Gündəm

Suriyanın şimalında, İdlib bölgəsində Bəşər Əsəd qüvvələrinin Türkiyə ordusunun bölmələri ilə birbaşa toqquşmalara girməsi, dalbadal türk əsgərlərinin həlak olması MHP lideri Dövlət Baxçalını qəzəbləndirib.

MumtvTürkiyə KİV-lərinə istinadən xəbər verir ki, Baxçalı MHP-nin parlament qrupu qarşısında bu günkü çıxışı zamanı "Suriyanı yandırmağa, İdlibi yıxmağa, Əsədi qəhr etməyə” çağırıb.

"Qanlı Suriya rejimi bir tərəfdən günahsız vətəndaşları, o biri yandan türk əsgərlərini hədəf alıb Qatil Əsəd rədd olub gedənə qədər ürəymiz soyumayacaq. Əsəd qatildir, oradakı düşmənçiliyin qaynağıdır. Həm Suriyanı, həm Türkiyəni eyni vaxtda idarə etməyə çalışan Rusiyanın niyyəti yaxşı deyil. Hökumət Rusiya ilə münasibətlərinə yenidən baxmalıdır. 

Şəhidlərimizin qanı Suriyanı pərdəarxasında təhrik edən Rusiyanın üzərindədir. Bu gerçəkliklə üzləşmək şərtdir. Siyasi təmaslar aldatma, nağıl, baş qatmaqdır. Əsəd taxtından endirilmədən nə Suriyaya, nə Türkiyəyə hüzur gələcək. Türk milləti başqa seçim olmasa Dəməşqə girməyi planlaşdırmalı, zalımları yerlə yeksan etməlidir. Yansın Suriya, yıxılsın İdlib, qəhrolsun Əsəd”,-Baxçalı qəzəbli çıxışında bildirib.

Xatırladaq ki, son bir neçə gün ərzində Suriyanın şimalında Türkiyə ordusunun onlarla əsgəri həlak olub. Bu, Bəşər Əsəd qüvvələrinin Suriyanın şimalında mövqe tutan və Türkiyənin dəstək verdiyi "mötədil islamçı müxalifətə” qarşı hücumları ilə bağlıdır. Türkiyə ordusu cavab olaraq Suriya qüvvələrinin mövqelərinə güclü zərbələr endirib. Habelə Suriyanın şimalına əlavə ordu bölmələri və hərbi texnika yeridib./Virtualaz.org 

Son xəbərlər

Elektrik və qazpaylayıcı şəbəkələrə qoşulma xidmətləri müəyyənləşdi

İcra başçısının oğlunun biznes şəbəkəsi - SİYAHI // FOTO

Kəlbəcərin Boyaqlı kəndinin ərazisi şəhərə birləşdiriləcək

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlandı

Vilayət Eyvazov generalı özünə müşavir təyin etdi - FOTO

Mövsümi depressiya ilə mübarizə aparmağın yolu!

Cahangir Hacıyev aclıq aksiyasına başlayıb

Bu xəbər Ermənistanı silkələdi: Göyçə və Zəngəzur Azərbaycana qaytarılır!

Elmar Məmmədyarov deputat olacaq? - AÇIQLAMA

"Nağıoğlu” MMC qanunsuz qum-çınqıl hasil edir? – Sahibkardan hərracda qalib olan şirkətə ittiham // FOTO + VİDEO

Kəlbəcərdə hərbçilər qəzaya düşdü

Hamiləlik zamanı siqaret çəkmək uşaqlarda buna səbəb ola bilər

Növbədənkənar parlament seçkiləri bu aylarda keçirilə bilər

Şənbə günü hava necə olacaq?

Kəlbəcərdə velosiped yolları salınacaq

İlham Əliyev polşalı həmkarını təbrik etdi

Gündəlik neçə saat yatmaq lazımdır?

Prokurordan Əhməd Əhmədovla bağlı AÇIQLAMA

Gəncə xəstəxanasında əməliyyat - Vəzifəli şəxslər saxlanıldı

İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul etdi - FOTOLAR

"Düz əyrini kəsir" - Görülən işlərə nəzər saldıqda...

Azərbaycanda qadınların pensiya yaşınını azaldılması təklif edilir

Bəzi məcburi köçkünlərin püşklərinin nəticəsi ləğv edildi

Azərbaycan nefti ucuzlaşdı

Braziliyada daşqınlar nəticəsində 30 nəfər ölüb

Amin ilk dəfə ermənilərə əsir düşdüyü yerdə - VİDEO

Hikmət Hacıyev Kupmanla GÖRÜŞDÜ

1 iyuladək icazə alan taksi sürücüləri hansı üstünlüklərə malik olacaq? - AYNA-dan açıqlama

Bakıda yeni marşrut şəbəkəsinin tətbiqinə başlanılıb

Dövlət Agentliyi keçmiş deputatın şirkətinə 720 min manat ödəyəcək

MSK sədri parlament seçkilərinə hazırlıqla bağlı tapşırıq verdi

“Koroğlu”da yeni nəqliyyat mübadilə məntəqəsi yaradılacaq

Bütün xəbərlər