Gündəm

İğdır-Naxçıvan qaz kəmərinin tikintisi tamamlandı

İğdır-Naxçıvan Qaz Boru Xəttinin tikintisi qrafika uyğun olaraq vaxtında tamamlanıb və yaxın zamanda rəsmi açılışı planlaşdırılır.

"MUMtv.az" xəbər verir ki, bunu Türkiyənin Naxçıvandakı baş konsulu Asip Kaya Naxçıvanda keçirilən Dünya Türk Qəhvəsi Günü münasibətilə tədbir çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

O xatırladıb ki, 2023-cü il sentyabrın 25-də Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə İğdır-Naxçıvan Qaz Boru Xəttinin təməli qoyulub: "Bu ilin sentyabr-oktyabr aylarına qədər qaz kəmərinin tikintisinin tamamlanması nəzərdə tutulurdu və işlər gözlənildiyi vaxtda yekunlaşdı. Beləliklə artıq Naxçıvana təbii qaz Türkiyə üzərindən gələcək. Bu, muxtar respublikanın enerji təhlükəsizliyində böyük rol oynayacaq".

Baş konsul qeyd edib ki, yaxın zamanlarda Türkiyənin önəmli banklarından biri olan "Ziraat Bankı" da Naxçıvanda fəaliyyətə başlayacaq: "Artıq bank filialının lövhəsi yerləşdirilib. Gələn ilin yanvar ayında təmir işləri yekunlaşdıqdan sonra fəaliyyətə başlayacaq. Bu da Naxçıvanda iqtisadi və ticari inkişaf baxımında önəmli addım olacaq"

Qeyd edək ki, İğdır-Naxçıvan Qaz Boru Xəttinin inşasına qərar 2020-ci il dekabrın 25-də Ankarada imzalanmış anlaşma memorandumu ilə verilib. İllik ötürmə gücü 730 milyon kubmetr olan bu boru kəməri Naxçıvanın qaz tələbatını tam ödəyəcək. Layihənin Azərbaycan hissəsinin tikintisini Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR), Türkiyə hissəsini isə BOTAŞ şirkəti həyata keçirirdilər.

İğdırdan Sədərək rayonuna qədər boru kəmərinin uzunluğu təxminən 100 km təşkil edir. Azərbaycan hissəsinin uzunluğu 17 km, Türkiyə hissəsinin uzunluğu isə 80 km-dən çoxdur. Kəmərin Azərbaycan hissəsinin tikintisi 2023-cü ilin iyul ayında başlanıb.

Sədərək qazpaylayıcı stansiyası "Revers” tipindədir, yəni qazı həm qəbul, həm də ixrac edə bilir. Burada da tamamlanma işləri yekunlaşmaq üzrədir və ilin sonuna qədər işlərin başa çatdırılması planlaşdırılır.

Son xəbərlər

BİRİNCİ QARABAĞ MÜHARİBƏSİ DÖYÜŞÇÜLƏRİ

“Səssiz qalmayan zəfər” – Qəhrəman Natiqin xatirəsinə poetik ehtiram

“Stomatoloq.Mehemmed” necə pasiyentləri implant edir?-Araşdırma

Dünya səyyahları Cəbrayıldadırlar

Ağstafanın Nəriman Nərimanov küçəsində yol biabırçı vəziyyətdədir - VİDEO

İsti havada fiziki işlərdən çəkinin! - Ürəyə ziyandır

Lavrov KXDR-in nüvə proqramının səbəblərini açıqladı

Ənzəli-Bakı sərnişin gəmisi işə düşə bilər

Təbrizli siyasətçi İran rejimini referenduma çağırdı

Polşa qırıcı təyyarələrini havaya qaldırıb

Qohum evliliyi qadağandır – Bəs qeyri-rəsmi evlənənlər cəzalandırılacaq?

Qusarın Piral kənd orta məktəbində “ailə idarəçiliyi” davam edir – Nazirlik susur, qanunlar pozulur

Gənclərin təhlükəli əyləncəsi – Kofeyə bunu qatırlar?!

Avtomobillərin utilizasiyası sistemində boşluqlar - İşbazlar fürsətdən istifadə edirlər - VİDEO

Həkimlərə pis xəbər: Bir robot insan kimi əməliyyat etməyi bacardı

Keçmişi unutmaq nə qədər vaxt aparır? - Artıq sağaldığınızı göstərən 3 əlamət

SMDT rəhbəri ilə birgə ittiham olunan Anar Abdullayev həbs olundu

Qaregindən Paşinyana ittiham

Azərbaycan namizəd olduğu seçkilərdə qələbə qazandı

Zelenskinin ABŞ-də səfir postuna namizədi

Tovuz döyüşlərindən 5 il ötür

Nizami Təhməzov XALİDƏ HİCRAN (roman) - Otuz üçüncü hissə

"Daşkəsən" dəmir filizi layihəsi üzrə əsas mərhələlərdən birinə start verildi

Milli Onkologiya Mərkəzinə 650 min manat ayrıldı – Sərəncam

AMB onlara məcburi sərəncam verdi

Bu xidmətin əməkdaşlarının geyimi dəyişdi – FƏRMAN

Baş nazir homoseksualların ticarətindən gəlir əldə etməkdə ittiham olunur

Yusif İmanovdan qalmaqallı açıqlama: "Mənə qarşı ayrıseçkilik edildi"

Azərbaycan Ukraynaya indiyədək 42 milyon dollarlıq yardım göstərib

Beyləqan xəstəxanasında rəzalət – Şöbə müdirinin otağında əxlaqsız hərəkəti yayıldı-Görüntülər

SİYASƏT VƏ BİZNES ARASINDA "KÖLGƏ" FİQUR... - Və ya güclü, amma "səssiz" OLİQARX

Bakı Mühəndislik Universiteti 86 minə avtomobil almaq istədi – “stop” qoyuldu

Bütün xəbərlər