Gündəm

"Ermənistan düşmənçilik səhifəsini bağlamağa hazırdır" - Mirzoyan

"Bu gün bütün dünyanın üzləşdiyi çağırışlar bizi sülh və sabitliklə bağlı məsələlərdə daha ayıq-sayıq olmağa məcbur edir. Qeyd olunanları nəzərə alan Ermənistan, Azərbaycanla münasibətlərin tam normallaşmasına yönəlmiş danışıqlarda konstruktiv iştirakını davam etdirir".

"MUMtv.az" xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ATƏT Nazirlər Şurasının 31-ci sessiyasında çıxışında deyib.

Nazirin sözlərinə görə, bu il ikitərəfli danışıqlar 1991-ci il Alma-Ata Bəyannaməsini demarkasiya üçün əsas kimi qəbul edən Ermənistan və Azərbaycan arasında sərhədin demarkasiyası reqlamentinin imzalanmasına gətirib çıxarıb: "Boz 12 km-dən çox sərhədin demarkasiyasına nail olduq və ümid edirik ki, bu sənəd prosesin səmərəli davam etdirilməsinə zəmin yaradacaq və bununla da regionda sabitliyin bərqərar olmasına mühüm töhfə verəcək.

Ölkələrimiz arasında Sülh Sazişinin imzalanması istiqamətində də müəyyən irəliləyiş əldə etmişik. Biz sazişin 17 maddəsinin 15 layihəsi üzrə razılığa gəlmişik və kifayət qədər siyasi iradə olarsa, onu tez bir zamanda yekunlaşdırmaq və imzalamaq olar. Ermənistan davamlı olaraq sazişi imzalamağa və Cənubi Qafqazda düşmənçilik səhifəsini bağlamağa hazır olduğunu sübut edib".

XİN rəhbəri həmçinin qeyd edib ki, sülhün alternativi yoxdur: "Çünki regionumuzun əhalisi qanlı münaqişələrdən artıq çox əziyyət çəkib. Bütün çətinliklərə baxmayaraq, arzulanan məqsədə çatmaq üçün səylərimizi davam etdirmək əzmindəyik. Bu kontekstdə Ermənistan tərəfinin təklif etdiyi “Sülh yollarının kəsişməsi” kanalı layihəsi region ölkələri arasında etimadın artırılması, etimad mühitinin möhkəmləndirilməsi və daha yaxşı əməkdaşlığın təşviqi üçün böyük potensiala malikdir.

İnanırıq ki, Ermənistanla Türkiyə arasında münasibətlərin tam şəkildə tənzimlənməsi, xüsusilə diplomatik münasibətlərin qurulması və sərhədlərin açılması regionda sülh və sabitliyə daha bir mühüm töhfə ola bilər. Bu məqsədlə biz türkiyəli tərəfdaşlarımızla dialoqu davam etdirəcəyik və bəzi praktiki addımları, o cümlədən Ermənistan və Türkiyə arasında körpünün texniki tələblərinin, eləcə də Gümrü-Qars dəmir yolunun xalqlar üzərindəki sərhəd keçidinin birgə qiymətləndirilməsini həyata keçirəcəyik"

Son xəbərlər

Şamaxı xəstəxanasının sabiq direktoru ilə bağlı cinayət işi açılıb, məhkəməsi başlayır

Nəzrin Mansurlunun ölümü ilə bağlı həkim Sənan Mehdiyev həbs edildi

Sahibkarlıq sahəsində yoxlamalar daha 1 il dayandırılır

“Azərpoçt” yeni “Mobil POS” xidmətini istifadəyə verib

Qurum ləvğ edildi, 400-ə yaxın əməkdaş işdən azad edildi - AÇIQLAMA

Milyonlar içində üzən Saleh Məmmədov işçinin haqqına girir... - Dekabrın maaşları hələ də verilməyib...

İranda hərbi təyyarə qəzaya uğradı

Bu deputata yeni vəzifə verilir

"İcranın işçisi məndən on min manat rüşvət istədi" - İDDİA // VİDEO

Məhbuslara pişik saxlamağa icazə verilə bilər

Prezident Davosda Zelenski ilə görüşüb

Tramp hökumət binalarında LGBT bayraqlarını qadağan etdi

Adama Barrou İlham Əliyevə başsağlığı verdi

İmişlidəki hadisələrdə saxlanılan 14 nəfər həbs olundu

Britaniya vətəndaşlarını Ermənistan-Azərbaycan sərhədinə getməməyə çağırdı

Şahin Mustafayev İranda daha bir görüş keçirdi

İntensiv yağış yağacaq

Əvvəl 24 saat deyirdi, indi isə 100 gün vaxt verdi

Valideynlərini itirmiş uşaqlara birdəfəlik müavinət ödəniləcək

Gələn aydan bu müavinətin məbləği artırlır

Rus şirkətləri dost olmayan ölkələrdən köçürülsün - Putindən TAPŞIRIQ

İmişlidəki qəzada xəsarət alan məktəbli xəstəxanada ölüb

AMB inflyasiya proqnozunu açıqladı

DİN-dən saxta mesajlarla bağlı əhaliyə müraciət

Erməni deputatın şəxsi evi qarət edildi - Paşinyanın qaynıdır

İlyas İsmayılov komaya düşdü

"iPhone 17 Air"in görüntüsü yayıldı

Prezidentdən Davosla bağlı paylaşım

Hoteldəki yanğında 14 ailə üzvü ilə birlikdə həlak oldu

Fransa yenidən Bəşər Əsədin həbsinə order verdi

Bu gün Lənkəranda işıq olmayacaq

Gəncə Tibb Kollecində rüşvət tələb olunur?

Bütün xəbərlər