Gündəm

Cəbrayıl xəstəxanasında bitməyən cinayətlər - Bu dəfə “baş təsərrüfat qardaşı” TUTULUB

MUMtv.az: - Cəbrayıl Rayon Mərkəzi Xəstəxanasının “baş təsərrüfat qardaşı” vəzifəsində işləmiş şəxs dələduzluğa görə həbs edilib.

O, bir neçə nəfəri işə düzəldəcəyi vədi ilə aldadıb.

Onlardan ümumilikdə 17 min manat pul alıb.

Xəlil.A bu əməllərini 2023-cü ildən törətməyə başlayıb. Pul aldığı şəxsləri xadimə, gözətçi, qeydiyyatçı işinə düzəldəcəyini vəd edib. Xadimə işinə görə 8 min manat, gözətçi işinə görə 4 min manat, qeydiyyatçı işinə görə isə 5 min manat pul alıb. O, aldığı pulları xəstəxananın direktoruna verəcəyini deyib. Amma vədinə əməl etmədiyinə görə zərərçəkmiş şəxslər narazılıq edib. Onlar xəstəxananın direktoru Anar Zamanovun yanına gedərək şikayət ediblər. Anar Zamanov Xəlilin yalan danışdığını deyib.

Zərərçəkmişlərin şikayətindən sonra Xəlil.A həbs edilib. O, zərərçəkmişlərə vurduğu ziyanı ödəməyib. Məhkəmə onun barəsində 3 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edib.

Xatırladaq ki, bu işdə adı keçən direktor Anar Zamanov başqa cinayət əməlinə görə məsuliyyətə cəlb edilib. O, Beyləqan Rayon Mərkəzi Xəstəxanasının həkim-nevroloqu Kifayət Hacıyeva ilə birlikdə rüşvət almaqda təqsirləndirilərək hakim qarşısına çıxarılmışdı. Onlar əlillik dərəcələri təyin etdirmək üçün vətəndaşlardan rüşvət almaqda təqsirli bilinirdilər. Məhkəmə onlar barəsində şərti cəza təyin edib.

Onu da qeyd edək ki, adı çəkilən xəstəxanada bu kimi hallar tez-tez təkrarlanır. 2016-cı ildə də həkim-pediatr Eldar Məmmədov vətəndaşlardan külli miqdarda pul alaraq onlara əlillik dərəcəsi düzəldəcəyini vəd edərək dələduzluq etmişdi.//Musavat.com


Son xəbərlər

"Bravo" cərimələnsədə, yenidən vaxtı keçmiş məhsul satır- Video- Foto

“İlğım” şirkəti ilə bağlı daha bir qalmaqal: İşçilər üsyan edir…

Azərbaycanın keçmiş səfiri buna görə Londonda həbs olundu

İNHİSARÇI OLİQARXLARA QARŞI YENİ “SAVAŞ” BAŞLAYIR? - "Görünür, hökumət vəziyyəti dəyişmək istəyir”

"Dövlət qurumlarının "ötür-ötür" oyunları böyük narazılıq yaradır"- Sakinlər Prezidentə müraciət etdilər

Milli Onkologiya Mərkəzinin 50 minlik tenderi ləğv olundu

Paşinyanı Münhendə qarşılamağa alman məmurlardan heç kim getməyib

Rusiya Çernobılı vurmayıb - Kreml təkzib etdi

Azərbaycanda bu cərimələr artırılır

Cərimələrin 50 faizi hərbçilərin maaşlarına əlavə ediləcək

Bu şəxslər Azərbaycanda müvəqqəti olma müddətini elektron kalkulyatorla yoxlaya biləcəklər

Bu cərimənin məbləği artırılır

İranlılar və livanlılar arasında qalmaqal

Azərbaycanda “e-mühasibat” informasiya sistemi yaradılır

Onlara təhsilinə görə birdəfəlik müavinət veriləcək

Putin Mariupol sakinlərini ilə bağlı qərar verdi

Nəm salfetlərin satışı qadağan edilir

Rəna Soltanovanın klinikasının lisenziyasının ləğv edilməsi ilə bağlı nazirliyə müraciət olundu

Azərbaycanda bu obyektlər təhlükəli hesab ediləcək

Daşdan pul çıxardanlar iş başında - "Uşaqda fərasətə bax" // VİDEO

AQTA benzin satır? - Qurum özü ilə satınalma müqaviləsi bağlayıb

General yüksək vəzifəyə təyin edildi

“Karayev City” MTK, “Vesta Construction” tikinti şirkətlərində insan həyatı üçün təhlükə- Video

Xıdırlı kəndində insan sümüklərinin qalıqları aşkarlandı

Avro və rubl bahalaşdı

Martda bu 3 bürcün həyatı tamamilə dəyişəcək: Sevgi, pul, karyera...

Somali Prezidentinin Azərbaycana səfəri başa çatdı

Bu gün Arayik və digər erməniəsilli şəxslərin məhkəməsi keçiriləcək

Qazaxıstanda qədim türk artefaktı aşkarlandı

MSK bu gün bələdiyyə seçkilərinə yekun vuracaq

Azərbaycanda məşhur müğənni həbs olundu - ANBAAN GÖRÜNTÜLƏR

Nə üçün birinci Putinə zəng etdi? - Trampdan açıqlama

Bütün xəbərlər