Gündəm

 
2019 (2019-nCoV) koronovirus təhlükəsi getdikçə böyüyür. Virusun ortaya çıxdığı Çində koronovirusdan ölənlərin sayı 80-ə çatıb.

Virusa yoluxanların sayı 2 min 744, onlardan 461-nin vəziyyəti isə ağırdır. Ölkənin Milli Səhiyyə Komissiyasının açıqlamasına görə, Tibet Muxtar Vilayətindən başqa digər bütün bölgələrdə virusa yoluxma qeydə alınıb.

Qeyd edək ki, xəstəlik ABŞ da daxil olmaqla, Avropa, eləcə də Asiya ölkələrində də qeydə alınıb.

 

Azərbaycan Səhiyyə Nazirliyinin açıqlamasına görə, ölkədə virusa yoluxma halı qeydə alınmayıb.

Mumtv  ölkənin baş infeksionisti Cəlal İsayevə istinadən yeni virusla bağlı bəzi məqmaları təqdim edir. Həkim bildirib ki, virus təkçə insandan insana hava-damcı yolu ilə keçmir: "Yeni koronovirus həm də qəbul etdiyimiz ərzaq məhsulları ilə, su, istifadə etdiyimiz əşyalar vasitəsilə də keçə bilər. Yoluxma şəklindən asılı olaraq, əlamətlər də fərqli olur. Hava-damçı yolu ilə keçəndə, adətən ağciyərlərin zədələnməsi ilə özünü göstərir. Qida və əşyalar yolu ilə keçdikdə isə qastroentrit xəstəliklər törədir. Kporonivurusların çox növü bəllidir. Hazırda onların 37 növü, bəzi mənbələrin göstərdiyinə görə 39 növü məlumdur”.

C.İsayev qeyd edib ki, virusların 3 növü daha ağır xəstəlik törədir. Bu 3 növdən ilki 2012-ci ildə Səudiyyə Ərəbistanında ortaya çıxan Yaxın Şərq respirator sindiromu adlanır ki, dəvələrdən insana keçir: "Xəstəlik 35 faiz ölümlə nəticələnir. İkincisi SARS viruslarıdır. Bu da Çində yayılmışdı. Həmin virusdan ölüm 30 faizə kimi yüksəlmişdi. 3-cü-2019 koronovirusların isə hələ ki hansı dərəcədə ağırlığı olduğunu deyə bilmərik”.

Həkim vurğulayıb ki, əhalinin sıx yerləşməsi koronovirusların yoluxmasını asanlaşdırır: "Bu viruslar digər qrip virusları ilə müqayisədə daha sıx təmas tələb edir. Virus xarici mühit təsirlərinə davamsızdır. 37 dərəcə temperaturda 15 dəqiqə, 56 dərəcədə isə həmin dəqiqə tələf olur. Dezinfeksiya məhlullarından ani olaraq tələf olduqıarına görə, əllərimizi vaxtı-vaxtında yusaq, qorunmuş olarıq.

Virusa yoluxma əlamətləri adi respirator qripdə olan əlamətlərdir. Temperatur, halsızlıq, zökəmlə ortaya çıxa bilir. Adi koronovirusların törətdiyi qrip çox yüngül keçir, amma dediyim 3 növündə ağırlaşma ehtimalı çoxdur. Ağciyərlərin prosesə cəlb olunması ilə tənəffüs çatışmazlığı və ölümə səbəb ola bilir”.

Həkim bildirib ki, istifadə etdiyimiz qidaların termiki işlənməsinə diqqət etmək vacibdir. Onun sözlərinə görə, koronoviruslar inək, it, pişik, donuz hətta yarasadan da insana yoluxa bilər.

Baş infeksionist qeyd edib ki, xarici ölkələrdən, xüsusilə Çindən ölkəyə gələn insanlarda temperatur və zökəm əlamətləri özünü göstərirsə, müəyyən müddətdə təcrid olunmalı, şübə qalmadıqdan sonra ölkəyə buraxılmalıdır: "Azərbaycanda virusa yoluxma ehtimalı yox deyil. Amma yüksək də deyil. Lazım olan tədbirlər görülərsə, qorunmuş olarıq. Çindən gələn məhsullardan keçmə ehtimalı çox deyil. Çünki virus otaq temperaturunda 3-4 dəqiqə ərzində tələf olur. Hələ ki virusa qarşı vaksin mövcud deyil. Yeni virus olduğu üçün digər növlərin peyvəndi bu virusdan qorumur. Yaxşı olar ki, əhali Çinə getməsin. Məcburdurlarsa maskadan istifadə etsinlər, çünki 80 faiz qoruyur. Termiki prosesdən keçməyən, yaxşı bişməyən qidalardan uzaq dursunlar. Çiy məhsul yeməsinlər. Meyvə-tərəvəzdən istifadə etməsinlər”.

Qeyd edək ki, Bakıdan Çinin paytaxtı Pekin şəhərinə birbaşa sərnişin aviareysi üzrə uçuşlar müvəqqəti dayandırılır.

Bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportundan bildirilib.

Hava limanından verilən məlumata görə, cədvəl üzrə "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin (AZAL) Bakı-Pekin aviareysi üzrə uçuşlar yanvarın 30-dək davam etdiriləcək, bundan sonra isə martın əvvəlinədək dayandırılacaq.

"Cədvəl üzrə Bakı-Pekin aviareysi üzrə uçuşlar həftənin III və VII günləri saat 22:50-də yerinə yetirilir. Uçuşlar yanvarın 30-dək davam etdiriləcək, bundan sonra martın 8-dək dayandırılacaq. Bakı-Pekin aviareysinim martın 8-dən bərpa olunacağı gözlənilir", - aeroportdan bildirilib.

AZAL bunu Çində bayramlarla əlaqədar tələbatın aşağı düşməsi ilə izah edir.

Qeyd edək ki, ötən gün "China Southern Airlines" şirkəti Quançjou-Bakı-Quançjou aviareysini ləğv edib. Buna səbəb Çində tüğyan edən koronavirus olub./Lent.az

Son xəbərlər

Bakıda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar

Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır - Siqaret və dərman oliqarxı...

Göyçay Rayon İcra Hakimiyyətinin yaratdığı rəzalət - VİDEO // FOTO

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib – MƏHKƏMƏ İŞİ

İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi

ABŞ qoşunlarını Nigeriyadan çıxarır - Müzakirə başlayır

Rusiya XİN Putinin Qarabağın statusu haqqında mövqeyini AÇIQLADI

Sizi təəccübləndirəcək vəziyyətlər yarana bilər - BÜRCLƏR

Xocalıda 6 nəfərin qalıqları aşkar edildi + FOTO

Ayaq üstə işləmək faydalıdır?

"Biz heç nə etmədikdə qorxduğumuz baş verir" - Paşinyan

Elmira Süleymanova vəfat etdi

"Sudan sərvət çıxaran" məmurlar - VİDEO

Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar

Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundu

Rusiya niyə nüvə silahının kosmosda yayılmamasına veto qoyur? - Ağ Evdən reaksiya

Bölmələrimiz həyəcan siqnalı ilə ayağa qaldırıldı - Zakir Həsənov prosesi izlədi

Şuşada 450 mənzilli kompleks tikilir - VİDEO

Azərbaycan və Qırğızıstan diasporları əməkdaşlıq edəcək

Nazir direktoru işdən çıxardı

Azərbaycan nefti cüzi bahalaşıb

Bitki apokalipsisi: Bakteriya ağacları və məhsulları məhv edir

İmişlidə İcra başçısı qəbula gələn kənd sakinlərini “dama soxdurub” - RƏZALƏT

İcra Hakimiyyəti sabiq nazirdən 133 minə “BMW 520i” alır – Bazardakı qiymətdən 17,5 min bahadır

Beş ayda 67 milyon manat dövlət sifarişi verilmiş müəmmalı MMC-nin arxasında kimlər durur?

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

"Putin" filmi böyük reaksiyalara səbəb olub

"Paşinyan üzərinə götürdüyü öhdəliyi pozur" - Elçin Əmirbəyov

Xadimə direktoru niyə bıçaqlayıb? - "Dedilər məktəbdə açıq-saçıq geyinmisən..."

Bakı Sağlamlıq Mərkəzində maşınqayırma texnikumunu bitirən şəxs anju edir? - İDDİA // VİDEO

“AzerGold” QSC-də keniyalı iş adamları ilə görüş keçirilib - FOTO

Bütün xəbərlər