Gündəm

Dövlətin BAŞ QANUNUNU dövlət (məmurları) AYAQLAYIR: “Veteranlar haqqında” qanunun Tarif Şurasının qərarı ilə ləğv edilməsi

12 noyabr- Azərbaycan Respublikası Konstitusiyasının qəbul olunduğu gündür.

MUMtv.az: - Dövlətin qanunvericilik sisteminin əsası, ən yüksək və birbaşa hüquqi qüvvəyə malik olan Azərbaycan Respublikası Konstitusiyasının qəbul olunmasından 29 il keçir. 158 maddəlik BAŞ QANUNUN əsas insan və vətəndaş hüquq və azadlıqlarını içinə alan toplam 48 maddəsi (24-71-ci maddələr) bir yana, heç məhkəmə hakimiyyətinə aid tələbləri doğrulayan 9 maddəsi ( 125-133-cü maddələr), heç cəmi 5 maddəlik (147-151-ci maddələr) qanunvericilik sisteminə aid tələbləri də başda tutulmur. İcra hakimiyyəti , məhkəmə , qanunverici hakimiyyət məmurları ölkənin baş
qanununu elə ayaqaltı edirlər ki, bilmirsən hakimiyyətin mənbəyi xalqdır, yoxsa məmurun cibi?!

Konstitusiyanın 125-ci maddəsində yazılıb ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Edirmi? Məhkəmə icraatı elə günə salınıb ki, həqiqəti bəlirləmək yerinə, ört-basdır etmək rolunu oynayır. Bu da Konstitusiyanın 127-ci maddəsi ilə doğrulanan hakimlərin müstəqilliyi, ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsip və şərtlərinin gözlənilməməsindən qaynaqlanır. Hakimlər yalnız Konstitusiyaya və qanunlara tabe olmaq , işlərə qərəzsiz, faktlara əsasən, kənardan sifariş gözləmədən, tərəflərin hüquq bərabərliyinə, çəkişmə prinsipinə əməl etməklə baxmaq yerinə, bir çox hallarda faktiki olaraq qarşı yanın vəkili kimi tərəflə çəkişirlər. (?) Hətta Konstitusiya Məhkəməsi hakimlərinin də 130-cu maddə ilə bəlirlənən normaları, adını, andını pozmaları faktları yetərincədir.

Azərbaycan Respublikasının Prokurorluğu da 133-cü maddə ilə üzərinə qoyulan qanunların icrasına və tətbiqinə nəzarət etməkdən imtina edir. Konstitusiyanın 129-cu maddəsini özəlliklə vurğulamaq gərəkir: “Məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur.” Reallıqda məhkəmə qərarları nəinki icra olunur, əksinə, dövlətin adından çıxarılan bu qərarları borclu dövlət məmurları ciblərindən aşağıda tuturlar.

Konstitusiyaya sayğısızlığa baxın, borclu ƏMDX ( Əmlak Məsələləri Dövlət Xidməti) Xətai məhkəməsinin 26.05.2009 və 21.06.2011 tarixli 2 (!) qətnaməsini (1-ci dərəcəli Qarabağ əlilinə Nizami rayonu, Bəhruz Nuriyev-10 A ünvanındakı qeyri-yaşayış sahəsinin verilməsi) digər borclu Nizami RİH-in MKTB-sinin (“JEK”) saxta məktubundan (?) aşağıda tutur. Cinayət özbaşınalığı, məhkəməyə hörmətsizlik elə məhkəmənin gözü qarşısında olur. Məhkəmə 2009-cu ildə borcluların üzərinə əmlakın tələbkara verilməsini sənədləşdirmək öhdəliyi qoyub, borclular məhkəmə qərarını icra etmək yerinə, biri-birinə saxta məktublar verməklə əmlakı gah həmin ünvandakı bankın, gah rayon sakini olmayan 9 yaşlı uşağın (?), 2021-ci ildə isə ata adı olmayan (?) Türkiyə vətəndaşönın adına sənədləşdiblər. Hələ də dövlətin ən başda olan qanununun – Konstitusiyanın “JEK”-in məktubundan aşağıda olması rəsmi məktublarla bildirilir.

Konstitusiyanın 5 maddəlik “Qanunvericilik sistemi” fəslinin 149-cu (Normativ hüquqi aktlar) maddəsindənsə dövlət məmurları tam xəbərsizdirlər. Sözügedən maddənin VII hissəsində yazılıb: “Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini YAXŞILAŞDIRAN, hüquq məsuliyyətini ARADAN QALDIRAN və ya YÜNGÜLLƏŞDİRƏN normativ hüquqi aktların QÜVVƏSİ GERİYƏ ŞAMİL EDİLİR. Başqa normativ hüquqi aktların QÜVVƏSİ GERİYƏ ŞAMİL EDİLMİR.” ƏƏSMN tabeliyində DSMF-in Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı (XŞTMF), eləcə də digər filiallar, bütövlükdə bu boyda nazirlik rəsmi məktublarla bildirir ki, sosial müdafiə sisteminin baş qanunu sosial mənimsəmə, əlillərin, əhalinin sosial məhv edilməsidir. Konstitusion
özbaşınalıq təfsirinə, izahına baxın, sıradan “sosial” məmur 1 BİİM-in dövlətin adından çıxardığı 05.07.2017 tarixli, 2-1(81)-1889/17 saylı məhkəmə qərarını 6 ildən sonra 01.04.2023-cü ildə ləğv edib ki, məhkəmənin əsaslandığı 2006-cı ildən qüvvədə olan “Əmək pensiyaları haqqında” qanunun 19-cu maddəsi 2021-ci ildən ləğv olunduğundan məhkəmə qərarı da qüvvədən düşüb. (?)

Konstitusiyanın qüvvəsi(sizliyi)ni göz önünə gətirin, şəxsin, 1-ci dərəcəli Qarabağ əlilinin vəziyyətini pisləşdirən qanun 15 il (?) GERİYƏ şamil olunur , hələ üstəlik məhkəmə qərarı da qüvvədən salınır! (?) 20 aydır Konstitusiyaya bu ikiqat hörmətsizliyə nəinki qiymət verilir, əksinə, qanunverici , icra, məhkəmə hakimiyyəti, baş prokurorluq, ombudsman,... ƏƏSMN-in tabeliyindəki qurumların rüşvətinin Konstitusiyadan da üstün olduğunu bildirməkdən beziblər. Təsəvvür edin, BDU-nun Konstitusiya hüququ kafedrasının professoru, deputat Konstitusiyaya hörmətsizliyə “biz nə edə bilərik” ritorik sualı ilə “qiymət verir”! (?) BDU-nun “Kommersiya hüququ” dövlət imtahan komissiyasının sədri, hüquq doktoru ƏƏSM naziri bəs niyə hüquqa, Konstitusiyaya bu kobud sayğısızlığa susur?

“Veteranlar haqqında” qanunun Tarif Şurasının qərarı ilə ləğv edilməsi özbaşınalığı da Konstitusiyanın məmurun cibindən aşağıda tutulmasını
göstərir. Yaranma gününü hər il vurğulamaqla Konstitusiya başa , qüvvəyə minmir. Dövlətin (məmurlarının) saymadığı Konstitusiyadan nəsə (sayğı) gözləmək olar?// TEREF


Son xəbərlər

BİRİNCİ QARABAĞ MÜHARİBƏSİ DÖYÜŞÇÜLƏRİ

“Səssiz qalmayan zəfər” – Qəhrəman Natiqin xatirəsinə poetik ehtiram

“Stomatoloq.Mehemmed” necə pasiyentləri implant edir?-Araşdırma

Dünya səyyahları Cəbrayıldadırlar

Ağstafanın Nəriman Nərimanov küçəsində yol biabırçı vəziyyətdədir - VİDEO

İsti havada fiziki işlərdən çəkinin! - Ürəyə ziyandır

Lavrov KXDR-in nüvə proqramının səbəblərini açıqladı

Ənzəli-Bakı sərnişin gəmisi işə düşə bilər

Təbrizli siyasətçi İran rejimini referenduma çağırdı

Polşa qırıcı təyyarələrini havaya qaldırıb

Qohum evliliyi qadağandır – Bəs qeyri-rəsmi evlənənlər cəzalandırılacaq?

Qusarın Piral kənd orta məktəbində “ailə idarəçiliyi” davam edir – Nazirlik susur, qanunlar pozulur

Gənclərin təhlükəli əyləncəsi – Kofeyə bunu qatırlar?!

Avtomobillərin utilizasiyası sistemində boşluqlar - İşbazlar fürsətdən istifadə edirlər - VİDEO

Həkimlərə pis xəbər: Bir robot insan kimi əməliyyat etməyi bacardı

Keçmişi unutmaq nə qədər vaxt aparır? - Artıq sağaldığınızı göstərən 3 əlamət

SMDT rəhbəri ilə birgə ittiham olunan Anar Abdullayev həbs olundu

Qaregindən Paşinyana ittiham

Azərbaycan namizəd olduğu seçkilərdə qələbə qazandı

Zelenskinin ABŞ-də səfir postuna namizədi

Tovuz döyüşlərindən 5 il ötür

Nizami Təhməzov XALİDƏ HİCRAN (roman) - Otuz üçüncü hissə

"Daşkəsən" dəmir filizi layihəsi üzrə əsas mərhələlərdən birinə start verildi

Milli Onkologiya Mərkəzinə 650 min manat ayrıldı – Sərəncam

AMB onlara məcburi sərəncam verdi

Bu xidmətin əməkdaşlarının geyimi dəyişdi – FƏRMAN

Baş nazir homoseksualların ticarətindən gəlir əldə etməkdə ittiham olunur

Yusif İmanovdan qalmaqallı açıqlama: "Mənə qarşı ayrıseçkilik edildi"

Azərbaycan Ukraynaya indiyədək 42 milyon dollarlıq yardım göstərib

Beyləqan xəstəxanasında rəzalət – Şöbə müdirinin otağında əxlaqsız hərəkəti yayıldı-Görüntülər

SİYASƏT VƏ BİZNES ARASINDA "KÖLGƏ" FİQUR... - Və ya güclü, amma "səssiz" OLİQARX

Bakı Mühəndislik Universiteti 86 minə avtomobil almaq istədi – “stop” qoyuldu

Bütün xəbərlər