Gündəm

Fevralın 9-da Azərbaycanda növbədənkənar parlament seçkiləri keçiriləcək. Maraqlıdır görəsən incəsənət adamları parlament seçkilərində iştirak edəcəklərmi? Onlar öz namizədlərini müəyyən ediblərmi? Mumtv Modern.az-a istinadən məşhurlarla olan sorğunu təqdim edir:

Azərbaycan Yazıçılar Birliyinin üzvü, tanınmış bəstəkar Baba Vəziroğlu seçki hüququndan istifadə edəcəyini bildirib:

"Əgər mənim seçmək hüququm varsa, o hüquqdan istifadə edərək seçkilərdə iştirak edəcəm. Səbail rayonundan Ziyad Səmədzadəyə səs verəcəm. Düşünürəm ki, Ziyad müəllim deputat olmağa real namizədlərdən biridir. Mən neynirəm özüm də daxil olmaqla şairi, filoloqu, müğənnini ki, deputat olsun?! Düşünürəm ki, parlament onlardan daha çox iqtisadçıların yeridir. Millətin rifahını yüksəltmək üçün iqtisadi qanunlar hazırlamalıdırlar. Yoxsa populist çıxışlar edirlər ki, bizim millətdən yoxdur, biz hamıdan üstünük, musiqini biz yaratmışıq… Bütün bunların hamısı boğazdan yuxarı pafoslu çıxışlardır. Artıq bunlar keçmir e, dünya iqtisadi təməl üzərində qurulur”.

Müğənni Tacir Şahmalıoğlu da səsvermədə iştirak edəcəyini deyib:

"Əlbəttə ki, iştirak edəcəm. Lakin hələ kimə səs verəcəyimi dəqiqləşdirməmişəm. Düşünürəm ki, layiqli olana səs vermək lazımdır. Düzünü desəm deputalardan Fazil Mustafanı daha yaxşı tanıyıram. O birilərini o qədər də tanımıram, hətta yenilərini demək olar ki, heç tanımıram”.

Xalq artisti, muğam ifaçısı Könül Xasıyeva isə seçkidə iştirak edəcəyini bildirsə də, kimə səs verəcəyini açıqlamayıb:

"Onu deməzlər axı? Səsvermə gizli aparılır və mən də səs verəcəyim namizədin adını gizli saxlamaq istəyirəm”.

Müğənni Şəbnəm Tapdıqın reaksiyasından isə belə anlaşıldı ki, seçkilər onu maraqlandırmır.

"Mən şou-biznes adamıyam və müğənniliklə məşğulam. Çox xahiş edirəm mənə bu kimi sullar verməyin. İştirak edəcəm, yaxud etməyəcəm bu, mənə aid olan bir şeydir. Sağ olun”, – deyə dəstəyi asıb.

Müğənni Nadir Qafarzadənin prodüseri Ərtoğrul bildirib ki, onlar da səsvermədə iştirak edəcəklər:

"Nadir bəy və onun komandası dövlətin təsdiqlədiyi namizədlərin hamısını dəstəkləyir. Nadir Qafarzadə də hər kəs kimi parlament seçkilərində iştirak edəcək. Nadir bəy kimə səs verəcəyini heçkimə açıqlamır. Bu Nadir Qafarzadədir, ola bilər ki, digər müğənnilər ad açıqlasın. Ancaq Nadir bəy gizli saxlamağı daha çox sevir”.

Müğənni Damla da səsvermə günü seçki məntəqəsinə gedəcək. Damlanın prodüseri Şamil İbrahimovun sözlərinə görə, müğəninin hətta kimə səs verəcəyi də bəllidir:

"Özü Sumqayıtda yaşadığına görə, düşünür ki, 41 saylı Sumqayıt birinci seçki dairəsindən Hicran Hüseynovaya səs versin”.

Müğənni Zamiq Hüseynov da özünün səsvermə hüququndan istifadə edəcək tanınmışlar sırasındadır. Bunu onun meneceri Fuad bildirib:

"Zamiq bəy seçkilərdə iştirak edəcək, ancaq kimə səs verəcəyini deyə bilmərəm. Çünki, gizli saxlayır”.

Müğənni Xumar Qədimovanın prodüseri Tahirə Məmmədqızı isə deyib ki, Xumar xanım dövlətin hər bir qayda-qanununa əməl edən insandır:

"Parlament seçkilərində də iştirak edəcək, ancaq namizədinin adını açıqlamaq istəmir. Qoy sirr qalsın”.

Son xəbərlər

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Prezident avtomobil yolları ilə bağlı fərmanda dəyişiklik etdi

Gəncə İcra Başçısı haqda maraqlı iddia və maşın kolleksiyası - Dövlət büdcəsini evinə daşıyıb ki...

Bakıda bu səbəbdən torpaq kəskin ucuzlaşdı

Arıqlama dərmanı qadınlarda kütləvi hamiləliyə səbəb olub

Yaşayış binalarında da parklanma yerləri bahalaşdı

İki rəis işdən çıxarıldı, direktora şiddətli töhmət verildi

“Paşinyan qaçacaq, ətrafı isə...” – İrəvanda hakim partiya üzvləri qorxudulur

Təxribata meyilli qruplar adətən sosial şəbəkə üzərindən ilk addımı atırlar

"Bu tələblər yerinə yetirilməyənə qədər əsirlər azad edilməyəcək" - HƏMAS sözçüsü

“Azneft” İstehsalat Birliyinə yeni baş direktor təyin edilib

Nikol Paşinyan: Ermənistan mühacirətdə olan “Dağlıq Qarabağ hökuməti"ni tanımır

Dollara tələbin artmasının səbəbləri açıqladı

Azərbaycanda işığın qiyməti ucuzlaşa bilər (VİDEO)

Azərbaycanda işığın qiyməti ucuzlaşa bilər (VİDEO)

Vüqar Qurbanovdan yeni baş həkim TƏYİNATI

Daşaltıda itkin düşmüş daha 73 nəfərin adı açıqlanacaq - Əli Nağıyev

Boşanma zamanı əmlakın bölünməsi ilə bağlı daha bir yenilik - VİDEO

Bu gün milli təhlükəsizlik orqanlarının əməkdaşlarının peşə bayramıdır

Bu gün ilk Qədr gecəsidir

Vətəndaşların nəzərinə: Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Bakıda Rusiya Kino Günləri keçiriləcək

Ermənistan bu kəndi Gürcüstana qaytarmağa hazırlaşır

Sabunçunun problemlərinə qurumlar ADİL yanaşmır - Altından sərvətlər çıxan bu ərazilərin üstü kimlərin marağına xidmət edir? // VİDEO

Sabunçunun problemlərinə qurumlar ADİL yanaşmır - Altından sərvətlər çıxan bu ərazilərin üstü kimlərin marağına xidmət edir? // VİDEO

Fransa səfiri Kəlbəcərlə sərhəddə

Vüqar Kərimovla iş adamı Tehran Lətifovun işbirliyi Şəkidə nə qədər ağacın kəsilməsinə səbəb olub

Etirazçılar Pentaqon rəhbərinin evinin qarşısına peyin səpiblər

Orduda müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin NƏZƏRİNƏ

Paşinyan üçtərəfli görüş üçün Brüsselə gedəcək

Havadan atılan yardımlar faciəyə səbəb oldu - VİDEO

"Azərbaycan bu yoldan Naxçıvana birləşmək üçün istifadə edə bilər" - Paşinyan

Bütün xəbərlər