Gündəm

İki xəstəxananın bir  "şərikli xəstə"sinin  dramı... -  VİDEO

MUMtv.az: - Dünya hətta ürəkköçürmə əməliyyatını belə uğurla həyata keçirəcək qədər inkişaf etdiyi bir vaxtda, Azərbaycan səhiyyəsində sağ ayağın yerinə sol ayağı kəsən, öz səhvinə görə binəva xəstənin iki ayağını da kəsib ömürlük şikəst edən, yüngül ağrı ilə müraciət edən sağlam insanları Ağcabədi rayon Avşar kənd sakini Alimə Rəfiyevanın bir qızı və iki nəvəsi kimi sağalmaz xəstəliyə yoluxduran, balaca bir şiş üçün, xərçəng diaqnozu qoyan və bu diaqnoza görə müalicələr tətbiq edib, insanların sözün əsl mənasında evini yıxan xəstəxana və həkimlərin sayı artdıqca artır. Çünki, əsas üstünlük maddi qazanca verilir. Aidiyyatı qurum üçün vacib olan insan həyatı yox, gəlirin çox olmasıdır. Əgər belə olmasaydı "Bi-Es" VİP estetik mərkəz kimi mərkəzlər, orada çalışan Günel xanım kimi özünü kosmetoloq kimi insanlara sırıyıb həm pulunu, həm sağlamlığını əllərindən alanlar, "Modern" və "Memorial" hospitalları kimi insan həyatı ilə şərikli alver edənlər bu qədər sərbəst şəkildə arta, yaxud insanlara ziyan vura bilməzdilər.

Yeri gəlmişkən, bir neçə gün əvvəl Sabunçu rayon sakini Vüsalə Əliyeva adlı xanım redaksiyamıza müraciət edərək, Modern və Memorial hospitalın ona və ailəsinə çox böyük maddi və mənəvi ziyan vurduğunu bildirib.

Vüsalə xanım "DogruXeber.az"a ünvanladığı ərizəsində yazır ki," Ötən ilin noyabr ayında 19 yaşlı qızım Leyla Məhərrəmlinin sağrı nahiyəsindəki anadangəlmə xalında ağrılar yarandığı üçün "Modern" hospitala müraciət etdik. Orada xalı USM müayinəsi etdilər və bizi Elvina Səlimova adlı həkim-proktoloqun yanına göndərdilər. Elvina Səlimova müayinə cavabına baxdı və bildirdi ki, "Xalı götürmək lazımdır".

Elə həmin gün Elvina xanım özü mənim qızımı təcili yardım otağına aparıb neştərlə xalı açdı.

Qeyd edim ki, qızım ağrı hiss etdiyi üçün ona ardıcıl 9 ədəd novakain iynəsi tətbiq edildi. Hətta, buna rəğmən ağrını güclü hiss etdiyi üçün Leyla huşunu itirdi. Belə olan halda bəzi dərman preparatları ilə onu ayıldıb, yenidən əməliyyatı davam etdirdilər. Yara açıldıqdan sonra məlum oldu ki, xalın altında kütlə var imiş. Elvina Səlimova onu mənə verib, Memorial hospitalda əkdirib, bədxassəli olub-olmadığını aydınlaşdırmağımı məsləhət gördü.

Biz belə də etdik.

Amma, bir neçə gün gün sonra Memorial hospitalın verdiyi cavab övladıma da, mənə də, bütün ailəmə də vurulan ən ağır, sarsıdıcı zərbə oldu.
Cavabda qızımın xərçəng xəstəsi olduğu yazılırdı.

Bu cavab deyildi, ailəmizi mənəvi olaraq məhv edən yazılı material idi...

Xəbərin şoku ilə bir müddət özümüzə gələ bilmədik.

Sonra, bir neçə fərqli xəstəxanalarda qızım müayinə edildi və məlum oldu ki, sən demə Elvina Səlimovanın bizi göndərdiyi Memorial hospital yanlış diaqnoz veribmiş.

Amma, nə yazıq ki, qızıma bu yanlış diaqnoza görə Leylaya hüceyrə iynəsi belə vuruldu, bəzi müalicələr, lazımsız müayinələr, şüalı aparatlar və sair tətbiq edildi. İndi qızım da, özüm də o, zaman yaşadığımız travmanın təsiri səbəbilə əsəblərimizi sakitləşdirmək üçün müalicə alırıq."



Bəli, bu, müraciətçinin ironiya ilə" qəssabxana" adlandırdığı iki özəl xəstəxananın - Modern və Memorial hospitalların bir gənc qızın və ailəsinin ömrünə "balta vuran" yanlışı idi və nə yazıq ki, bu hadisə sözügedən hospitalda yaşanan yeganə yanlışlıq da deyilmiş. Özünü Vüsalə Əliyevaya hospitalın direktoru kimi təqdim edən Füzuli adlı şəxs ona giley edən xanımla söhbəti zamanı, artıq ikinci dəfə eyni hadisənin baş verdiyini deyib.

Bu isə o, deməkdir ki, hələ özlərinin etiraf etdiyinə görə, artıq ikinci insana yaşarkən ölümü dadızdırıblar.

P. S: Qarşı tərəf olaraq, Modern hospitalda Leylanı təcili yardım otağında əməliyyat edən həkim-proktoloq Elvina Səlimova ilə telefon əlaqəsi saxladığımızda xanım biraz da səsinin tonunu qaldıraraq, güya həkim adına xələl gətirilməsinə görə gah məsləhətilə "ömrünə balta vurduğu" Vüsalə Əliyevanı, gah da əgər məsələni ictimailəşdirərsək bizi məhkəmə ilə təhdid etdi. Amma, hörmətli Elvina xanım, sizin həkim adınıza xələl gətirən nə bizik, nə də başqa özəl xəstəxanaya göndərərək, "yeddi ilini geri atdığınız" Vüsalə xanım. Həkimlərin müxtəlif firma və özəl xəstəxanalarla qurduqları "gəlirli əlaqələr" bəzən pasiyentlərin sağlamlığını məhv edir, özlərinin də karyerasını.

Memorial hospitalın açıqlamasına gəldikdə isə, təbii olaraq bu barədə verəcək cavabları olmadı. Özünü müəssisənin direktoru kimi təqdim edən Füzuli adlı şəxs hüquqşünasın bizimlə əlaqə saxlayacağını deməsindən artıq iki həftə keçib.

Qeyd: Məsələ ilə bağlı tərəfimizdən aidiyyatı üzrə Səhiyyə Nazirliyinə rəsmi sorğu göndərilib.

Mövzunu davam etdirəcəyik.

Redaksiamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az



Son xəbərlər

Trampa dəstək üçün ilk dəfə təkbaşına mitinq keçirdi

Müəyyən tənzimləmələr nəzərdə tutulur - COP29 dövründə

Riskli vəziyyətlər və xərclər ön plana çıxa bilər - BÜRCLƏR

Bələdiyyə sədrinin seçilməsi ilə bağlı yeni qayda müəyyənləşir

Protez əllər düşüncə gücü ilə hərəkət etdirildi - Alimlərdən uğurlu sınaq

COP29 müddətində SMS icazə tətbiq olunacaq?

Deputatın təsis etdiyi şirkət bu il dövlət qurumlarına 110 milyon manatlıq dərman satıb

Bu ölkədə “Zelenskinin məhkəməsi” keçirildi - Kuklası isə asıldı

Ruben Vardanyan barədə qərar verildi

Vüqar Zeynalov Bərdədəki əməllərini indi də Gəncədə davam etdirir...

Füzulinin yeni növrağı - VİDEO

Sürücülərin nəzərinə: Bu yollarda hərəkət istiqaməti dəyişdiriləcək

“Google”dan Azərbaycanla bağlı maraqlı addım

Livandakı səfirliyimizin əməkdaşları təxliyə edildi

Xudafərin körpüsünün işğaldan azad olunmasından 4 il ötür

Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür

Qazlaşmanın dövlət rüsumu 160 manatdır ?

6 Noyabr Özəlləşdirmə Payları məhkəməsidir

Onların işə qəbulu qaydalarında dəyişiklik edildi

“AzerGold” 4-cü “Rebuild Karabakh” sərgisində iştirak edib - FOTO

“AzerGold” QSC tərəfindən RİİB könüllüləri üçün ÇİRES-ə tanışlıq səfəri təşkil olunub - FOTO

Rövşən Nəcəf olanımızıda **batırdı

İsrail "Hizbullah"ı vurmağa davam edəcək - Netanyahu

Esra Erol ölümlə təhdid edilir

Soyuq aylarda üz dərimizə necə qulluq edək?

Rayon sakini Qaradağ İH-i məhkəməyə verdi

Mikayıl İsmayılovun oğlu məhkəməni uduzdu – qızına adı, soyadı verildi, hər ay aliment ödəyəcək!

Etibar Əliyevin məhkəməsi 10 il sonra bitdi - QƏRAR

Nehrəmdə 3 hamamın layihə-smetasına 14 min manat xərclənəcək

Səhv qan köçürülməsi gənc ananı komaya saldı - İDDİA

“Medicare hospitalın”ın həkimi səhv resept yazdı- Qadın antibiotikdən şoka düşərək öldü

Eldar Həsənov şikayət etməsini NİYƏ DANIR? - Avropa məhkəməsi onun iddiası olmadan qərar çıxarıb?

Bütün xəbərlər