Gündəm

Tarix İnstitutunda daha bir QALMAQAL - XANIM ƏMƏKDAŞLA ŞÖBƏ MÜDİRİ QIRĞINA ÇIXDI

Bakıxanov adına Tarix və Etnologiya İnstitutunda daha bir qalmaqal baş verib.

MUMtv.az: - Bu barədə "Təzadlar"a AMEA-dan bildirilib. Belə ki, bu günlərdə "Azərbaycan Respublikasının tarixi" şöbəsinin müdiri Əmrahov Mais İsrafil oğlu ilə şöbənin qadın əməkdaşlarından biri (adını hələki açıqlamırıq) arasında mübahisə o həddə çatıb ki, söyüş və təhqirlər səslənib. Əldə etdiyimiz məlumata görə, bu cür hallar institutda artıq adi hala çevrilib və xüsusilə Kərim Şükürovun direktor təyin olunmasından sonra qadın alimlərə qarşı açıq-aşkar təzyiq mühiti yaranıb. Hansı ki, iki həftə əvvəl də oxşar hadisə baş vermişdi. Media olaraq K.Şükürova elektron sorğu göndərsək də, həmin vaxt cavab verilməmişdi. İndi də elə...

***

Qeyd edək ki, sən demə, insidentin əsas səbəbi şöbə müdirinin yenicə elmlər doktorluğunu müdafiə etmiş, lakin təsdiqini hələ almamış qadın əməkdaşı qısqanması və onun gələcəkdə şöbə müdiri vəzifəsinə iddialı olmasından çəkinməsidir. Bu vəziyyətdə Mais Əmrahovun "gözünün odunu almaq" adlandırılan qeyri-rəsmi basqı siyasətinə əl atdığı bildirilir. Tarix İnstitutunda qadın alimlərə qarşı bu cür mənəvi basqı halları artıq sistematik bir problemə çevrilib.

Qeyd etmək istəyirik ki, qadın əməkdaşın yaşadığı ağır stress və mənəvi travmanı nəzərə alaraq onun adını açıqlamırıq. Lakin bu vəziyyət təkcə fərdi məsələ deyil, bu, institut daxilindəki idarəetmə mühitinin və akademik dəyərlərin ciddi şəkildə pozulduğunu göstərir. Biz, akademik ictimaiyyət və mətbuat nümayəndələri olaraq, AMEA-nın və Tarix İnstitutunun rəhbərliyindən xahiş edirik ki, bu cür hallara son qoyulsun və qadın alimlərə qarşı açıq-aşkar diskriminasiya və təzyiq siyasətinə qarşı ciddi tədbirlər görülsün. Elm və təhsil ocaqları belə neqativ hallara səhnə olmamalıdır!

Direktor Kərim Şükürovun və şöbə müdiri Mais Əmrahovun da mövqeyini dinləməyə hazırıq.//Təzadlar



29-11-2024, 16:26

Son xəbərlər

Ziya Məmmədovun səs-küylü tələbə yoldaşının oğlu – Yarım milyon mənimsəyib

Turizm Agentliyi 103 minə notbuk və flaş kart alır

Bərdə Kommunal Təsərrüfatı İdarəsinin direktoru cərimələndi

Ev almaq istəyənlərin nəzərinə: Gələn il qiymətlər necə olacaq?

Prezident sərəncam imzaladı

Bu şəxslər yeni ildən daha çox vergi ödəyəcəklər — AÇIQLAMA

Ötən ay Bakıda torpaq qiymətləri nə qədər artıb? – CƏDVƏL

Bakıda xanım direktor eşq yaşadığı fəhlə tərəfindən DÖYÜLDÜ

Azərbaycanda yeni mükafat TƏSİS EDİLƏCƏK – Məbləği 50 min manat

Hikmət Hacıyev sabah Qriqoryanla görüşəcək

Qiyaslı Qrup MMC-nin rəhbərliyi rəsmən QOÇULUQ EDİR... - NARAZILIQ VAR...

Toy etmək istəyənlərin diqqətinə – Qaydalar kəskin dəyişə bilər

Polietilen torbaların qiyməti niyə artırıldı?

Eldar Mansurovun oğlu çox yüksək vəzifəyə gətirildi

TƏBİB 10 manatlıq şirkətdən milyonluq əlcək alır

Reklam etdiyi pilinq Ləmanın üzünü yandırdı

Əzizov paytaxtın mərkəzini Abutalıbova qədərki dövrə qaytarır - FOTO

DGK işçilərin hüquqlarını pozur

Mehdiyevin oğlunu gözləyən aqibət - banklar, torpaq sahələri...

Abşeron Mərkəzi Xəstəxanasında ölüm hadisəsi baş verdi

Ət yenə BAHALAŞACAQ

Nazir rəisi işdən çıxardı - İki təyinat etdi

Bəzi hərbi qulluqçulara dair boy ölçüsü tələbi endirildi - Qərar

Deputat Azər Əmiraslanovun otağında diqqətçəkən mühüm DETALLAR… Ramiz Mehdiyev kitabı ön planda – Video

"Brent" bahalaşdı

Ağdərə sakini MİNAYA DÜŞDÜ

Gültəkin Hacıbəyli İstanbuldan açıqlama yaydı - "Bakıya göndərəcəklər"

Saleh Məmmədovun “ərköyün” kadrları...-Dəbdəbəli toylar, lüks avtomobillər, vəzifəsini oğluna verən müdirlər və s.

Ağdamda 3,3 milyon manatlıq işlər görüləcək - TENDER NƏTİCƏSİ

Tale Heydərovun adı keçən çoxmilyonluq əmlak davasında ŞOK detallar

Müdafiə Sənayesi Nazirliyinin tabeliyindəki zavodların milyonlarla manat vergi borcu var

ETN-dən bir gündə iki tender: 14 milyon manatın aqibəti necə olacaq? –ARAŞDIRMA

Bütün xəbərlər