Gündəm
Gündəm / Hadisə / Dünya
Silahlı şəxslər Pakistanda 20 işçini qaçırdı
Silahlı şəxslər Pakistanın cənub-qərbində düşərgəyə soxularaq 20 işçini qaçırıblar.
"MUMtv.az" xarici KİV-ə istinadən xəbər verir ki, bu, mərkəzi hökumətə qarşı aksiyaların gücləndiyi iğtişaşlı Bəlucistan əyalətində son günlər ərzində ikinci hücumdur.
Musa Khel rayon komissarının köməkçisi Dilraj Kalara bildirib ki, silahlı şəxslər bazar günü səhər düşərgəyə basqın edərək, buldozerləri və digər avadanlıqları yandırıb və insanları qaçırıblar.
İnsanların hara qaçırıldığı hələlik məlum deyil.