Gündəm

NAXÇIVANDA İQTİSADİYYATI TARİXÇİYƏ TAPŞIRDILAR – Sədr seçə bilməyən Naxçıvan Ali Məclisində daha bir absurd qərar qəbul olundu

Xəbər verdiyimiz kimi, sentyabrın 30-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin payız sessiyasının ilk iclası keçirilib.

İclasda Ali Məclisin komitələri sədrləri, sədr müavinləri və komitə üzvləri seçilib.

Deputalardan Əjdər Əliyev Hüquq siyasəti komitəsinin, Emin Şıxəliyev İqtisadi siyasət komitəsinin, Nuray Əliyeva Sosial siyasət komitəsinin, Ülkər Bayramova isə Humanitar siyasət komitəsinin sədrləri seçiliblər.

Kamil Şükürov Hüquq siyasəti komitəsinin, Mübariz Bayramov İqtisadi siyasət komitəsinin, Azad Novruzov Sosial siyasət komitəsinin, Əziz Qasımov Humanitar siyasət komitəsinin sədr müavinləri təsdiqləniblər.

Sədr seçə bilməyən yeddinci çağırış Ali Məclisin deputatları komitə sədrləri və müavinlərinin seçkisini də yarıtmayıblar.

"MUMtv.az" “TNS.az-a istinadən ” xəbər verir ki, Ali Məclisin İqtisadi siyasət komitəsinin sədri seçilən Emin Şıxəliyev tarixçidir. O, Ankara Universitetinin Dil və tarix-coğrafiya fakültəsini bitirib. Tarix elmləri doktoru Emin Şıxəliyev 2005-2023-cü illərdə Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun “Qafqaz tarixi” şöbəsinin müdiri vəzifəsində çalışıb. 2023-cü ildən Naxçıvan Dövlət Universitetinin “Beynəlxalq münasibətlər” kafedrasında tam ştat müəllim olaraq fəaliyyətini davam etdirir.

Emin Şıxəliyev yaxşı alim, dəyərli ziyalıdır. Ancaq onun Ali Məclisin İqtisadi siyasət komitəsinin sədri seçilməsi absurddur. Emin Şıxəliyev bir gün də olsun iqtisadi sahədə çalışmayıb. Ali Məclisin İqtisadi siyasət komitəsi muxtar respublika büdcəsinin müzakirə olunduğu, büdcəyə rəy verildiyi komitədir. Bu komitəyə bir iqtisadçı rəhbərlik etməlidir. Deputatların sırasında vaxtilə Ali Məclis Aparatının İqtisadiyyat şöbəsinin müdiri vəzifəsində çalışmış Rafiq Novruzov kimi iqtisadçılar var. İqtisadi siyasət komitəsinin sədr müavini Mübariz Bayramov uzun illər Nazirlər Kabineti Aparatının İqtisadiyyat, Aqrar məsələlər və ekologiya şöbələrinə rəhbərlik edib. Onların deyil, tarixçi Emin Şıxəliyevin İqtisadi siyasət komitəsinin sədri seçilməsi Ali Məclis rəhbərliyinin səriştəsizliyinin nəticəsidir.

Ali Məclisin Humanitar siyasət komitəsinin sədri hüquq təhsilli, Naxçıvanın sabiq ombudsmanı Ülkər Bayramova yox, Emin Şıxəliyev olmalı idi. Çünki deputat Şıxəliyev elm, təhsil adamıdır, o, bu komitəyə daha uğurla rəhbərlik edə bilərdi.

Ali Məclisin deputatı seçilmiş Naxçıvan Müəllimlər İnstitutunun rektoru Azad Novruzov kimi təcrübəli kadrın Sosial siyasət komitəsinin sədr müavini, AMEA Naxçıvan Bölməsinin şöbə müdiri vəzifəsində çalışmış, filologiya üzrə fəlsəfə doktoru Nuray Əliyevanın isə həmin komitənin sədri seçilməsi də məntiqli deyil.

Göründüyü kimi, bu deputatların Naxçıvan Ali Məclisinin komitə sədrləri və müavinləri seçilməsi ali qanunverici orqanın səmərəli fəaliyyət göstərməsinə hesablanmayıb. Bu qərar kimlərinsə marağının təmin olunmasına hesablanıb.

Başqa nə gözlənilirdi ki...

Konstitusiyanı kobud şəkildə pozub sədr seçməyən, Naxçıvanda 5 il daimi yaşamayan, Ali Məclisin sədri seçilməsini konstitusiya qadağan edən deputatın ali vəzifəli şəxsin səlahiyyətlərini icra etməsinə imkan verən deputatlar elə belə də komitə sədrləri seçməli idi.


Son xəbərlər

Azəriqaz Tarif Şurasını saymır!

732 minə quyu qazıb tullantıları basdıracaq...

Rafael Mehrəliyevin tenderi ləğv olundu – 200 minlik

Bu icra başçıları çətin durumda-Qanunsuz sənədlər aşkarlandı

Mingəçevirdə oğul atasını döyərək öldürdü

Şamaxı Həkim Məsləhət Komissiyası, yoxsa rüşvət-korrupsiya “qəssabxanası”? İDDİA

Təmir olunacaq məktəblər niyə gizlədilir? - 42 milyon manat....

"Azərbaycanın separatçıları azad etmək öhdəliyi yoxdur" - Rəsmi Bakı

Prezidentin nəvələri Məsut Özillə görüşdü

Qohum nikahları ilə bağlı qaydaya dəyişiklik edilib

İcra başçısının sabiq müavininə cinayət işi açılıb

"Paşinyan Zəngəzur dəhlizi məsələsində geri addım atdı" - Politoloq

Aeroport yolunda sürət həddi endirildi

Bu məhsullar bahalaşıb

Parklanma yerindəki vəziyyət xaosa səbəb oldu: Qurum məsələ barədə nə dedi?

Dövlətə borc yükləmək: "Azəristiliktəchizat", "Su Ehtiyatları Agentliyi", "ADY"... - ARAŞDIRMA

"Revanşist qüvvələrin təxribatlarına qarşı hazır olun" - Müdafiə naziri

Zakir Həsənov generalları topladı - Tapşırıqlar verdi

"28 May"ın qarşısındakı işlər nə vaxt tamamlanacaq?

Azərbaycanda hərbi komissar saxlanıldı - RƏSMİ

İlham Əliyev İspaniya Kralını təbrik etdi

Azərbaycanlı jurnalist ABŞ vətəndaşlığı aldı

Pul köçürmələrinə nəzarət gücləndirildi

İctimai nəqliyyatda gedişhaqqı məsafəyə görə tənzimlənə bilərmi? - AÇIQLAMA

Alimlərdən ilginc kəşf: Qara dəlik bir ulduzu parçalayır ki...

Kirayə mənzil verənlərin diqqətinə: Hər iki tərəf cərimələnə bilər?

Xəzər dənizində zəlzələ oldu

Fransa İsrailə nota verdi

XİN-dən Niderlanda ETİRAZ

Dini Komitəyə yeni səlahiyyət verildi

Yevlax Su Meliorasiya Sistemlərinin İstismarı idarəsində nə baş verir? - Aran qəsəbəsi ərazisində suvarma sistemlərinə aid olan boruları aparan yük maşını tutulub. İDDİA VİDEO/FOTO

İntiqam Məmmədov sahibkarlardan nəyin İNTİQAMINI ALIR? - QALMAQAL

Bütün xəbərlər