Gündəm

"Tutxun” təzahür sahəsində buruqqazma işlərinə başlanılıb

“AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) Şərqi Zəngəzur iqtisadi rayonunun inzibati ərazisinə daxil olan Kəlbəcər rayonunda yerləşən “Tutxun” qızıl təzahürü sahəsində geoloji tədqiqatların ikinci mərhələsinin – ilkin kəşfiyyat işlərinin icrasına başlayıb.

QSC-dən "MUMtv.az"a bildirilib ki, “AzerGold” ümumi sahəsi 27 min 360 hektar olan təzahür sahəsində mina və partlamamış hərbi sursatlardan təmizlənmiş 5703 hektar ərazidə tədqiqatların 1-ci mərhələsini – axtarış-qiymətləndirmə işlərini yekunlaşdıraraq növbəti mərhələyə keçib. Tədqiqatların 2-ci mərhələsində ərazidə buruqqazma işləri həyata keçirilir. Daha sonra filizlərin həcmi ilkin olaraq müəyyən ediləcək, metalın filizdən çıxım miqdarını müəyyənləşdirmək üçün metallurji tədqiqatlar aparılacaq. Paralel olaraq “Tutxun” təzahür sahəsinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi işləri davam etdirilir, ərazilər təmizləndikcə QSC tərəfindən mərhələli şəkildə geoloji tədqiqatlar həyata keçirilir.

"Tutxun” təzahür sahəsində buruqqazma işlərinə başlanılıb

"Tutxun” təzahür sahəsində buruqqazma işlərinə başlanılıb

Həmçinin “AzerGold” QSC torpaqların minalardan təmizlənməsi üçün tələb olunan vaxt itkisini qismən kompensasiya etmək məqsədilə innovativ kəşfiyyat metodlarından istifadə edir. Bu xüsusda, 2022-ci ildə təkcə Kəlbəcər rayonunu deyil, Laçın rayonunun da bir hissəsini əhatə edən 1624 kvadratkilometr sahədə Qafqaz regionunda ilk dəfə olaraq qeyri-invaziv hiperspektral peyk çəkilişləri həyata keçirilib. Nəticədə, böyük vaxt və vəsait tələb edən buruqqazma işlərinə qənaət edilib, tədqiqatların daha kiçik arealı əhatə edən dəqiq koordinatlar daxilində aparılmasına zəmin yaradılıb.

Xatırladaq ki, “Tutxun” sahəsi Kəlbəcər rayonunda, Tərtərçayın sağ qolu olan Tutxun çayının hövzəsində yerləşir. 1958-1990-cı illərə aid geoloji materialların araşdırılması və rəqəmsallaşdırılmasının nəticələrinə əsasən, sahədə qızıl, gümüş və qismən sənaye əhəmiyyətli mis minerallaşmasının olduğu proqnozlaşdırılır.



Son xəbərlər

Ermənistan Azərbaycana sərhəd keçidi ilə bağlı təklif edib

Trampa dəstək üçün ilk dəfə təkbaşına mitinq keçirdi

Müəyyən tənzimləmələr nəzərdə tutulur - COP29 dövründə

Riskli vəziyyətlər və xərclər ön plana çıxa bilər - BÜRCLƏR

Bələdiyyə sədrinin seçilməsi ilə bağlı yeni qayda müəyyənləşir

Protez əllər düşüncə gücü ilə hərəkət etdirildi - Alimlərdən uğurlu sınaq

COP29 müddətində SMS icazə tətbiq olunacaq?

Deputatın təsis etdiyi şirkət bu il dövlət qurumlarına 110 milyon manatlıq dərman satıb

Bu ölkədə “Zelenskinin məhkəməsi” keçirildi - Kuklası isə asıldı

Ruben Vardanyan barədə qərar verildi

Vüqar Zeynalov Bərdədəki əməllərini indi də Gəncədə davam etdirir...

Füzulinin yeni növrağı - VİDEO

Sürücülərin nəzərinə: Bu yollarda hərəkət istiqaməti dəyişdiriləcək

“Google”dan Azərbaycanla bağlı maraqlı addım

Livandakı səfirliyimizin əməkdaşları təxliyə edildi

Xudafərin körpüsünün işğaldan azad olunmasından 4 il ötür

Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür

Qazlaşmanın dövlət rüsumu 160 manatdır ?

6 Noyabr Özəlləşdirmə Payları məhkəməsidir

Onların işə qəbulu qaydalarında dəyişiklik edildi

“AzerGold” 4-cü “Rebuild Karabakh” sərgisində iştirak edib - FOTO

“AzerGold” QSC tərəfindən RİİB könüllüləri üçün ÇİRES-ə tanışlıq səfəri təşkil olunub - FOTO

Rövşən Nəcəf olanımızıda **batırdı

İsrail "Hizbullah"ı vurmağa davam edəcək - Netanyahu

Esra Erol ölümlə təhdid edilir

Soyuq aylarda üz dərimizə necə qulluq edək?

Rayon sakini Qaradağ İH-i məhkəməyə verdi

Mikayıl İsmayılovun oğlu məhkəməni uduzdu – qızına adı, soyadı verildi, hər ay aliment ödəyəcək!

Etibar Əliyevin məhkəməsi 10 il sonra bitdi - QƏRAR

Nehrəmdə 3 hamamın layihə-smetasına 14 min manat xərclənəcək

Səhv qan köçürülməsi gənc ananı komaya saldı - İDDİA

“Medicare hospitalın”ın həkimi səhv resept yazdı- Qadın antibiotikdən şoka düşərək öldü

Bütün xəbərlər