Gündəm
"İsraillə bütün əlaqələrimiz kəsilib" - Ərdoğan
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Səudiyyə Ərəbistanı və Azərbaycan səfərlərindən qayıtdıqdan sonra təyyarədə jurnalistlərə müsahibə verib.
"MUMtv.az" xəbər verir ki, İslam Əməkdaşlıq Təşkilatı-Ərəb Liqasının Ər-Riyadda keçirilən İkinci Fövqəladə Birgə Zirvə Toplantısındakı çıxışında Qəzza və Livandakı soyqırımlara toxunduğunu deyən Ərdoğan humanitar yardımların fasiləsiz və müntəzəm çatdırılmasının zəruriliyinə diqqət çəkdiyini qeyd edib.
Ərdoğan, "Bildiyiniz kimi, İsrailə qarşı təzyiqləri davam etdirmək və bu ölkəyə qarşı beynəlxalq hüquqa əsaslanaraq məcburedici tədbirlər görmək üçün çox çalışırıq. Dünyada İsrail vəhşiliklərinə ən sərt reaksiya verən ölkə bizik. Bu mövzuda ən konkret addımlar atan, o cümlədən ticarətin dayandırılması ilə yanaşı bütün əlaqələrini kəsən şübhəsiz Türkiyədir", - deyib.