Gündəm
Gündəm / Cəmiyyət
İctimai nəqliyyatda gedişhaqqı məsafəyə görə tənzimlənə bilərmi? - AÇIQLAMA
Cəmi 1 dayanacaq gedən də 70 qəpik ödəyir, həmçinin son dayanacağa.. Məsafədən asılı olmayaraq eyni ödənişi ödəyirlər...
Söhbət paytaxt ərazisində, həmçinin qəsəbələrarası fəaliyyət göstərən avtobuslardan gedir.
Avtobus sürücüləri isə deyirlər ki, tənzimlənən qiyməti dəyişmək mümkün deyil.
Məsələ ilə bağlı Yerüstü Nəqliyyat Agentliyindən isə "Xəzər Xəbər"ə bildirilib ki, məsafəyə görə ödənişlərin tətbiq edilməsi üçün xüsusi infrastruktur qurulmalıdır.
Qurumdan o da bildirilib ki, hazırda gedişhaqqının nağdsız ödənilməsini təmin edən ödəniş sisteminə keçidin sürətləndirilməsi ilə bağlı işlər görülməkdədir.