Gündəm

Abşeron 2 Fevral Gənclər Günü qeyd edildi


" DogruXəbər.az" xəbər verir ki ,Bu gün Xırdalan şəhərindəki Heydər Əliyev Mərkəzində 2 Fevral Gənclər Günü qeyd edilib. Tədbirdə Abşeron Rayon İcra Hakimiyyəti başçısı İradə Gülməmmədova və rayon gəncləri iştirak edib. İştirakçılar əvvəlcə ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla anıblar.


Sonra tədbirdə Abşeron gənclərinin qazandıqları uğurlardan, rayonda idman sahəsinin inkişafına yönələn tədbirlərdən bəhs edən film nümayiş etdirilib.

Tədbirdə Abşeron RİH-nin başçısı İradə Gülməmmədova çıxış edərək 2 fevral Gənclər Günü münasibətilə gəncləri təbrik edib. Ölkədə gənclərlə bağlı dövlət tərəfindən uğurlu siyasətin həyata keçirildiyini vurğulayan başçının sözlərinə görə, bu gün respublikanın idarəçiliyinin bütün sahələrində gənclərin rolu artmaqdadır: «Dövlət başçısı qeyd edib ki, bizim əsas vəzifəmiz ərazi bütövlüyümüzün bərpasıdır, tarixi torpaqlarımıza qayıtmaqdır. Cənab Prezident həmçinin, bildirib ki, indi əsas məqsəd ölkəmizdəki inkişafın dayanıqlı olmasını təmin etməkdir və bu məsələdə gənclərin fəaliyyəti onların baxışları həlledici rol oynamalıdır. Dövlət başçısı gənclərə milli dəyərlərimizi hər şeydən üstün tutmağı, vətənpərvərlik və mənəvi məsələlərdə hər zaman prinsipial olmağı, gənclərin bundan sonra da ölkəmizin inkişafına xidmət edəcəklərinə əminliyini bildirib”.

İ.Gülməmmədova qeyd edib ki, Abşeron rayon gəncləri də dövlət başçısının tövsiyələrinə əməl edərək rayonun sosial-iqtisadi, ictimai-siyasi, mədəni və idman həyatında daha da fəal iştirak edirlər və bundan sonra da edəcəklər. Bunun üçün rayonda hər cür şərait yaradıldığını deyən başçı bildirib ki, gənclər rayon iqtisadiyyatının bütün sahələrində o cümlədən sənaye, tikinti, nəqliyyat və xidmət sahələrində, sosial sahələrdə o cümlədən təhsil, səhiyyə, mədəniyyət və idman sahələrində geniş təmsil olunurlar.

Sonra Abşeron Rayon Gənclər və İdman İdarəsinin rəisi Əsgər Əmirəliyev, Azərbaycan Respublikasının Prezidenti Yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnsan resursları və təlim şöbəsinin müdir müavini Cahangir Hacıyev və digərləri çıxış edərək gənclərini bu bayram münasibətilə təbrik edib, onlara xoşbəxt gənclik, sağlamlıq və uğurlu gələcək arzulayıblar.

Daha sonra Rayon İcra Hakimiyyəti tərəfindən "2 fevral – Azərbaycan Gəncləri günü” münasibəti ilə rayonun ictimai-siyasi həyatında fəal iştirakına görə bir sıra gənc və idmançılara fəxri fərmanlar təqdim olunub.

Tədbir gənc incəsənət ustalarının ifasında maraqlı konsert proqramı ilə davam etdirildi.
Abşeron 2 Fevral Gənclər Günü qeyd edildi
Abşeron 2 Fevral Gənclər Günü qeyd edildi


Son xəbərlər

“Yaponski” səfirin BDU-da dekan müavini olan bacısının “kitayski” əməlləri – Bir İsmayılzadə DOSYESİ

"İşi ürək ağrısı ilə oxumuşuq, hamımız sarsılmışıq" - Hakim

İran İsrailə hücumda köhnəlmiş raketlərdən istifadə edib

Kəmaləddin Heydərovun şirkəti ölkədən valyuta çıxarmaqda ittiham olunur

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Qubad İbadoğluya yekun ittiham elan edildi

Prezident yeni nazir müavini təyin etdi - FOTO

Ermənistanın baş naziri: Kəndlərimizin Azərbaycan ərazisinə yaxınlığı təşviş yaratmamalı, sakinlərimizi sevindirməlidir

Yenidən qurulan Qarabağdan son görüntülər - VİDEO

ABŞ-dən sülhməramlıların Qarabağdan çıxarılması ilə bağlı AÇIQLAMA

"30 ildir regionda “bespredel” şəraitində yaşayırıq" - Paşinyan

Rusiya sülhməramlıların Qarabağdan çıxarılmasında Paşinyanı günahlandırdı

Qapıçılara görə futbol qaydaları dəyişə bilər

"Azərbaycanla sərhədlərin delimitasiyasına qədər seçki olmayacaq" - Paşinyan

Başlıbel faciəsindən 31 il ötür

110 min pul BELƏ YEYİLİB... - FOTOFAKT

Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirildi

Gürcüstan Prezidenti bu qanuna veto qoyacağını AÇIQLADI

Prezidentdən Şuşa ilə bağlı SƏRƏNCAM

Şahmar Mövsümov yeni sədri kollektivə təqdim etdi

Daha bir sabiq deputat vəfat etdi (FOTO)

Şimal Tacı bürcündə yeni ulduz alışması gözlənilir

Çovdarovun 30 milyonluq əmlakı əlindən çıxdı - Son qərar

Hikmət Hacıyev sülhməramlıların Qarabağdan çıxarılmasını belə ŞƏRH ETDİ

İş adamı Manaf Ağayevə ev bağışlayıb?

Jurnalist Cəmil Məmmədliyə hökm oxundu

Sülhməramlılar Qarabağdan çıxarılır - VİDEO

Prezident Kayrat Sarıbayı qəbul etdi

Paşinyan yenidən Qazaxla sərhədə getdi

Alimlər Yerin yaxınlığında nəhəng qara dəlik kəşf etdi

Əfv sərəncamı kimlərə şamil olunacaq? - VİDEO

Dövlət Ehtiyatları Agentliyi sığortaçı seçir

Bütün xəbərlər