Gündəm

Səlim Müslümov sabiq nazirin güdazına gedibmiş... (İDDİA)
 
 
 
 
 
 
 
 
 

 
 
 
 
 
 
2018-ci ilin aprelində əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov işdən azad edildi. Həmin vaxt Müslümovla bağlı verilən bu qərar çoxları üçün gözlənilməz oldu. Çünki onun "vurulması" təxmin edilmirdi, baxmayaraq ki, rəhbərlik etdiyi nazirlikdə korrupsiya və rüşvət halları ilə bağlı iddialar, ittihamlar mətbuatın gündəmindən düşmürdü. 

MUMTV.az-a məlumatlı mənbədən daxil olan bir iddiaya görə, S.Müslümovun vəzifədən azad edilməsində sabiq nəqliyyat naziri Ziya Məmmədovla bağlı məqam həlledici rol oynayıb. Belə ki, 2017-ci ilin dekabrında, yəni kreslosunu itirməmişdən cəmi 5 ay əvvəl keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri oğluna nişan mərasimi keçirib. Nişan mərasimi onun doğulduğu, dayısı Ənvər Seyidəliyevin icra başçısı olduğu Ağsu rayonundakı dəbdəbəli restoranda keçirilib. 

Nişan mərasiminə bir çox nüfuzlu qonaqlar dəvət olunub, bu qonaqlar arasında sabiq "nəqliyyat şefi", həmin vaxt Ucar rayonunda, doğma kəndi Qazıqumlaqdakı mülkündə yaşayan Ziya Məmmədov da iştirak edib.

Kreslosundan yenicə uzaqlaşdırıldığı və hakimiyyət dairələrinin gözündən tamamilə düşdüyü həmin günlərdə Məmmədovun hələ də nazir olan Müslümov tərəfindən məclisə dəvət edilməsi bir çox vəzifəli qonaqların təəccübünə və narahatlığına səbəb olub. Onlardan bəzilərinin məhz bu səbəbdən nişan mərasimini erkən tərk etdiyi deyilir. 

Müslümov isə bu barədə iradlara reaksiya verərkən Məmmədovu oğlunun nişan mərasiminə dəvət etməkdə qeyri-adi bir şey görmədiyini, onunla yaxın dost və ailəvi gediş-gəlişlərinin olduğunu bildirib.

Lakin bu Müslümova qarşı münasibətin dəyişməsinə əngəl olmayıb və onun vəzifəsindən kənarlaşdırılması üçün hökumətdəki rəqiblərinin əlinə yaxşı fürsət verib. 

Bunun ardınca onun rəhbərlik etdiyi nazirliyin tabeliyindəki Sosial Müdafiə Fondunda aparılan yoxlamalar nəticəsində yüz milyonlarla manatlıq (bəzi KİV-lərin iddiasına görə hətta 2,5 milyard manatlıq) korrupsiya mexanizminin aşkarlandığına dair iddialar yayılıb. Beləliklə, Müslümovun "vurulması" tam qətiləşib. 

Qeyd edək ki, bu ilin mayında Səlim Müslümov Ziya Məmmədovla bir yerdə görünmüşdülər. Sabiq nazirlər "Range Rover” markalı maşınla Heydər Məscidinə yas mərasiminə təşrif buyurarkən hətta kameraların hədəfinə tuş gəlmiş və birgə görüntüləri saytlarda yayılmışdı. 

Onu da deyək ki, 2002-2017-ci illərdə nəqliyyat naziri işləmiş Z.Məmmədov hazırda işsizdir. S.Müslümov isə cəmi 5 il - 2013-2018-ci illərdə nazir olmuşdu, hazırda isə Milli Aviasiya Akademiyasının Dünya iqtisadiyyatı kafedrasında müəllimdir./Qaynarinfo

Son xəbərlər

Dövlət Xidməti Prezidentin fərmanlarından xəbərsizdir?

Nazirin qardaşına qarşı ilginc İTTİHAM: - “Yüz min verirəm, get...”

Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru idarədə “at oynadır”

Ağstafa Rayon İcra Hakimiyyətinin müəmmalı tenderləri - MİLYONLAR NECƏ SİLİNİR... - FOTOFAKT

Nazir rüşvət almaqda təqsirləndirilən Saleh Novruzini işdən çıxardı - Yerinə onu gətirdi

"Bolt" qiymətləri qaldırdı - RƏSMİ

İtləri panda adı ilə turistlərə təqdim etdilər - VİDEO

Hava şəraitinin kəskin dəyişməsi ilə bağlı fermerlərə müraciət edildi

30 il sonra dəfn olundu - FOTO

"Azərterminalkompleks" işçilərin hüquqlarını pozur? - Quruma buna görə cərimə yazılıb

Rasim Balayev deputat olacaq?

Hindistan vətəndaşlarını Ukraynadakı müharibəyə göndərən şəxslər saxlanıldı

Taksi sayına məhdudiyyət qoyulması sıxlığı azaldacaq? - AÇIQLAMA

Ənənəvi bazarlar niyə tarixə qovuşur? - VİDEO

Sabah bu küçələrdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq

Zaur Mikayılov onları özünə müşavir təyin etdi

Məhkəmə Anar Məmmədlini ev dustaqlığına buraxmadı

İlham Əliyev və Rumen Radev arasında Bəyannamə imzalandı

Azərbaycan-Bolqarıstan sənədləri imzalanıb

DYP-dən sürücülərə xəbərdarlıq: 400 manat cərimə oluna bilərsiz

DYP-dən sürücülərə xəbərdarlıq: 400 manat cərimə oluna bilərsiz

Azərbaycanda bu imtahanlar elektron formatda keçiriləcək

Şans bu gün sizin tərəfinizdədir - BÜRCLƏR

Bakı metrosunda iş rejimi dəyişdirilir

Bu gün Paşinyan Moskvada Putinlə görüşəcək

Hitlerin dağıdılmış bazasında tapılan qolları və ayaqları olmayan skeletlər arxeoloqları dəhşətə gətirdi - FOTO

Azərbaycan bu ölkə ilə birgə silah istehsal edəcək

Azərbaycanlı jurnalist Harvardın məzunu oldu

İsraili hər zaman dəstəkləyəcəyik - Bayden

Nazirlik hər kəsə 200 AZN verir? - AÇIQLAMA

`Canişin`in də ÖZ `CANİŞİN`İ var imiş... - Qara-qura işləri o görür...

Aydın Talıbov niyə deputat olmaq istəyir? – Qorxunun siyasətə atdığı biznesmen

Bütün xəbərlər