Gündəm

"Ermənistan Natiq Qasımovun qalıqlarının dəqiq yerini bildirməlidir" - Hikmət Hacıyev

30 avqust BMT qərarları ilə Beynəlxalq itkin düşmüş şəxslər günü kimi qeyd olunur.

"MUMtv.az" xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev X sosial şəbəkəsindəki hesabında yazıb. 

Diplomat qeyd edib ki, Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində itkin düşmüş 4000-ə qədər Azərbaycan vətəndaşının taleyinin müəyyənləşdirilməsi yalnız onların doğmalarını deyil, Azərbaycan dövlətini narahat edən ən kəskin humanitar problemlərdən biridir: "Ermənistan öz qeyri-insani mahiyyətini bir daha göstərərək onların aqibəti və kütləvi məzarlıqlarının yeri barədə məlumatları verməkdən yayınır.

Çoxsaylı şahid ifadələri və işğaldan azad edilmiş ərazilərimizdə aşkar edilmiş kütləvi məzarlıqlar əsir və girov götürülmüş azərbaycanlıların Ermənistan tərəfindən vəhşicəsinə işgəncələrə məruz qalaraq kütləvi şəkildə qətlə yetirildiyini sübut etmişdir. Bu insanlığa qarşı cinayətlərdə günahkar olanlar Ermənistanda nəinki cəzalandırılmır, hətta qəhrəmanlaşdırılır. Lakin haqq, ədalət öz yerini tapdı!

Bu gün həmin cinayətkarların əksəriyyəti Azərbaycanın ədalət mühakiməsi qarşısında cavab verir. Erməni lobbisinin pulu müqabilində həmin müharibə canilərini azad etməyə çağıran bir sıra qərb siyasətçiləri və qərb media orqanları utanmalıdırlar. Ermənistan öz vəhşi əməllərinə görə Azərbaycandan üzr istəməli, digər günahkarları özü məsuliyyətə cəlb etməli və kütləvi məzarlıqların, o cümlədən Azərbaycanın Milli Qəhrəmanı Natiq Qasımovun qalıqlarının dəqiq yerini bildirməlidir. Torpaqlarımızın işğaldan azad edilməsi itkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi prosesinə böyük bir təkan verdi.

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq aşkar olunmuş insan qalıqlarının DNT analızı əsasında Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və müvafiq dövlət qurumu tərəfindən indiyə qədər Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş 149 nəfərin şəxsiyyətini müəyyənləşdirmək və ailələrinə məlumat vermək mümkün olmuşdur. 30 ildən sonra onların tapılması və hərbi təntənə ilə dəfn edilməsi Prezident İlham Əliyevin hər bir Azərbaycan vətəndaşına olan şəxsi qayğısı və diqqətinin növbəti təzahürüdür.

30 il Ermənistan-Azərbaycan münaqişəsi kontekstində beynəlxalq humanitar hüquqa uyğun olaraq itkin düşmüş şəxslərimizin taleyini müəyyən etməli olan Beynəlxalq Qızıl Xaç Komitəsi kimi təsisatların fəaliyyətini qənaətbəxş hesab etmirik.

Əfsuslar olsun ki, bu gün BQXK öz nizamnaməsinə və beynəlxalq humanitar hüquqa zidd olaraq Ermənistanın pullu sifarişi ilə hesabat yazan şəxslərə yalan məlumatlar ötürməklə məşğul olur və qərəzli anti-Azərbaycan propaqanda kampaniyasında yer alır.

Azərbaycan dövləti özü itkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi üçün bundan da sonra əlindən gələni əsirgəməyəcək, onların ailələrinin həsrət və iztirablarına son qoymaq üçün bu xüsusda olan davamlı tədbirlərini davam etdirəcəkdir.

Son xəbərlər

Prezident onları təltif etdi - SİYAHI

Neft və milyonlar səltənətinin DƏRMAN BARONU... - Feyziyevə hava hər yerdə xoşdur?

HƏMAS yeni liderinin ölümünü təsdiqlədi

Polis Akademiyası İT mütəxəssisi yetişdirəcək - Elşad Hacıyev AÇIQLADI

“AzerGold” QSC-də hasilatın pay bölgüsü haqqında Saziş üzrə yeni Rəhbər komitənin ilk iclası keçirilib - FOTO

Audiovizual Şuranın iclası keçirildi - 4 yeni lisenziya verildi

Ölən adam orqan donorluğuna hazırlaşarkən dirildi

Ermənistan Azərbaycana sərhəd keçidi ilə bağlı təklif edib

Trampa dəstək üçün ilk dəfə təkbaşına mitinq keçirdi

Müəyyən tənzimləmələr nəzərdə tutulur - COP29 dövründə

Riskli vəziyyətlər və xərclər ön plana çıxa bilər - BÜRCLƏR

Bələdiyyə sədrinin seçilməsi ilə bağlı yeni qayda müəyyənləşir

Protez əllər düşüncə gücü ilə hərəkət etdirildi - Alimlərdən uğurlu sınaq

COP29 müddətində SMS icazə tətbiq olunacaq?

Deputatın təsis etdiyi şirkət bu il dövlət qurumlarına 110 milyon manatlıq dərman satıb

Bu ölkədə “Zelenskinin məhkəməsi” keçirildi - Kuklası isə asıldı

Ruben Vardanyan barədə qərar verildi

Vüqar Zeynalov Bərdədəki əməllərini indi də Gəncədə davam etdirir...

Füzulinin yeni növrağı - VİDEO

Sürücülərin nəzərinə: Bu yollarda hərəkət istiqaməti dəyişdiriləcək

“Google”dan Azərbaycanla bağlı maraqlı addım

Livandakı səfirliyimizin əməkdaşları təxliyə edildi

Xudafərin körpüsünün işğaldan azad olunmasından 4 il ötür

Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür

Qazlaşmanın dövlət rüsumu 160 manatdır ?

6 Noyabr Özəlləşdirmə Payları məhkəməsidir

Onların işə qəbulu qaydalarında dəyişiklik edildi

“AzerGold” 4-cü “Rebuild Karabakh” sərgisində iştirak edib - FOTO

“AzerGold” QSC tərəfindən RİİB könüllüləri üçün ÇİRES-ə tanışlıq səfəri təşkil olunub - FOTO

Rövşən Nəcəf olanımızıda **batırdı

İsrail "Hizbullah"ı vurmağa davam edəcək - Netanyahu

Esra Erol ölümlə təhdid edilir

Bütün xəbərlər