Gündəm

Hərbi komissarlıqlarda təmizləmələr: kimləri həbs və vəzifə itkisi gözləyir?

MUMtv.az: - Sentyabr ayı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbələrinin rəhbərləri üçün də gərgin keçdi. Belə ki, bır müddər əvvəl Xidmətin rəhbərliyi dəyişdirildikdən sonra bu strukturda kadr dəyişiklikləri və təmizləmələr davam etdirilir. Bu səbədən bir çox rayon şöbələrinin rəhbərləri hələ də vəzifələrini itirəcəkləri qorxusu ilə yaşayırlar. Amma bəzi komissarlar üçün məsələ heç də yalnız vəzifə itkisi ilə yekunlaşmır. Çünki təkcə elə bu ay hərbi komissarlardan birinə hökm oxunub, ikisi barədə isə cinayət işi açılıb.

İndisə detallar barədə. Sentyabrın 10-da rüşvətə görə həbs edilən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xaçmaz rayon şöbəsinin sabiq rəisi Rahim Ağayev dəmir barmaqlıqlar arxasına göndərilib.

Belə ki, Bakı Hərbi Məhkəməsində hakim Rafiq Abbasovun sədrliyi ilə keçirilən məhkəmə iclasında o, 8 il 6 ay müddətə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, R.Ağayev Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həbs edilmişdi. Ona qarşı Cinayət Məcəlləsinin 311.3.3-cü (təkrar külli miqdarda rüşvət alma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddəsi ilə ittiham irəli sürülmüşdü.

Sentyabrın 27-də isə Hərbi Prokurorluğun İstintaq İdarəsində istintaq olunan cinayət işi üzrə muvafiq əməlləri törətməsinə əsaslı şübhələr olan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şuşa şəhər şöbəsinin sabiq rəisi, polkovnik Qurbanov Seymur Pənah oğlu həbs edilib. Onun da ittiham olunduğu maddələrdən biri rüşvətlə bağlıdır. Belə ki, S.Qurbanova Cinayət Məcəlləsinin 311.3.2-ci (təkrar rüşvət alma) maddəsi ilə ittiham elan edilib. O, həmçinin qabaqcadan bir qrup şəxslə əlbir olaraq dələduzluq (CM-ın 178.2.2-ci maddəsi) törətməkdə də ittiham olunur.
Qeyd edək ki, Hərbi Prokurorluğunun təqdimatına əsasən, Seymur Qurbanov Bakı Hərbi Məhkəməsinin qərarı ilə 4 ay müddətinə həbs olunub.

Onunla eyni gündə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Daşkəsən rayon bölməsinin rəisi vəzifəsini icra edən, mayor Anar Şakir oğlu Əsgərov da saxlanılıb. Hərbi Prokurorluğun İstintaq İdarəsində istintaq olunan cinayət işi üzrə müvafiq əməlləri törətməsinə əsaslı şübhələr olduğu üçün onun da barəsində dörd ay müddətinə həbs qətimkan tədbiri seçilib. Mayır Əsgərov da təkrar rüşvət almaqda ( CM-in 311.3.2-ci maddəsi) günahlandırılır.

Hazırda hər iki səfərbərlik məmurunun işi ilə bağlı istintaq davam etdirilir.

Göründüyü kimi, hər üç fakt hələ də səfərbərlik orqanlarında vəzifə səlahiyyətlərindən sui-istifadə, rüşvət və hətta dələduzluq hallarının olduğuna dəlalət edir. Hərbi Komissarlar təhsil, xəstəlik və s. bəhanələrlə gənclərin hərbi xidmətdən yayınmasına şərait yaradır və bunun qarşılığında külli miqdarda rüşvət alırlar. Ancaq başladılan islahatlar, eləcə də rüşvətdə adı hallanan komissarların sərt cəzalandırılması uzun illər bu orqanlarda kök salan rüşvət və korrupsiya hallarının aradan qalxacağına müəyyən ümidlər yaradır. Həm də o səbəbdən ki, qarşıdakı aylarda da bu təmizləmələrin davam etdiriləcəyi bildirilir.//BakuPost


Son xəbərlər

Bu tibb işçilərinin maaşlarına əlavənin verilmə müddəti uzadıldı

Kreditin verilməsində yenilik

Milli Məclis “Gündəlik” adlı mobil tətbiq istifadəyə verib

Azərbaycanla Rusiya arasında bu saziş təsdiqləndi - Prezidentdən fərman

“AzerGold” QSC-nin hasilat və satış həcmləri artıb

“Socar” -da növbəti yanğın!

Bu şəxslərə birdəfəlik müavinət veriləcək

Prokurorluğa işə qəbulla bağlı yeni qayda müəyyənləşir

Bu şəxslərə 6 min manat müavinət veriləcək

Gömrük orqanlarında xidmətə qəbulla bağlı yeni qayda

Yağış suları necə istifadə olunacaq?

Azərbaycanda yeni rüsumlar müəyyən edilir

Su basan tuneldən cəsəd çıxarıldı - VİDEO

Bakının bu prospekt və küçələrində binaların söküntüsü başlayır

Deyəsən ARXKOM bizi hələ çox utandıracaq - Məhəmməd Məmmədov yazır...

Bəzi avtobusların hərəkət istiqaməti dəyişdirildi

“WhatsApp” və digər mesajlaşma tətbiqlərinə kiberhücumlar olunur

“20 min dollarımızı “yedilər”, nəticəsi isə sıfırdır” - Azərbaycan vətəndaşı Türkiyənin “A life Park” hospitalından şikayətçidir

RAMİZ MEHDİYEV VƏ ELTON MƏMMƏDOV İSTİNTAQA CƏLB OLUNUR? - Prokurorluq AMEA ilə bağlı cinayət işi açdı

Sabah hava necə olacaq?

BMT-nin baş katibi Ukraynanın dəvətini rədd edərək Rusiyaya gedir

Blinken yenə İsrailə getdi

Onlara güzəştli şərtlərlə ipoteka verilməsi təklif olunur

Hesablama Palatası siyasi partiyaları yoxlayacaq

"Biz müqaviləni Paşinyanla yox, Ermənistan dövləti ilə bağlayırıq" - Vitse-spiker

"Hizbullah" İsrailin hərbi bazalarına zərbələr endirib

Prezident Aleksandr Vlaskampı qəbul etdi

Musa Qasımlı bu vəzifəsindən azad edildi

Pişiklər sözləri əşyalarla əlaqələndirə bilirlər?

Hərbçimiz silahdan açılan atəş nəticəsində öldü

Bakı-İrəvan münasibətləri Avropa Parlamentində müzakirəyə çıxarılır

Qızıl və gümüş bahalaşdı

Bütün xəbərlər