Gündəm

Kimlər plastik cərrah işləyə bilər?

Plastik əməliyyatlardan ölüm hallarının baş verməsi son zamanlar gündəmdən düşmür. Sosial şəbəkələrdə diplomu olmayan plastik cərrahlarla bağlı edilən paylaşımlar ölüm hallarını həmin diplomsuz "həkimlər”ə bağlamağa az da olsa əsas verir.

Bəs bu həkimlərə nəzarət necə həyata keçirilir?

Məsələ ilə bağlı Trend-in sorğusuna cavab olaraq Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzindən bildirilib ki, "Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunda müəyyən olunan qaydada ali təhsilli ixtisaslı həkim mütəxəssislər "plastik cərrahiyyə” işi üzrə tibbi praktiki fəaliyyətlə məşğul olmaq hüququnu əldə edirlər:

"Xaricdə təhsil alan və plastik cərrahiyyə üzrə rezidenturanı bitirən həkimlər Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, öncə Təhsil Nazirliyində diplomun akademik ekvivalentliyi və Səhiyyə Nazirliyində peşə ekvivalentliyi təsdiq edildikdə, praktik cərrahiyə üzrə peşə fəaliyyətlərini davam edə bilərlər. Həmçinin, bu ali təhsilə malik mütəxəssislər praktik tibb fəaliyyəti ilə məşğul olduqlarından, beş ildə bir dəfə sertifikasiyaya cəlb edilirlər.

Təəssüf ki, bəzi klinikalarda lisenziyasız fəaliyyət və sertifikatsız həkimlərin tibbi praktiki fəaliyyətinə rast gəlinir. Plastik cərrahların çalışdığı müəssisələrdə tibbi xidmətin göstərilməsinə nəzarət, Səhiyyə Nazirliyinin müvafiq qurumları tərəfindən plan üzrə yoxlamalar, həmçinin, daxil olan şikayət və təqdimatlar əsasında digər qurumlarla birlikdə plandankənar yoxlamalar şəklində aparılır”.

"Bir daha əhalinin nəzərinə çatdırırıq ki, Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən istənilən klinikada orada çalışan həkim və tibb personalının sənədləri planlı və plandankənar yoxlamalar zamanı yoxlanılır. Əgər planlı yoxlama zamanı hansısa neqativ hal aşkarlanarsa, müvafiq inzibati tədbirlər görülür. Nəzarət tədbirləri zamanı nöqsanlar aşkar olunduqda müvafiq qanunvericilkdə nəzərdə tutulan qaydada inzibati tənbeh tədbirləri (inzibati cərimə) görülür, təkrar aşkar edildikdə əlavə tədbirlər həyata keçirilir. Xüsusi ağır hallarda, həmçinin, ölüm faktları zamanı isə bu məsələ məhkəmə-tibbi ekspertizası və hüquq-mühafizə orqanlarının səlahiyyətinə keçir.

Bundan əlavə, hər bir pasiyentin müraciət etdiyi həkimin sertifikatını tələb etmək hüququ var. Əgər həkim həmin sertifikatı təqdim etməzsə, o zaman vətəndaş AEM-in "bir pəncərə” sistemi, "qaynar xətt”i (012 596 07 12), aem@pharma.az elektron ünvanı və ya pharma.az saytının MÜRACİƏT bölməsi vasitəsi ilə bizə müraciət edə bilər. Bu halda araşdırılma aparılır və lazım gələrsə, plandankənar yoxlama aparılması barədə qərar qəbul edilir”,- deyə qurumdan əlavə edilib.

Estetik, Plastik və Rekonstruktiv Cərrah, Uzman Dr. Vüqar Ələkbərov məsələ ilə bağlı Trend-ə bildirib ki, ölüm halları hər bir ixtisasda olur:

"Plastik cərrahiyyə də digər ixtisaslar kimi ciddi bir sahədir. Hər bir əməliyyatın riskləri var. Bu riskləri azaltmaq üçün daha müasir və təchiz olunmuş klinikalarda, yüksək ixtisaslı, mütəxəssis həkim tərəfindən əməliyat aparılması düzgündür. Amma yenə də riskləri sıfıra endirmək mümkün deyil. Vətəndaş gözü ilə baxanda fərqlidir, amma təəssüf ki, tibbi və elmi olaraq nəzər salanda hər bir əməliyyat risklidir”.

Plastik cərrah bildirib ki, həmin həkimlərin fəaliyyətinə Səhiyyə Nazirliyi nəzarət edir.

"Həkim seçərkən ixtisasını tam şəkildə bitirmiş və dövlət tərəfindən həmin ixtisasa aid diplom verilən həkimlər seçilməlidir. Sadəcə Tibb Universitetini bitirmək hüquqi əsas vermir ki, o şəxs əməliyyat etsin. Ondan sonra da 5 illik ixtisas üzrə təhsil almağı vacibdir”, - deyə həkim əlavə edib.


Son xəbərlər

Paşinyanı Münhendə qarşılamağa alman məmurlardan heç kim getməyib

Rusiya Çernobılı vurmayıb - Kreml təkzib etdi

Azərbaycanda bu cərimələr artırılır

Cərimələrin 50 faizi hərbçilərin maaşlarına əlavə ediləcək

Bu şəxslər Azərbaycanda müvəqqəti olma müddətini elektron kalkulyatorla yoxlaya biləcəklər

Bu cərimənin məbləği artırılır

İranlılar və livanlılar arasında qalmaqal

Azərbaycanda “e-mühasibat” informasiya sistemi yaradılır

Onlara təhsilinə görə birdəfəlik müavinət veriləcək

Putin Mariupol sakinlərini ilə bağlı qərar verdi

Nəm salfetlərin satışı qadağan edilir

Rəna Soltanovanın klinikasının lisenziyasının ləğv edilməsi ilə bağlı nazirliyə müraciət olundu

Azərbaycanda bu obyektlər təhlükəli hesab ediləcək

Daşdan pul çıxardanlar iş başında - "Uşaqda fərasətə bax" // VİDEO

AQTA benzin satır? - Qurum özü ilə satınalma müqaviləsi bağlayıb

General yüksək vəzifəyə təyin edildi

“Karayev City” MTK, “Vesta Construction” tikinti şirkətlərində insan həyatı üçün təhlükə- Video

Xıdırlı kəndində insan sümüklərinin qalıqları aşkarlandı

Avro və rubl bahalaşdı

Martda bu 3 bürcün həyatı tamamilə dəyişəcək: Sevgi, pul, karyera...

Somali Prezidentinin Azərbaycana səfəri başa çatdı

Bu gün Arayik və digər erməniəsilli şəxslərin məhkəməsi keçiriləcək

Qazaxıstanda qədim türk artefaktı aşkarlandı

MSK bu gün bələdiyyə seçkilərinə yekun vuracaq

Azərbaycanda məşhur müğənni həbs olundu - ANBAAN GÖRÜNTÜLƏR

Nə üçün birinci Putinə zəng etdi? - Trampdan açıqlama

Taekvondoçumuz beynəlxalq turnirdə qızıl medal qazandı

Prezident Dövlət Agentliyinə sədr təyin etdi

Məhkəmə Şahnaz Bəylərqızı barəsində qərar verdi

Bu şəxslərə pulsuz mənzillər veriləcək

Türkanda qanunsuz fəaliyyət göstərən daş karxanısını kim himayə edir?

Azərbaycan və Ermənistan liderlərinin gözlənilən görüşü: Hansı məsələlər müzakirə oluna bilər?

Bütün xəbərlər