Paşinyan

Başlıbel faciəsindən 31 il ötür

110 min pul BELƏ YEYİLİB... - FOTOFAKT

Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirildi

Gürcüstan Prezidenti bu qanuna veto qoyacağını AÇIQLADI

Prezidentdən Şuşa ilə bağlı SƏRƏNCAM

Şahmar Mövsümov yeni sədri kollektivə təqdim etdi

Daha bir sabiq deputat vəfat etdi (FOTO)

Şimal Tacı bürcündə yeni ulduz alışması gözlənilir

Çovdarovun 30 milyonluq əmlakı əlindən çıxdı - Son qərar

Hikmət Hacıyev sülhməramlıların Qarabağdan çıxarılmasını belə ŞƏRH ETDİ

İş adamı Manaf Ağayevə ev bağışlayıb?

Jurnalist Cəmil Məmmədliyə hökm oxundu

Sülhməramlılar Qarabağdan çıxarılır - VİDEO

Prezident Kayrat Sarıbayı qəbul etdi

Paşinyan yenidən Qazaxla sərhədə getdi

Alimlər Yerin yaxınlığında nəhəng qara dəlik kəşf etdi

Əfv sərəncamı kimlərə şamil olunacaq? - VİDEO

Dövlət Ehtiyatları Agentliyi sığortaçı seçir

Manikür lampaları kor olmağınıza səbəb ola bilər

Zurabişvili Makron və Mişeldən kömək İSTƏDİ

Hadı Rəcəbli vəfat etdi

Aqrar Sığorta Fondu 677 min manat qanunsuz köçürmə edib

Daha bir "TikTok"er saxlanıldı

Milli Məclisin növbəti iclasının gündəliyi

Ramin Abdullayevlə bağlı yeni İDDİALAR...

Bütün xəbərlər