Gündəm

İmişli İcra Hakimiyyəti yolu fantastik qiymətə çəkmək istədi – Şişirdilmiş rəqəmlər

İmişli rayon icra hakimiyyətinin tenderlə bağlı problemləri bitmir. Artıq son bir ayda rayonun keçirmək istədiyi bir neçə tender uyğunsuzluqlara görə ləğv edilib. Rayon icra hakimiyyətinin büdcədənkənar (xüsusi) vəsait hesabına şəhid ailələrinin yaşadığı və şəhid adı verilmiş küçələrdə yolların əsaslı təmiri adı altında şişirtmə rəqəmlərlə elan etdiyi tender də eyni aqibəti yaşayıb.

"MUMtv.az" Teleqraf.com-a istinadla xəbər verir ki, İmişli rayon icra hakimiyyəti bu məqsədlə, yəni şəhid ailələrinin yaşadığı və şəhid adı verilmiş küçələrdə yolların əsaslı təmiri üçün 500.665,74 manat pul ayırmağı nəzərdə tuturmuş.

Lakin ölkə başçısının Sərəncamı ilə yeni yaradılan Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi məsələyə müdaxilə edərək rayon icra hakimiyyətinin növbəti qanunsuz əməlinə mane olub.

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən İmişli rayon icra hakimiyyəti ilə bağlı 03 oktyabr 2024-cü il tarixində AİBNDX/SQ-9917/2024 nömrəli qərar qəbul edilib. Məhz həmin qərarda İmişli İH-nin qiymətləri bilərkdən məqsədli şəkildə şişirtdiyi, xərcləri həddən artıq böyütdüyü qeyd olunub.

İmişli İH-nin bundan öncə elan etdiyi tender də məhz eyni uyğunsuzluqlara görə ləğv edilmişdi. Həmin tenderdə İmişli şəhərinin küçələrinin abadlaşdırılmasını nəzərdə tutan xərclər həddindən artıq şişirdilmiş formada göstərilmişdi.

Hüquqşünas Əkrəm Həsənov hesab edir ki, Dövlət Satınalmalarının böyük hissəsində korrupsiyaya rast gəlinməsi hər kəsə məlumdur:

“Burada qiymətləri şişirdib işləri daha çox özlərinə yaxın şirkətlərə həvalə edirlər. Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi effektiv fəaliyyət ortaya qoymalıdır. Çünki bu məsələyə sistemli yanaşmaq lazımdır. “Dövlət Satınalmaları Haqqında” Qanuna görə, illik satınalma planları, proqnozları Dövlət Satınalmaları portalında yerləşdirilməlidir. Sözsüz ki, belə olmur.

İl ərzində hansı dövlət qurumu nə alacaqsa, həmin portalda qeyd olunmalıdır. Bununla bağlı orqanın özü tərəfindən də heç bir tədbir görülmür. Ona görə də, prosesə məhz buradan başlamaq lazımdır. Satınalma elan edildikdən, tender keçirilib nəticəsi açıqlandıqdan sonra addım atmaqla effektivliyə nail olmaq çətindir. Şəffaflığa elə buradan başlamaq lazımdır”.

Əkrəm Həsənova görə, icra hakimiyyəti tenderi keçirəcəyi ilə əlaqədar ilin əvvəlində Dövlət Satınalmaları ilə bağlı mövcud portalda həmin məlumatları yerləşdirməli idi:

“Beləliklə, İmişli İcra Hakimiyyətinin görəcəyi işlə bağlı konkret informasiya əldə etmək olardı. Amma icra hakimiyyəti bunu etməyib. Eyni zamanda keçirilən tender şəffaf olmalı, maraqlı şirkətlərin iştirakı təmin olunmalıdır. Daha sonra tenderin nəticəsi elan edilməlidir. Hesab edirəm ki, hər bir dövlət qurumunun büdcəsinin şəffaf olması vacib məsələdir”.

Son xəbərlər

Bu tibb işçilərinin maaşlarına əlavənin verilmə müddəti uzadıldı

Kreditin verilməsində yenilik

Milli Məclis “Gündəlik” adlı mobil tətbiq istifadəyə verib

Azərbaycanla Rusiya arasında bu saziş təsdiqləndi - Prezidentdən fərman

“AzerGold” QSC-nin hasilat və satış həcmləri artıb

“Socar” -da növbəti yanğın!

Bu şəxslərə birdəfəlik müavinət veriləcək

Prokurorluğa işə qəbulla bağlı yeni qayda müəyyənləşir

Bu şəxslərə 6 min manat müavinət veriləcək

Gömrük orqanlarında xidmətə qəbulla bağlı yeni qayda

Yağış suları necə istifadə olunacaq?

Azərbaycanda yeni rüsumlar müəyyən edilir

Su basan tuneldən cəsəd çıxarıldı - VİDEO

Bakının bu prospekt və küçələrində binaların söküntüsü başlayır

Deyəsən ARXKOM bizi hələ çox utandıracaq - Məhəmməd Məmmədov yazır...

Bəzi avtobusların hərəkət istiqaməti dəyişdirildi

“WhatsApp” və digər mesajlaşma tətbiqlərinə kiberhücumlar olunur

“20 min dollarımızı “yedilər”, nəticəsi isə sıfırdır” - Azərbaycan vətəndaşı Türkiyənin “A life Park” hospitalından şikayətçidir

RAMİZ MEHDİYEV VƏ ELTON MƏMMƏDOV İSTİNTAQA CƏLB OLUNUR? - Prokurorluq AMEA ilə bağlı cinayət işi açdı

Sabah hava necə olacaq?

BMT-nin baş katibi Ukraynanın dəvətini rədd edərək Rusiyaya gedir

Blinken yenə İsrailə getdi

Onlara güzəştli şərtlərlə ipoteka verilməsi təklif olunur

Hesablama Palatası siyasi partiyaları yoxlayacaq

"Biz müqaviləni Paşinyanla yox, Ermənistan dövləti ilə bağlayırıq" - Vitse-spiker

"Hizbullah" İsrailin hərbi bazalarına zərbələr endirib

Prezident Aleksandr Vlaskampı qəbul etdi

Musa Qasımlı bu vəzifəsindən azad edildi

Pişiklər sözləri əşyalarla əlaqələndirə bilirlər?

Hərbçimiz silahdan açılan atəş nəticəsində öldü

Bakı-İrəvan münasibətləri Avropa Parlamentində müzakirəyə çıxarılır

Qızıl və gümüş bahalaşdı

Bütün xəbərlər