Gündəm

XİN-dən Niderlanda ETİRAZ

Niderland Krallığının Parlamentinin Nümayəndələr Palatasının 10 oktyabr tarixində Azərbaycan əleyhinə qəbul etdiyi növbəti iki qətnaməni qətiyyətlə rədd edirik. Bununla yanaşı, Niderlandın xarici işlər naziri Kaspar Veldkampın çıxışı zamanı bu qərəzli qətnamələrə dəstək ifadə etməsi, Azərbaycan tərəfindən həbs edilmiş keçmiş separatçı rejimin nümayəndələrinin və terrorçuların “hərbi əsir” kimi qələmə verilərək azad edilməsinə dair çağırışları qəbuledilməzdir.

"MUMtv.az" xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin Niderland Krallığının Parlamentinin əsassız qətnamələrinə və xarici işlər naziri Kaspar Veldkampın qərəzli fikirlərinə dair şərhində deyilir.

Sözügedən sənədlərdə və səslənən fikirlərdə ölkəmizə münasibətdə törədilmiş hərbi işğalın və Azərbaycan əhalisinin etnik təmizləməyə məruz qoyulmasının, Ermənistanın Azərbaycana qarşı hələ də davam edən ərazi iddialarının tamamilə gözardı edilməsi təəssüf doğurur.

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və torpaqlarımızın işğalı zamanı 1954-cü il Haaqa konvensiyasına zidd olaraq mədəni və dini irsimizin dağıdılmasına, təhqir edilməsinə, mənimsənilməsinə, mədəni sərvətlərin ölkəmizdən qeyri-qanuni çıxarılması kimi hərbi cinayətlərə etinasız yanaşan Niderland tərəfinin indi ermənilərin saxta təbliğatına istinadən ölkəmizin guya erməni abidələrini hədəf aldığını bildirməyə heç bir mənəvi haqqı yoxdur.

Eyni zamanda, qətnamələrdə yer alan və xarici işlər nazirinin səsləndirdiyi fikirlərdə Azərbaycanın ötən ilin sentyabr ayında həyata keçirdiyi lokal xarakterli antiterror tədbirlərinin məram və məqsədlərinin təhrif olunması ölkəmizə qarşı ikili standartların bariz nümunəsidir. Həmin tədbirlərin Azərbaycana qarşı davam edən hərbi təhdidlərin aradan qaldırılması və qanunsuz hərbi birləşmələrin mövcudluğuna son qoyulmasına yönəldiyini bir daha xatırlatmaq istərdik.

Niderland tərəfinin iddialarında “hərbi əsirlər” kimi istinad edilən şəxslər Azərbaycan ərazisində separatçılıq, qəsdən öldürmə, işgəncə, terrorçuluq və digər insanlıq əleyhinə cinayətlərin törədilməsində təqsirləndirilən şəxslərdir. Azərbaycanın həm beynəlxalq hüquq, o cümlədən 1949-cu il Cenevrə Konvensiyaları, Muzdluların cəlb edilməsi, istifadəsi, maliyyələşdirilməsi və təliminə qarşı beynəlxalq Konvensiya, həm də yerli qanunvericiliyə əsasən bu şəxsləri məsuliyyətə cəlb etməyə həm hüququ, həm də beynəlxalq öhdəliyi var. Buna görə də, qeyd edilən məsələdə Azərbaycana qarşı səslənən bütün fikirlərin heç bir əhəmiyyəti yoxdur.


Niderland tərəfini bölgədə sülhə qarşı olan və Azərbaycan-Niderland münasibətlərində gərginlik yaradan birtərəfli mövqedən əl çəkməyə çağırırıq.

Son xəbərlər

Nizami Təhməzov XALİDƏ HİCRAN (roman) - Doqquzuncu hissə

İran "Nüvə Müqaviləsi"ndən çıxdı

Cüdoçumuz dünya çempionatının yarımfinalında

İsrail Tehranın hava məkanına nəzarəti ələ keçirdi

İsrail 150 min vətəndaşını geri qaytarır – Əməliyyat

Vüqar Sərdarov YÜKSƏK VƏZİFƏYƏ təyin olundu

Yüzlərlə iranlı bu ölkənin sərhədinə sığındı – VİDEO

Prezident Fələstinin yeni səfiri və ailəsi ilə görüşdü

Nəsimi rayonunda növbəti qanunsuz tikinti- Hansı məmurun icazəsi ilə bu işlər görülür? -Video

Gədəbəydə məmurlar QOÇULUQ EDİR - NARAZILIQ VAR...

Klinik Psixoloq Zeynəb Rzayeva: "Qadın öz enerjisini kəşf edəndə, bütün nəsillər dəyişməyə başlayır"

Şəki Dövlət Regional Kollecinin direktoru Sərdar Şərifovun əməllərindən -TƏFƏRRÜAT

Azərbaycandan göndərilmiş 20 tondan çox kartof Rusiyaya buraxılmayıb

Ərdoğanla Putin İsrail-İran qarşıdurmasını müzakirə ediblər

Qızıl Gül – Təkcə Gül Deyil, Bir Tarix, Bir Simvol!

Yaxın Şərqdə baş verən hadisələrlə bağlı AZAL-ın bir sıra reysi ləğv olunub

"Mərcan" klinikasından şikayət: Pasient Nigar Məmmədovanın səhvindən ölüb?

Rüşvət sisteminin himayədarları: Emin Əmrullayev və Eşqi Bağırov niyə susur?

İsrail Məşhəd və Kermanşaha hava zərbəsi endirdi

Avtomobili idarə etmədiyi halda vətəndaşa cərimə gəldi - İDDİA

Klinik Psixoloq Zeynəb Rzayeva: “Danışmayan uşaq təkcə susmur, kömək çağırışı edir"

Uğurlu insanlar nəyə görə düyməli telefonlardan istifadə edir - Bilmədiyimizi bilirlər?

Pezeşkian: İran nüvə silahının hazırlanmasına qarşıdır

Ağıllı təkərlər yol vəziyyəti barədə məlumat verəcək

İrandan 41 Azərbaycan vətəndaşı təxliyə olundu - Rəsmi

Ermənilərin yeni qorxusu: “Güneydəki azərbaycanlılar Zəngəzura axışacaq”

Safrastyan: “Azərbaycan birləşsə, Ermənistan ayaq altında qalacaq”

Xərçəngin çarəsini tapdığını deyən həkimin evindən meyiti aşkarlandı – FOTO

Geqamyan: “Zəngəzur əsasdır”

MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları

Sabahdan 5 saat 36 dəqiqəyə Qazaxda olacaqsınız

İsrailin İrana zərbələri nəticəsində 224 nəfər ölüb

Bütün xəbərlər