Gündəm

20-yə yaxın məmur onunla əlbir olub pulları mənimsəyib - Adlar

Azərbaycanda bir sıra qurumların rəhbərləri və yüksəkvəzifəli əməkdaşlarının korrupsiya cinayətlərinin üstü açılıb.

"MUMtv.az"ın “Qafqazinfo”dan əldə etdiyi məlumata görə, Səhiyyə, Elm və Təhsil Nazirlikləri və Milli Elmlər Akademiyasının tabeliyindəki mərkəzlərdə dövlət vəsaitlərinin mənimsənilməsi faktları ortaya çıxıb.

Bu dövrdə cinayət məsuliyyətinə cəlb edilən 80 şirkətə rəhbərlik edən Rüfət Kərimovun ifadələri isə araşdırmanın əhatə dairəsini genişləndirib. Onun şirkətlərinə dövlət qurumlarından və onların müəssisələrindən müxtəlif təyinatlı pulların köçürülməsi Maliyyə Monitorinqi Mərkəzini şübhələndirib. Bir neçə ay davam edən istintaqla ehtimal olunandan daha böyük yeyintilər üzə çıxıb.

Rüfət Kərimovun şirkətləri ilə hansı qurumlar müqavilə bağlayıb?

Müəyyən edilib ki, dövlət qurumları tərəfindən şirkətlərə tikinti materiallarının alınması, su ilə təmin etmə və digər xidmətlər adı ilə 3 milyon manat pul köçürülüb. Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi cinayətdə iştirak edən şəxsləri tək-tək istintaqa cəlb edib. Hər biri Cinayət Məcəlləsinin xeyli miqdarda mənimsəmə və vəzifə saxtakarlığı maddələri ilə təqsirli biliniblər.

20-yə yaxın məmur onunla əlbir olub pulları mənimsəyib - Adlar

Korrupsiyaya bulaşmış həmin rəsmilər kimlərdir?

Qasımov Rəşad Bəhram oğlu- Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitunun direktor müavini;

Seidova Vəfa Yusif qızı- Elm və Təhsil Nazirliyinin Sağlamlıq imkanları məhdud, valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 4 nömrəli internat məktəbinin direktoru;

Məşədiyeva Dilarə Yusif qızı- Elm və Təhsil Nazirliyinin Sağlamlıq imkanları məhdud, valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 2 nömrəli ümumi internat məktəbinin direktoru;

Qurbanzadə Elmar Nazim oğlu- Elm və Təhsil Nazirliyinin 8 nömrəli Sanatoriya tipli internat məktəbinin baş mühasibi;

Vəzirova Səbinə Rafiq qızı- Elm və Təhsil Nazirliyinin Sağlamlıq imkanları məhdud uşaqlar üçün 12 nömrəli xüsusi internat məktəbinin sabiq baş mühasibi;

Mürsəlov Mürsəl Fərhad oğlu - “Sanator-Kurort Reabilitasiya Mərkəzi” Publik Hüquqi Şəxsinin baş direktoru;

Bədəlov Rəşid Kamil oğlu - Səhiyyə Nazirliyinin “Professor Gindes adına respulika uşaq və yeniyetmələr üçün vərəm sanatoriyası” Publik Hüquqi Şəxsinin direktoru.

20-yə yaxın məmur onunla əlbir olub pulları mənimsəyib - Adlar

Qurbanov Rauf Yusif oğlu - Səhiyyə Nazirliyinin Respublika Uşaq Sanatoriyasının baş həkimi;

Şirinzadə Seymur Aydın oğlu- Səhiyyə Nazirliyinin Respublika QİÇS-lə Mübarizə Mərkəzinin mühasibi;

Mütəllimova Cavahir Nadir oğlu - TƏBİB-in “Tibbi Reabiltasiya Mərkəzi” Publik Hüquqi Şəxsinin direktoru;

Babaxanlı Gülbəniz İbrahim qızı - Milli Elmlər Akademiyasının Hüseyn Cavidin ev muzeyinin direktoru;

Nəcəfov Əzizağa Bayram oğlu - Azərbaycan Milli Elmlər Akademiyasının Füzuli adına Əlyazmalar İnsitutunun direktor müavini;

Babayev Yuriy Çingizoviç oğlu - Azərbaycan Dövlət Akademik və Opera Teatrının direktor müavini;

Panayev Əhməd Rəhim oğlu - Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında Texniki-istismar və təsərrüfat şöbəsinin müdiri;

Firidov Elməddin Elşad oğlu - Abşeron rayonu İcra Hakimiyyəti başçısının Pirəkəşkül kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi;

Verdiyev Elman Elim oğlu - Naftalan Şəhər bələdiyyəsinin sədri;

20-yə yaxın məmur onunla əlbir olub pulları mənimsəyib - Adlar

Adları qeyd olunan şəxslər hamısı hazırda bir neçə ağır cinayətdə ittiham olunan Rüfət Kərimovla cinayətkar əlaqəyə giriblər. Qurumlar dövlət vəsaiti hesabına görüləcək işlər üçün ayrılmış pulları Kərimovun şirkətlərinə köçürüb. Razılaşıblar ki, həmin pulla heç bir xidmət göstərilməyəcək, sadəcə şirkət malların qiymətini daha artıq göstərəcək. Artıq vəsait də müxtəlif yollarla dövr edilərək geri qaytarılacaq. Mənimsənilən puldan hər dəfə şirkətlərə faiz ödənilib.

Məsələn, Dövlət Akademik Opera və Balet Teatrına parça və bəzək əşyalarının alınması üçün 92 min manat pul ödənməli imiş. Amma direktor müavini bunu bilə-bilə şirkət rəhbərindən bu məbləğə əlavə 27 min manat da göstərilməsini istəyib. Həmin pul nağdlaşdırılaraq mənimsənilib.

Başqa bir misal: Milli Elmlər Akademiyasının Hüseyn Cavidin ev muzeyinin direktoru Cavidlə bağlı kitabların nəşrə hazırlanması və bir sıra işlərin görülməsi üçün eyni niyyətlə şirkətə bazar dəyərindən 12 min manat artıq pul köçürüb.

Həmçinin, Səhiyyə Nazirliyinin Respublika Uşaq Sanatoriyasının baş həkimi eyni niyyətlə abadlaşma məqsədilə şam ağacları, gül kolları, yelləncəklər alınması üçün iş görən şirkətə 50 min manat bazar dəyərindən 4363 manat artıq pul köçürüb.

Bundan başqa, TƏBİB-in “Tibbi Reabiltasiya Mərkəzi” Publik Hüquqi Şəxsinin direktoru təmir işlərinin görülməsi üçün bazar dəyərindən 6 min artıq, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında Texniki-istismar və təsərrüfat şöbəsinin müdiri və digərləri də xidmət göstərilməsi adı ilə razılaşdıqları şirkətlərə artıq pullar köçürüblər.

Korrupsiya cinayətlərində qarşıya qoyulmuş əsas məqsəd dövlətə dəymiş ziyanın ödənilməsidir. Yuxarıda qeyd olunan şəxslər hər biri özlərini təqsirli biliblər. Antikorrupsiya idarəsi tərəfindən dövlətə dəymiş ziyan onların hamısına tam ödətdirilib. Bundan əlavə, onlar vurduqları ziyanın 25 faizi qədər Baş Prokurorluğun depozit hesabına ödəniş ediblər. Bu əsasla başlanmış cinayət işlərinə ayrı-ayrılıqda bəraətverici əsaslar olmadan xitam verilib.

Şirkət rəhbəri özü də əlbirliklə mənimsədiyi vəsaitləri dövlət büdcəsinə ödəyib. O, mənimsəmədən başqa digər cinayətlərin də törədilməsində təqsirləndirildiyi üçün işinə məhkəmədə hüquqi qiymət veriləcək.


Son xəbərlər

İcra başçısı vətəndaşların torpaqlarını təkrar onlara satır - BU NƏDİ BELƏ?!

Əhməd Vəliyevə məxsus olduğu deyilən MMC Dövlət Xidmətini məhkəməyə verdi

Maaş, pensiya və müavinətlər artacaq - 2 milyard ayrıldı

İlqar Mustafayev bu qədər pulu mənimsəməkdə ittiham olunur

“AzerGold” QSC-nin təşkilatçılığı ilə Daşkəsəndə keçirilən növbəti tibbi müayinə aksiyasına yekun vurulub - FOTO

Dövlət Əmək Müfəttişliyi Xidmətində yeni təyinat - ƏMR

Paşinyan: Ermənistan Azərbaycandan qaz tədarük edə bilər

BMT-dən şad xəbər: Dəhşətli vulkana rəğmən, ozon təbəqəsi bərpa olunur

"Tez-tez qrip olmaq o deməkdir ki..." - SN

"İrəvan və Bakı ilk dəfə dövlətlərarası səviyyədə sənəd imzalayıblar" - Paşinyan

"Dəryaz" qəzetinin rəhbəri tutuldu - "BANDOTDEL"dən ƏMƏLİYYAT

Noldu, “Aztelekom”? - Daha bahalı hələ daha sürətli demək deyil

Dubayda uçan taksilər istifadəyə veriləcək

Elton Məmmədovun məhkuma çevirdiyi keçmiş şərikinin şikayəti təmin olunmadı – 30 milyonluq məsələ araşdırılacaqmı?

Qəbələnin Kiçik Pirəli kəndində yaşayan evdar qadınların “biznesini” Bakıda kimlər idarə edir - İLGİNC FAKTLAR

Hacıqabul və Salyan İcra başçıları vəzifələrindən azad edildilər

"Türkiyə ilə diplomatik əlaqələr qurmalı, quru sərhədlərini açmalıyıq" - Paşinyan

Sabah Bakıda yağış yağacaq

"Ermənistan region ölkələrinin ərazi bütövlüyünü tanıyır" - Paşinyan

B12 vitamininin mənbəyi

Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü təsis olundu

Zeynal Nağdəliyev Rüstəm Xəlilovu kollektivə təqdim etdi

Dəniz taksiləri istifadəyə verilsə tıxaclar azalar? - AÇIQLAMA

7 saylı Yol İstismar İdarəsi "COP 29-dan necə pul çıxarır"? - FOTO

Əmirullayevin "ac həriflər"i - məktəblər sələmçilərin, jalüz pulu yığanların əlində yesir qalıb...

Birinci Qarabağ müharibəsinin daha 4 itkin şəhidi dəfn ediləcək

NATO-nun baş katibi Putinin bəyanatlarını saxta adlandırdı

"Gələn il sosial xərclər 14 faiz artırılacaq" - İqtisadçı

Azərbaycanda qrip əleyhinə vaksinasiyaya başlanıldı

Məşhur aviaşirkətlər İsrailə uçuşları dayandırdı

Bakıda yeni ekspres marşrut fəaliyyətə BAŞLAYACAQ

Azərbaycanda Milli Musiqi Günüdür

Bütün xəbərlər