Gündəm
Gündəm / Cəmiyyət / Hadisə
Əli Kərimlinin mühafizəçisi aclıq aksiyasını dayandırdı
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin həbsdə olan mühafizəçisi Niyaməddin Əhmədovdan xəbər var.
"MUMtv.az"ın "Unikal"dan əldə etdiyi məlumata görə, o, aclıq aksiyasını dayandırıb.
Xatırladaq ki, N.Əhmədov noyabr ayının 2-də aclıq aksiyasına başlamışdı.
Onu da qeyd edək ki, Niyaməddin Əhmədov 13 il müddətinə azadlıqdan məhrum edilib.
Xəbəri Penitensiar Xidmətdən təsdiqləyiblər.