Gündəm

Prokurorluq saxta plastik cərrahlarla bağlı HƏRƏKƏTƏ KEÇDİ

Ötən ay Azərbaycanda 50-ə yaxın saxta plastik cərrahın olması ilə bağlı xəbərlər yayılmışdı. Belə ki, ABŞ-də yaşayan Qənirə Ataşova sosial şəbəkə hesabında saxta plastik cərrah olduğu iddia edilən 50 nəfərin adını paylaşmış, bundan sonra həmin şəxslər və müəssisələrlə bağlı hüquq-mühafizə orqanları və Səhiyyə Nazirliyi tərəfindən araşdırmalara başlanmışdı.

"MUMtv.az" xəbər verir ki, Baş Prokorurluğun mətbuat xidmətinin rəisi Saleh Hacıyev məsələyə münasibət bildirib.

O qeyd edib ki, burada problemin mahiyyəti təkcə gözəllik axtarışında olan vətəndaşların hüquqlarının pozulması, onların sağlamlığına hərhansı xəsarət yetirilməsi ilə yekunlaşmır.

“Burada ölkənin tibb sisteminin bütövlüyünün təmin olunması, cəmiyyətimizin sağlamlığının qorunması ilə bağlı təhdidlərlə üzləşirik. Bu sahədə prokurorluq orqanları tərəfindən mütəmadi olaraq işlər aparılır. Vaxtaşırı da bununla bağlı mediada ictimaiyyətə məlumatlar verilir. Qənirə xanımın qeyd etdiyi siyahı açıqlanmamışdan qabaq artıq may ayında prokurorluq orqanları tərəfindən geniş araşdırma aparılmışdı. Araşdırmalarda Səhiyyə Nazirliyi də yaxından iştirak etmişdi. Araşdırmalar zamanı bir neçə istiqamətlər üzrə pozuntular aşkar olunmuşdu”, - mətbuat katibi İTV-nin efirində deyib.

S.Hacıyevin sözlərinə görə, ilkin olaraq müəyyən olunub ki, müvafiq tibb təhsili olmayan şəxslər tərəfindən plastik əməliyatlar icra olunur:

“Bəzi hallarda müəyyən olunmuşdur ki, şəxsin tibb təhsili var, amma plastik tibbi əməliyyatları icra etməsi üçün praktiki tibbi fəaliyyətə dair qanunla nəzərdə tutulmuş sertifikasiya şəhadətnaməsi yoxdur. Ümumilikdə pozuntularla bağlı araşdırma aparan zaman, 18 halda İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə həm hüquqi, həm də vəzifəli şəxslər barəsində inzibatin icraatlar başlandı. Həmin şəxslərin əksəriyyəti paytaxt ərazisində fəaliyyət göstərsə də, bölgələrdə də araşdırmalar aparılır. Qənirə xanımın qeyd etdiyi şəxslərin bəziləri barəsində də inzibati icraatlar başlanıb, bəzi şəxslər barəsində faktlar öz təsdiqini tapmayıb. 8 halda qanun pozuntularını doğuran səbəb və şahidlərin aradan qaldırılması üçün xəstəxanalara Səhiyyə Nazirliyi vasitəsilə təqdimatlar göndərilmişdi. Həmin təqdimatların müzakirəsində də prokurorluq əməkdaşları, xəstəxana rəhbərliyinin və həmin sahədə çalışan həkimlər iştirak etmişdi. Bundan başqa müəyyən hallar aşkar olunmuşdur ki, tibbi fəaliyyət göstərən şəxslər kobud qanun pozuntularının astanasındadır. Yəni onlar bir neçəm addım sonra sadaladığımız ciddi qanunsuzluqları törədə bilərlər. Ona görə də onlara xəbərdarlıqlar olunmuşdur. İşlər davam edir, vətəndaş müraciətlərindən əlavə biz sosial media vasitəsilə də ictimailəşən müraciətləri öyrənirik”.//Modern.az


11-12-2024, 14:38

Son xəbərlər

Gəncə şəhərinin Baş planı təsdiqləndi

Azərbaycanda kartof BAHALAŞDI

ÜST İsrailin fosfor mərmilərindən istifadəsini araşdırır

Leysan Məmmədovu “AZ TECHNOCON GROUP” MMC ilə nə kimi tellər bağlayır - İLGİNC FAKTLAR...

Cərimənin məcburi tutulması qaydası dəyişdi

AAYDA – da ARAŞDIRMALAR APARILIR

İsrail yeni müharibəyə hazırlaşır

Bu ölkə distant iş rejiminə keçir - Səbəbi isə...

İsrail və ABŞ İran hava limanına zərbə endirdi

Hüquqi əsaslandırma və faktlar – Hər kəs həqiqəti bilməlidir

Təhsilimizdə “firon sindromu”: Müəllim niyə ALÇALDILIR?

Müşfiq Abbasov azadlığa çıxdı

Seymur Orucovun “qazi sindromu”: İcra başçısı nə etmək istəyir?

Benzin 30%-dək bahalaşdı

Rusiya Ukraynanın Su-27 qırıcı təyyarəsini vurdu

Avropa İttifaqı Şurasının Prezidenti Bakıya gəlir

Göyçayda yol BİABIRÇILIĞI: Nə icra hakimiyyəti maraqlanır, nə də AAYDA – Foto

GDU-da əməkhaqqı oyunbazlığı... - BU NƏDİ BELƏ?

Ağdaş rayon İcra Hakimiyyətinin 800 min manatlıq tenderi cari təmir işlərinə xərclənib?

Neftin qiyməti yüksəlir, sosial xərclər artacaq?

Sabah hava yağıntılı olacaq

FHN-ə gül "satan" Cəvahir Məmmədova bu dəfə Mədəniyyət Nazirliynin tədbirini kecirir - TƏFƏRRÜAT

Tikinti materialları bazarında durğunluq yaşanır - VİDEO

TVM və "İnnova" şirkətlər qrupu batır?

Baş nazir bu tarixdə parlamentdə hesabat verəcək

Müharibənin keşiyində olan dünyada ən güclü orduya kim sahibdir?

Onlarla milyonluq tenderlərin qalibi olan 'TVM İnşaat' və 'İnnova İnşaat' şirkətləri haqqında ŞOK İDDİA - TƏFƏRRÜAT

“Bura icra başçısınındır, heç kim dayandıra bilməz” - ÖZBAŞINA QALIBLAR...

Meksikanın İrandakı səfirliyi fəaliyyətini Bakıda davam etdirəcək

Dubayda raket təhlükəsi barədə xəbərdarlıq edildi

Sol zolaqla hərəkət edən sürücülərin nəzərinə! - VİDEO

Prezident tapşırıq verdi - İrana yardım göndərildi

Bütün xəbərlər