Gündəm

Albaniya ilə Anlaşma Memorandumu imzalandı

Noyabrın 13-də Medianın İnkişafı Agentliyində Albaniya Respublikasının Media və İnformasiya Agentliyinin Baş direktoru Alteo Husi ilə görüş keçirilib, tərəflər arasında Anlaşma Memorandumu imzalanıb.

MEDİA-dan "MUMtv.az"a bildiriblər ki, görüşdə Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov media sahəsinə məsul qurumlar və media subyektləri arasında təcrübə mübadiləsinin aparılmasının və birgə layihələrin həyata keçirilməsinin, ümumilikdə uzunmüddətli qarşılıqlı səmərəli əməkdaşlığın qurulmasının önəmini diqqətə çatdırıb, dezinformasiyaya qarşı mübarizə və media savadlılığının artırılması istiqamətində səylərin gücləndirilməsinin vacibliyini vurğulayıb.

Albaniya Respublikasının Media və İnformasiya Agentliyinin Baş direktoru Alteo Husi görüşün təşkilinə görə təşəkkürünü bildirib, səmərəli və faydalı tərəfdaşlıq münasibətlərinin qurulmasının informasiya sahəsində mövcud çağırışlara uyğun birgə tədbirlərin görülməsinə və yeni media formatlarının tətbiqinə imkan yaradacağını vurğulayıb, bu sahədə effektiv təcrübələrin paylaşılmasının zəruriliyi məsələlərinə toxunub.

Daha sonra Azərbaycan Respublikasının Albaniya Respublikasında fövqəladə və səlahiyyətli səfiri Anar Hüseynovun iştirakı ilə Medianın İnkişafı Agentliyi və Albaniya Respublikasının Media və İnformasiya Agentliyi arasında media və kommunikasiya sahəsində ən yaxşı praktikaların bölüşülməsi, məlumat və təcrübə mübadiləsi, qarşılıqlı fayda və maraq kəsb edən təşəbbüs və layihələr üzrə tərəfdaşlığın genişləndirilməsi, müvafiq sahəyə məsul rəsmi şəxslərin və ekspertlərin qarşılıqlı səfərlərinin təşviqi kimi əməkdaşlıq formalarını nəzərdə tutan Anlaşma Memorandumu imzalanıb.

Son xəbərlər

Reabilitasiya mərkəzinin rəhbəri həbs edildi

Pullu yoldan istifadə qaydasını pozanlar məsuliyyət daşıyacaq

Silsilə qətllər törədən 23 yaşlı "Körpə" həbs edildi

Respublika Xəstəxanasından rüşvət görüntüləri – XƏSTƏLƏR VƏ XƏSTƏ YAXINLARI NECƏ “SOYULUR”... / VİDEO

Azərbaycan və İsrail kinematoqrafçılarının birgə işi Münhendə təqdim olundu

Narkotiklərə qarşı mübarizə üzrə Milli Strategiya Layihəsi hazırlanıb

Zaur Hüseynov yola salınır – Yerinə sürpriz namizəd var

Bakıda NATO-nun təlim kursu keçirildi

Tovuzun İcra başçısı Məmməd Məmmədov həm də belə qazanır

Bu müəllimlər attestasiyaya cəlb ediləcəklər

Ukraynada "prezident" yumurtaları satışa çıxarılıb

“Bakı Tikiş Evi” gömrük qaydalarını pozur

Gizlicə valyuta alveri edənlərlə bağlı qərar verildi

Kolorado ştatında soydaşlarımız yeni diaspor təşkilatı yaradıb

Zərifliyi və sərvəti təmsil edən ilan 2025-ci ildə nə demək istəyir?

Tünd şokolad diabet riskini əhəmiyyətli dərəcədə azaldır

Qayıdış hüququna həsr olunmuş konfransın yekun sənədi qəbul edildi

Ermənistanın gələcək baş naziri Paşinyanın xanımı olacaq?

İlham Əliyev finlandiyalı həmkarını təbrik etdi

Uğurlu insanların işdə müntəzəm istifadə etdiyi 3 güclü ifadə

İğdır-Naxçıvan qaz kəmərinin tikintisi tamamlandı

Alimlər yaş artdıqca xərçəng riskinin niyə azala biləcəyini izah etdi

Ət niyə bahalaşır? - VİDEO

"Ermənistan düşmənçilik səhifəsini bağlamağa hazırdır" - Mirzoyan

Qəhvə ürək sağlamlığına necə təsir edir?

VƏTƏNin oğlu - Onlar Allah dərgahında diridirlər

Aİ-dən Gürcüstanla vizasız rejimin dayandırılması tələb edildi

İmişli yollarının əvəzedilməz təmirçisi "Orion-E" şirkəti kimindir?

Suriya ordusu Həma şəhərindən geri çəkildi

Araşdırsınlar: 100 milyondan çox pulu O ÇIXARIB... - İLGİNC

"Qərbi Azərbaycana qayıdış strateji hədəflərdən biridir" - Millət vəkili

"Sumqayıt Nəqliyyat"a yeni direktor təyin edildi

Bütün xəbərlər