Gündəm

"Ov ovlayıb, quş quşlayan" nazirin vəzifə səlahiyyətlərindən sui-istifadə edən Cəbrayıl Xanlarova  sözü keçmir?

MUMtv.az: - Bu yaxınlarda "Kəmaləddin Heydərov sadə kənd toyunda görüntüləndi" cümləsi ilə cəmi bir neçə saniyəlik videogörüntü ölkə gündəminə atıldı.

Hərçənd ki, heç də gözlənilən nəticəni vermədi, görünür buvaxta qədər bu kimi vasitələrlə gözləri örtülüb, haqqı yeyilən xalqın artıq bu cür ucuz variantlara qarnı doyub.

Videogörüntüyə gəldikdə isə, məqsəd bəllidir - qanunsuz tikintilərdə əsas payı olan, bir çox biznes sahələrində monopoliya edib kiçik sahibkarları sıxışdıran, dövlət qoruğunda ərəb dostları ilə ov ovlayıb, quş quşlayan (halbuki öz vətəndaşlarımız bunun üçün cinayət məsuliyyətinə cəlb olunur), biznes və sərvətlərinin siyahısı vərəqlərə sığmayan oliqax naziri xalqa yenidən sadə, bizdən biri kimi sırımaq.

Amma, maraqlıdır ki, niyə məhz indi bunu etmək istədilər?
Halbuki, o, görüntülər illər əvvəl lentə alınıb.

Bu qədər narazılıqlar, qanunsuz işlər sürətlə davam etdirildiyi bir dönəmdə "nağıllar"... "mənbəsiz hekayələr" ...

Bizim fövqəlnaziri qınama səbəbimiz, onun rəhbərliyi altında fəaliyyət göstərən Tikintidə Təhlükəsizliyə Nəzarət agentliyinin oliqarx rəisi Cəbrayıl Xanlarova "gözün üstə qaşın var" deməməsi, göndərdiyimiz sorğu və müraciətlərə bəzən düzgün, bəzən də ümumiyyətlə cavab verilməməsi, hətta mətbuat xidmətinin rəhbəri Gülçin xanımın çəkinmədən, sərbəst şəkildə mətbuat nümayəndəsi ilə kobud danışması (halbuki onun vəzifə borcudur), eləcə də o, qədər göndərdiyimiz sorğu və müraciətlərə rəğmən Sabunçu rayon Sabunçu qəsəbəsi, Qambay Vəzirov küçəsində, neft ərazisində inşa olunan 3 mərtəbəli iaşə obyektini hansısa maraqları naminə görməzdən gələn, üstəlik Daşkəsən Rayon Məmməd Əsədov küçəsi 5 ünvanında bir mənzildə yaşayan iki ailən evsiz-eşiksiz qoyan Cəbrayıl Xanlarovdan fərqli addım atmamasıdır.

Xatırladaq ki, artıq aylardır Sabunçu rayon Sabunçu qəsəbəsi Qambay Vəzirov küçəsində neft şirkətinə məxsus ərazidə tikilən və qanunsuz fəaliyyət göstərən avtoyuma məntəqəsinin üzərində əlavə iki mərtəbənin də inşa edildiyi barəsində məlumatlar yayımlayıb, aidiyyatı üzrə qurumların hər birinə tərəfimizdən rəsmi sorğular göndərmişik. Lakin, hələ də Əmlak Məsələləri Dövlət Xidməti, Sabunçu rayon İcra Hakimiyyəti, Şəhərsalma və Arxitektura Komitəsi, bir də Fövqəladə Hallar Nazirliyi "əllərini yandıran" bu qanunsuzluq faktının məsuliyyətini bir-birinin üzərinə ata-ata israrla bizi bezdirib, susdurmağa çalışırlar.

ARXKOM İcra hakimiyyətinin, İcra Hakimiyyəti ARXKOM-un, yenidən ARXKOM FHN-nin, FHN icra hakimiyyətinin üzərinə ataraq, aralarında "göyərçin uçurullar".

Sabunçunun problemlərinə qurumlar ADİL yanaşmır - Altından sərvətlər çıxan bu ərazilərin üstü kimlərin marağına xidmət edir? // VİDEO

Bu qanunsuz işdə dövlət qurumları "yaxasını kənara çəkir" - Bəs günahkar kimdir ? // FOTO

Sabunçuda neft ərazisində aparılan qanunsuz işlər - FOTO

Bəzi məmurların yazılmamış qanunlarla idarəçiliyi - VİDEO

Onların göz yumduqları qanunsuzluqları kim aradan qaldırmalıdır ?

Ölkə başçısının tapşırıqlarına qarşı çıxan məmurlar - FOTO

Qeyd edək ki, bununla bağlı, eyni zamanda Daşkəsən Rayon sakini Vüsalə Məmmədovanın redaksiyamıza müraciəti ilə bağlı son zamanlar Fövqəladə Hallar Nazirliyi yanında Tikintidə Təhlükəsizliyə Nəzarət agentliyinə göndərdiyimiz sorğular cavabsız qaldığından, təqribən bir ay əvvəl agentliyin ümumi şöbəsi ilə telefon əlaqəsi saxladıq. Oradan bizə məktubumuzun çatdığını və bizimlə əlaqə saxlanılacağı bildirilsə də heç bir əlaqə saxlanılıb, cavab verilmədi. Belə olan halda biz FHN-nin sözçüsü Gülçin Mehdiyeva ilə telefon əlaqəsi saxlayıb, məsələni diqqətinə çatdırdığımızda və sorğularımızın çoxdandır cavabsız qalma səbəbini soruşduğumuzda kifayət qədər stajı olan Gülçin xanımın verdiyi naşı cavab bizdə gülüş yaratdı.
Onun deməyinə görə, sən demə biz sorğunu quruma deyil, şəxsən xanımın özünə göndərməliymişik.

Xanım nə düşündü, hansı məntiqlə, özü də aqressiv şəkildə belə fikir irəli sürdü deyə bilmərik, amma o, "məntiq"in sayəsində telefon danışığımızın bir saata yaxın mübahisəli şəkildə uzandığını yəqin təxmin edərsiniz.

Əlqərəz... Gülçin xanımla bu danışığımızdan az müddət sonra nəhayət ki, Daşkəsənlə bağlı cavab niyyətinə şablon cümlələrdən ibarət bir məktub göndərdi, amma qurumların və qurum rəhbərlikləri sayəsində dövlət qanunlarının belə aciz qaldığı Qambay Vəzirov küçəsindəki həmin o, qanunsuz inşa edilmiş o, iaşə obyekti barəsində tək kəlimə belə işlədilmədi.

Görünür qanunları pozan aidiyyatı qurumların rəhbərləri - Adil Vəliyev, Anar Quliyev, Mətin Eynullayev, Kəmaləddin Heydərov və Cəbrayıl Xanlarovun özüdür. Əks halda qanun pozuntusu barəsində dəfələrlə göndərdiyimiz bütün sorğuları buvaxta qədər nəzərə alıb, qarşısının alınması üçün lazım olan tədbirlərin görülməsinə nail olardılar.

Etmədilər !

Gələk, evi dağılmış ailələrin məsələsinə.
O, ailələr ki, bir ildən çoxdur 4 qazi və veteranı, körpəsi, qocası ilə gah çadırlarda, gah qonşu evlərində, gah da kirayələrdə min bir əziyyətlə ömürlərini xərcləyirlər.

"DogruXeber.az" xatırladır ki, qeyd etdiyimiz ünvanda yaşayan Daşkəsən rayon sakini Vüsalə Məmmədova dəfələrlə agentliyimizin tabeliyində fəaliyyət göstərən "Kanal14"ün efirində canlı yayımlanan "Kanalın zamanı" proqramı ilə bağlantı yaradaraq, 2023-cü ilin iyun ayında baş vermiş təbii fəlakət nəticəsində yaşadıqları mənzilin dağılmasından gileylənib.

Təsəvvür edirsinizmi?
Gəncə Layihə institutunun əməkdaşı Rüstəm bəyin rəisinin "baxış şeyi"nə görə 4 üzvü qazi və veteran olan bu iki ailə ildən artıqdır halalca haqqlarını ala bilmirlər.

Layihə institutu əməkdaşlarının məqsədli olaraq verdikləri yanlış rəy onların mənzilinin bərpası üçün dövlət büdcəsindən vəsait ayrılmasına əngəl olur.

Rüstəm bəy deyir, "biz orda olmuşuq, yerində baxış keçirib akt tərtib etmişik, aktda da qeyd etmişik ki, təbii fəlakət nəticəsində dağılması müəyyən edilməmişdir".

Deyirik, "axı faktlar var, görüntülər var sel vaxtı evin dağılmasına dair", deyir, - "qardaş, mənim rəisimin baxış şeyi budur".

Ailə bildirir ki, bununla bağlı Cəbrayıl Xanlarovun şəxsən qəbulunda olub işə yenidən ədalətli baxılmasını xahiş ediblər. Cəbrayıl Xanlarov da gözdən pərdə asmaq üçün yenidən baxış keçirilməsi üçün göstəriş verib, amma, nəticə dəyişməyib.

"Məmurlar xalqın haqqını vermir ki, xalq ayaga qalxsın" - Daskəsəndə bir ildir çadırda yaşayan ailənin fəryadı

Görünür onun rəisinin "baxış şeyi" qanun tanımır - Evsiz qalan iki ailə 1 ildir öz haqlarını ala bilmirlər // VİDEO

Kənardan prosesləri diqqətlə izləyəndə həm gülünc görünür, həm də qəribə.

Kəmaləddin Heydərov ölkə prezidentinin tapşırıqlarına məhəl qoymur, Cəbrayıl Xanlarov nə nazirin, nə də ölkə başçısının, Gəncə Layihə institutu da Cəbrayıl Xanlarovun. Hərə bir tərəfdə başını salıb aşağı öz kefinə qulluq edir. Bu biganəliyə görə də ölkə ərazisində qanunsuz tikintilərin də sayı durmadan artır, narazı vətəndaşların da.

Bəli, Cəbrayıl Xanlarov dövlətin qanunlarına qarşı gəlir.

Əslində bu təzə xəbər deyil. Cəmi 5-6 il keçmişə nəzər salsaq görərik ki, oliqarx rəis Cəbrayıl Xanlarov elə ölkə başçısına da qarşı gələrək, onun tapşırığı ilə sökülmüş imarətini yenidən bərpa etdirib, hələ üstəlik rəsmi çıxarış da alıb.

Xatırladaq ki, yerli saytların məlumatına görə, Cəbrayıl Xanlarovun Bakı kəndlərindən birində yol kənarında 2010-cu ildə tikilmiş 4 mərtəbəli imarətinin prezidentin tapşırığına əsasən sökülməsi üçün texnikalar aciz qaldığından, hətda dinamitdən belə istifadə edilib.

Amma, prezidentin tapşırığını "şəninə sığdıra bilməyən" bu "bərkgedən oğlan" sonra elə həmin yerdən, amma bu dəfə həyat yoldaşının adına daha dəbdəbəli bir imarət inşa etdirib. Bunun isə nə demək olduğunu yəqin ki, özünüz anladınız...

Onu da qeyd edək ki, Cəbrayıl Xanlarovla bərabər onun o, villasına çıxarış verən qurumlar da prezidentin tapşırığını qulaqardına vurmuş olub.

Bundan əlavə, Cəbrayıl Xanlarovun kiçik yaşlarından Avropada təhsil alan, 15 yaşından iş həyatına atılan, xarici ölkələrdə ata hesabına - daha doğrusu bu xalqın, bu dövlətin büdcəsinin hesabına müxtəlif bizneslər quran oğlu döyüş meydanlarında şəhid qanına şahidlik etməyib, soyuq səngərlərdə, dağda-daşda, qışda qar üstündə, yayın qızmarında qaynar torpaq üstündə sürünməyib, amma bir ildən çoxdur ki, dövlət tərəfindən bərpa edilməsinə əngəl olduğu təbii fəlakət nəticəsində dağılan həmin evdən 4 igid bu vətən üçün canını sipər edib.

Əlbəttə ki, bu ailənin dərdi Cəbrayıl Xanlarova tamamilə yad görünür.

Əslində, bir araşdırmaçı jurnalist Cavanşir Həsənlinin Cəbrayıl Xanlarovun özünün və 15 yaşından biznesmen olan oğlunun biznesləri barəsindəki araşdırma məlumatlarına, bir də Cəbrayıl Xanlarovun aylıq əmək haqqına nəzər salsaq, qanunsuz tikintilərin artma və qurum rəhbərinin də bu kimi faktlara göz yumma səbəbini anlamaq elə də uzun vaxt aparmayacaq.

Mövzuya qayıdacağıq.

Redaksiamız hər kəsin söz haqqını tanıyır !

DogruXeber.az

Son xəbərlər

Riskli vəziyyətlər və xərclər ön plana çıxa bilər - BÜRCLƏR

Bələdiyyə sədrinin seçilməsi ilə bağlı yeni qayda müəyyənləşir

Protez əllər düşüncə gücü ilə hərəkət etdirildi - Alimlərdən uğurlu sınaq

COP29 müddətində SMS icazə tətbiq olunacaq?

Deputatın təsis etdiyi şirkət bu il dövlət qurumlarına 110 milyon manatlıq dərman satıb

Bu ölkədə “Zelenskinin məhkəməsi” keçirildi - Kuklası isə asıldı

Ruben Vardanyan barədə qərar verildi

Vüqar Zeynalov Bərdədəki əməllərini indi də Gəncədə davam etdirir...

Füzulinin yeni növrağı - VİDEO

Sürücülərin nəzərinə: Bu yollarda hərəkət istiqaməti dəyişdiriləcək

“Google”dan Azərbaycanla bağlı maraqlı addım

Livandakı səfirliyimizin əməkdaşları təxliyə edildi

Xudafərin körpüsünün işğaldan azad olunmasından 4 il ötür

Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür

Qazlaşmanın dövlət rüsumu 160 manatdır ?

6 Noyabr Özəlləşdirmə Payları məhkəməsidir

Onların işə qəbulu qaydalarında dəyişiklik edildi

“AzerGold” 4-cü “Rebuild Karabakh” sərgisində iştirak edib - FOTO

“AzerGold” QSC tərəfindən RİİB könüllüləri üçün ÇİRES-ə tanışlıq səfəri təşkil olunub - FOTO

Rövşən Nəcəf olanımızıda **batırdı

İsrail "Hizbullah"ı vurmağa davam edəcək - Netanyahu

Esra Erol ölümlə təhdid edilir

Soyuq aylarda üz dərimizə necə qulluq edək?

Rayon sakini Qaradağ İH-i məhkəməyə verdi

Mikayıl İsmayılovun oğlu məhkəməni uduzdu – qızına adı, soyadı verildi, hər ay aliment ödəyəcək!

Etibar Əliyevin məhkəməsi 10 il sonra bitdi - QƏRAR

Nehrəmdə 3 hamamın layihə-smetasına 14 min manat xərclənəcək

Səhv qan köçürülməsi gənc ananı komaya saldı - İDDİA

“Medicare hospitalın”ın həkimi səhv resept yazdı- Qadın antibiotikdən şoka düşərək öldü

Eldar Həsənov şikayət etməsini NİYƏ DANIR? - Avropa məhkəməsi onun iddiası olmadan qərar çıxarıb?

Hakim Tural Məmmədov iddiaları necə araşdırır? - "ABC-TELECOM" MMC və o...

Bu dərman miqrendən qoruya bilər

Bütün xəbərlər