Gündəm

Tədavülə 3 manatlıq əskinaslar buraxılacaq? –

"3 manatlıq əskinasların tədavülə buraxılması mümkündür”.

 Mumtv xəbər verir ki Sfera.az-a açıqlamasında bu sözləri Azərbaycanda xırda kağız pul qıtlığından qaynaqlanan çətinliklər və 3 manatlıq əskinasların dövriyyəyə buraxılması təklifinin aktuallaşmasına münasibət bildirərkən İqtisadi və Sosial İnkişaf Mərkəzinin eksperti Rəşad Həsənov deyib:

 "Tədavüldə olan pul nominallarının həcminin tənzimlənməsi ümumiyyətlə Mərkəzi Bankın funksiyasına daxildir. Mərkəzi Bank nağd pul kütləsinin dövriyyəsinə və mövcud olan qiymətlər səviyyəsinə uyğun olaraq pul əskinaslarının hansı nominalda olması ilə bağlı müvafiq qərar qəbul edir. Təbii ki, zaman-zaman bu istiqamətdə ciddi narahatlıqlar yaşanır. O baxımdan ki, xırda kağız pul çatışmamazlığı həm pərakəndə ticarət şəbəkələrində, eyni zamanda digər xidmətlərdən istifadə zamanı tərəflər arasında bəzi çətinliklər yaradıb. İndiki halda isə 3 manatlıq əskinasların buraxılması əslində mümkündür. Çünki, faktiki olaraq Azərbaycanda ən kiçik nominal 1 manatlıqdır, ondan sonrakı nominal isə 5 manatlıqdır”


Həmsöhbətimizin fikrincə 3 manatlıqların dövriyyədə olması ilə pul kütləsi daha rahat şəkildə dövr edə bilər: "Bu baxımdan 3 manat olmaqla orta bir nominalın dövriyyəyə buraxılması müəyyən mənada pul kütləsinin tədavüldə daha rahat şəkildə dövr etməsinə şərait yarada bilər. Nəticədə, biznes və vətəndaşın bu istiqamətdə yaşadıqları qayğılar müəyyən dərəcədə azala bilər”.

 

Bununla belə, R. Həsənova görə daha yaxşı variant dövriyyədə olan 1 manatlıq əskinasların həcmini artırmaqdır: "Daha yaxşı olar ki, dövriyyədə olan 1 manatlıq əskinasların həcmini artırmaqla məsələ tənzimlənsin. Çünki, əlavə nominal müəyyən digər problemlərə də yol aça bilər. Amma alınmırsa, o halda 3 manatlıq nominalın da tədavülə daxil edilməsində hər hansı bir problem görmürəm”.

Son xəbərlər

“Toplum TV” işi üzrə daha bir nəfər istintaqa dəvət edilib

Prezidentdən Mikayıl Cabbarov və Samir Şərifovla bağlı sərəncam

46 nömrəli marşrut avtobusunda qorxulu anlar yaşanıb - FOTO

Azərbaycanda çörəyin qiyməti ucuzlaşacaq? - AÇIQLMA

Sus kəndinə köçürüləcək ailələr arasında püşkatma keçirildi

Sizdən xəbərsiz adınıza şirkət açıblarsa ..? - Diqqət!

Yevlaxın YARITMAZ BAŞÇISI... - BU NƏDİ BELƏ?!

İctimai TV-yə yeni Baş direktor müavini təyin edildi

Dünyada baş verənlər FOTOLARDA

Günay Kazımzadə yeni vəzifəyə təyin edildi

"Hizbullah"ın vacib simalarından biri məhv edildi

Azərbaycan Ordusunda keçirilən komanda-qərargah təlimləri başa çatıb

Sağlamlıq haqqında arayış elektron şəkildə veriləcək — TƏBİB

Blinken Çin lideri ilə görüşəcək

Bu şəxslərin təhsil haqlarından azad edilməsi ilə bağlı yaş həddi dəyişdirilə bilər

"Azərbaycan Prezidentinin aparatı ilə əlaqə davam edir" - Paşinyanın ofisi

Əlilliyi olan şəxslərlə bağlı ayrıca hesabat hazırlansın - TƏKLİF

Bu gün Ağdamdakı Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırır

Nazirlərin və komitə sədrlərinin qəbul günləri - CƏDVƏL

Daşqınlar insan təlafatına səbəb olub

İsrail ordusu Livandakı "Hizbullah" hədəflərinə hücum edib

Bu şəhərə bir günlük gələnlər pul ödəyəcəklər

Füzuliyə növbəti köç karvanı yola düşdü

Bakıda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar

Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır - Siqaret və dərman oliqarxı...

Göyçay Rayon İcra Hakimiyyətinin yaratdığı rəzalət - VİDEO // FOTO

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib – MƏHKƏMƏ İŞİ

İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi

ABŞ qoşunlarını Nigeriyadan çıxarır - Müzakirə başlayır

Rusiya XİN Putinin Qarabağın statusu haqqında mövqeyini AÇIQLADI

Sizi təəccübləndirəcək vəziyyətlər yarana bilər - BÜRCLƏR

Xocalıda 6 nəfərin qalıqları aşkar edildi + FOTO

Bütün xəbərlər