Gündəm

Zamanında  baxılmayan problemlər zamanla ölkəcə olur, aidiyyatı qurum rəhbərləri isə "sadəlik"lə reklam tutur -  VİDEO

Bir üzrlə hər gündə gəlib durma qapımda,
Yalvarma mənə, boynunu kəc burma qapımda,
Gahi başına, gah döşünə vurma qapımda,
Ləğv olma, ədəb gözlə bu məvadə, əkinçi!
Lal ol, a balam, başlama fəryadə, əkinçi!

Allah rəhmət eləsin, böyük şair burada məmur dilindən əkinçiyə xitab etsə də, bu cümlələr dövrümüzdə bir çox məmurların öz davranışları ilə siravi vətəndaşların böyük əksəriyyətinə dedikləridir.

Məsələn, Fövqəladə Hallar Nazirliyi yanında Tikintidə Təhlükəsizliyə Nəzarət Agentliyinin rəisi Cəbrayıl Xanlarov ildən artıqdır ki, öz biganəliyi ilə Daşkəsən rayon sakini Məmmədova Vüsalə Qabil qızına məhz bu "cavab"ı verir.

"DogruXeber.az" xatırladır ki, Vüsalə xanım 76 yaşlı qayınanası ilə aylar əvvəl Cəbrayıl Xanlarovun qəbulunda olub, ötən ilin iyun ayında sözügedən rayonun Məmməd Əsədov küçəsi 5 ünvanındakı güclü yağışlar və sel nəticəsində dağılmış evinin bərpası üçün köməklik istəyib. Cəbrayıl müəllim də yenidən mənzilə baxış keçirilməsi üçün Gəncə layihə institutuna tapşırıq verib, xanımları arxayın geri göndərib. Yenidən baxış keçirilib, amma layihə institutun mənzilə baxış keçirmək üçün göndərdiyi Rüstəm adlı şəxsin rəisinin baxış şeyi dəyişmədiyi üçün, akt da dəyişdirilməyib. Nəticə etibarilə Vüsalə Məmmədovanın müraciətində qeyd etdiyi iki ailənin - 4 qazi və veteranın sığındığı mənzil dövlət yardımından yararlana bilməyib.

"Məmurlar xalqın haqqını vermir ki, xalq ayaga qalxsın" - Daskəsəndə bir ildir çadırda yaşayan ailənin fəryadı

Görünür onun rəisinin "baxış şeyi" qanun tanımır - Evsiz qalan iki ailə 1 ildir öz haqlarını ala bilmirlər // VİDEO



Qarşıdan növbəti qış gəlir, bir neçə ay rayon icra hakimiyyətinin və FHN əməkdaşlarının birgə hazırladığı iki çadırda yaşayan ailə indi də pərakəndə halda kirayədə yaşamaq məcburiyyətindədir.

Bu qədər ailənin özü, eləcə də redaksiyamız tərəfindən edilən müraciətlər nə Cəbrayıl Xanlarovun vecinədir, nə də onun tabe olduğu FH naziri Kəmaləddin Heydərovun.

Biznesləri və sərvətlərinin siyahısı ilə iki cildli kitaba anca sığan bu iki məmur, görünür tutduqları vəzifədən vətəndaşlara deyil, öz şəxsi maraqlarına xidmət etmək üçün istifadə edirlər.

Sabunçu rayon Sabunçu qəsəbəsi Qambay Vəzirov küçəsində neft şirkətinə məxsus ərazidə qanunsuz inşa olunan 3 mərtəbəli iaşə obyektinə qarşı "gözünü yuman", Vüsalə Məmmədova kimi haqqını tələb edən vətəndaşlara, eləcə də bir çox qanunsuz əməllərini ifşa edən medialara qarşı "qulaqlarıına dollar, avro tıxayan" oliqarx məmurlar ölkə başçısının da tapşırıqlarını görməzdən, eşitməzdən gəlirlər.

"Vətəndaşlara layiqli xidmət edin" deyə hər çıxışında məmurlara tapşırıq verən ölkə başçısı, belə çıxır ki, Kəmaləddin Heydərovun, Cəbrayıl Xanlarovun və onlar kimi çalışan bütün məmurların da əvəzinə özü işləmək məcburiyyətindədir. Çünki, çarəsizlikdən mətbuata üz tutan bütün vətəndaşların müraciəti birbaşa ölkə başçısınadır.

Sual yaranır: bəs bu rəhbər vəzifələr və həmin vəzifələrə təyin olunan məmurlar nə üçün var?

Kəmaləddin Heydərov kimi, Cəbrayıl Xanlarov kimi özlərinə səltənət qurmaq, övladlarına lüks həyat bəxş etmək üçünmü?

Mövzunu davam etdirəcəyik.

Redaksiamız hər kəsin söz haqqını tanıyır !

DogruXeber.az

Son xəbərlər

Riskli vəziyyətlər və xərclər ön plana çıxa bilər - BÜRCLƏR

Bələdiyyə sədrinin seçilməsi ilə bağlı yeni qayda müəyyənləşir

Protez əllər düşüncə gücü ilə hərəkət etdirildi - Alimlərdən uğurlu sınaq

COP29 müddətində SMS icazə tətbiq olunacaq?

Deputatın təsis etdiyi şirkət bu il dövlət qurumlarına 110 milyon manatlıq dərman satıb

Bu ölkədə “Zelenskinin məhkəməsi” keçirildi - Kuklası isə asıldı

Ruben Vardanyan barədə qərar verildi

Vüqar Zeynalov Bərdədəki əməllərini indi də Gəncədə davam etdirir...

Füzulinin yeni növrağı - VİDEO

Sürücülərin nəzərinə: Bu yollarda hərəkət istiqaməti dəyişdiriləcək

“Google”dan Azərbaycanla bağlı maraqlı addım

Livandakı səfirliyimizin əməkdaşları təxliyə edildi

Xudafərin körpüsünün işğaldan azad olunmasından 4 il ötür

Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür

Qazlaşmanın dövlət rüsumu 160 manatdır ?

6 Noyabr Özəlləşdirmə Payları məhkəməsidir

Onların işə qəbulu qaydalarında dəyişiklik edildi

“AzerGold” 4-cü “Rebuild Karabakh” sərgisində iştirak edib - FOTO

“AzerGold” QSC tərəfindən RİİB könüllüləri üçün ÇİRES-ə tanışlıq səfəri təşkil olunub - FOTO

Rövşən Nəcəf olanımızıda **batırdı

İsrail "Hizbullah"ı vurmağa davam edəcək - Netanyahu

Esra Erol ölümlə təhdid edilir

Soyuq aylarda üz dərimizə necə qulluq edək?

Rayon sakini Qaradağ İH-i məhkəməyə verdi

Mikayıl İsmayılovun oğlu məhkəməni uduzdu – qızına adı, soyadı verildi, hər ay aliment ödəyəcək!

Etibar Əliyevin məhkəməsi 10 il sonra bitdi - QƏRAR

Nehrəmdə 3 hamamın layihə-smetasına 14 min manat xərclənəcək

Səhv qan köçürülməsi gənc ananı komaya saldı - İDDİA

“Medicare hospitalın”ın həkimi səhv resept yazdı- Qadın antibiotikdən şoka düşərək öldü

Eldar Həsənov şikayət etməsini NİYƏ DANIR? - Avropa məhkəməsi onun iddiası olmadan qərar çıxarıb?

Hakim Tural Məmmədov iddiaları necə araşdırır? - "ABC-TELECOM" MMC və o...

Bu dərman miqrendən qoruya bilər

Bütün xəbərlər